Bildiyin elmi gizlətmək olarmı?

“Sahihut Tərğib vət-Tərhib” kitabının şərhi, “Elmi gizlətmək” babı, Peyğəmbər məscidi, 05.04.2016

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx Suleyman ər-Ruheyli (Allah onu qorusun) “Sahih ət-Tərğib vət-Tərhib” kitabındakı hədisləri şərh edərkən, Elmi gizlətmək barəsində olan hədislərdən birində bu faydanı zikr etdi:

“Elmi gizlətmək bəzən:

1. Haram ola bilir – məsələn əgər elmi müəyyən bir adam bəyan edirsə və ondan başqa heç kəs yoxdur ki, bu elmi bəyan etsin – bu halda elmi bəyan etmək ona vacib olar. Həmçinin əgər alimdən insanların ehtiyacı olan bir şey haqqında soruşarlarsa və ondan başqa suala cavab verən başqa birisi olmazsa, artıq bəyan etmək vacib, gizlətmək isə haram olar.

2. Məkruh (bəyənilməyən) ola bilir – insanın elmi var, amma onunla bərabər orada kifayət edəcək digər alimlər də varsa, o halda onun elmi gizlətməsi, deməməsi haram deyil, amma məkruhdur (bəyənilmir)! Həmçinin məsələn alimdir, bir sual haqqında soruşulur, əgər orada başqa onun mislində alim varsa, onun o suala cavab verməməsi haram deyil, amma məkruhdur (bəyənilmir).

3. Vacib ola bilir – bəli, bəzən elmi gizlətmək vacib ola bilir. Əgər onu bəyan etməyin məfsədəsi (zərəri) gizlətməyin məfsədəsindən (zərərindən) daha çox olarsa. Məsələn (şeyx belə bir misal gətirir): Mənim yanıma bir nəfər gəlir, atasını kimsə öldürüb..və məndən soruşur ki, insanı öldürməyin tövbəsi var? Bu sualından və halından bizə zahir olana görə, o atasının qatilini öldürmək istəyir.. Baxmayaraq ki, insan öldürməkdən tövbə var, amma bu halda əgər biz ona bunu desək, o atasının qatilini öldürəcək və daha böyük məfsədə (zərər) hasil olacaq deyə, elmi gizlətməyimiz vacib olur.

Başqa bir misal isə, sənin bir qonşun var, bilirsən ki, namaz qılmır. Və məsələn sən, namazı tənbəllik səbəbi ilə tərk etməyin küfr OLMADIĞI rəyindəsənsə, onunla oturduqda bunu ona deməyəcəksən, çünki bu onu rahatlaşdıracaq, arxayınlaşdıracaq və bu onun daha da zəlalətə düşməyinə səbəb ola bilər. Əksinə onun yanında olduqda, namazı terk etməyin şiddətliliyindən, ağırlığından və təhlükəliyindən danışaqcaqsan.

4. Müstəhəb (bəyənilən) ola bilir – burada elmi gizlətmək daha yaxşıdır, bu da bir neçə hallarda olur:

– əgər baş verməmiş və ya baş verməsi çox uzaq görünən bir məsələ haqqında soruşulursa, cavab verməməyimiz daha yaxşıdır, sələflərdən də bu varid olub.

– və ya məsələn insanlar xeyir içərisindədirlər və sən bu elmi bəyan etsən onlar həmin xeyiri tərk edəcəklərsə, yaxşıdır ki, gizlədəsən. Buna misal, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Muaza (Allah ondan razı olsun) dediyi sözlərdir, “Ey Muaz sən bilirsənmi Allahın qullar üzərində və qulların Allah üzərində olan haqqı nədir?” Dedim: “Allah və Rəsulu daha yaxşı bilir” Dedi: “Allahın qullar üzərində haqqı odur ki, Ona ibadət etsinlər və Ona heç nəyi şərik qoşmasınlar. Qulların Allah üzərində haqqı isə, Ona heç nəyi şerik qoşmadıqları təqdirdə Allahın onlara əzab verməməsidir.” Muaz (Allah ondan razı olsun) dedi: “İnsanları müjdələyim mi?” Rəsulullah (Allah ondan razı olsun) isə buyurdu: “Müjdələmə (yoxsa) onlar arxayınlaşarlar.” (Buxari, Muslim)

Və ya məsələn bizim ölkədə (Şeyx Səudiyyə Ərəbistanını qəsd edir) qadınlar üzlərini örtürlər, ölkədə (əhali üçün) bu cür qayda var. Bu zaman elm tələbələrindən biri məsələn fiqh kitablarını oxuduqdan sonra, ona aydın olur ki, üzü örtmək sünnədir, vacib yox, necəki bunu Şeyx Albani deyir, bu halda əgər o bəyan etsə, qadınlar bu xeyrdən məhrum ola bilərlər deyə, onun bunu bəyan etməməsi daha yaxşıdır. Çünki əsas məqsəd elmi bəyan etmək yox, insanları hidayətə tərəf yönəltməkdir. Hətta xatırlayıram, Şeyximiz Abdul-Muhsin əl-Abbad (Allah onu qorusun) “Sunən Əbu Davudu” şərh edərkən, bu hədisin (Şeyx Suleymanın indi şərh etdiyi hədisin) şərhində deyir ki, elmi gizlətməyin müstəhəb olduğu yerlərə misal olaraq, Şeyximiz Şeyx Albaninın üzü açmaq haqqında olan məsələsini gətirmək olar.

5. Mübah ola bilir – əgər insan onun ehtiyacı olmayan bir şey haqqından məndən soruşarsa, o halda istəsəm cavab verə də bilərəm, verməyə də. Məsələn gənc oğlan uşağı yanıma gəlir və mənə elə suallar verir ki, bu suallara evli birisi ehtiyac duyur, ona sual verirəm ki:

Evlisən?
Yox.
Bu yaxınlarda evlənəcəksən?
Yox.
Sənə kimsə tapşırıb bu sualı verəsən?
Yox.

Bu halda artıq istəsəm cavab verə də bilərəm, verməyə də.”

(“Sahihut Tərğib vət-Tərhib” kitabının şərhi, “Elmi gizlətmək” babı, Peyğəmbər məscidi, 05.04.2016 | Şeyxin sözləri mənaca və çox cüzi ixtisarla nəql olundu)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    26.04. 2024
    NamazVaxt
    Sübh04:01
    Günəş05:46
    Zöhr12:39
    Əsr16:28
    Məğrib19:31
    İşa21:01
    Namaza yeni başlayıram

Son əlavə olunanlar