Müsəlmana gərəkən on mühüm ədəb

“(Qiyamət günü) tərəzidə ən ağır gələn şey, gözəl əxlaq olacaqdır.” (Şeyx Albani "Sahihul Cəmi", 5628)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bil ki, -Allah məni və səni ən gözəl əxlaqa yönəltsin- ən əzəmətli ədəb “ondur”:

1. Müsəlmanla qarşılaşdığında ona salam verərək Əs-sələmu aleykum va rahmətullahi və bərakətuhu (Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun)” de, əgər o sənə salam versə, belə de: “Va aleykum salam va rahmətullahi va bərakətuhu (Sənin də üzərinə Allahın salamı, rəhməti və bərəkəti olsun)“.

2. Bir kəsin evinə daxil olmaq istədikdə, qapının sağında və ya solunda dayanaraq izin al, əgər sənə izin verilsə, daxil ol, əgər geri qayıt deyilsə, geri qayıt.

3. Yeməyə və içməyə başlayanda “Bismilləh” deyərək Allahın adı ilə başla, sağ əlin ilə öz tərəfindən ye, yeməyi bitirdikdən sonra barmaqlarını yala və sonda de: “Əlhəmdulilləh”.

4. Xeyirdə gözəl kəlam söylə, səsini alçalt, danışanda aram-aram danış, kim səninlə danışarsa, susaraq dinlə, ona tərəf yönəl, onun sözünü kəsmə, böyük kəsdən qabaq danışma.

5. Yatmağa gəldikdə dəstəmaz al, sağ tərəf üzərində yat, “Ayət əl-Kursini” oxu, ovuclarını birləşdirərək içinə İxlas, Fələq, Nəs surələrini oxu və yüngülcə ovucuna tüpür, sonra bacardığın qədər bunu bədəninin hər tərəfinə sürt və bunu üç dəfə təkrarla.

6. Asqırdıqda sağ əlinlə və ya köynəyin ətəyi ilə üzünü ört, sonra Allaha həmd et (“Əlhəmdulilləh” de), əgər biri sən asqırdığın zaman sənə “Yərhəmukəllah (Allah sənə rəhm etsin)” deyərsə, sən də cavabında ona belə de: “Yəhdikumullah və yuslihu bəələkum (Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin)”.

7. Əsnəməyi bacardığın qədər özündən qov, əlin ilə ağzını ört və “Ah, Ah” demə.

8. Məclisə daxil olduqda salam ver, məclisin qurtaracağında otur, günəş və kölgə arasında oturma. İki nəfərin izni olmadan onların arasında oturma, heç kəsi yerindən qaldırma, kim məclisə daxil olarsa, onun üçün yer aç. Məclisdə Allahı zikr et, ən azı məclisin kəffarəsini ödə və de: “Subhənəkə Allahummə və bihəmdikə, əşhədu ənlə iləhə illə əntə, əstəğfirukə və ətubu ileykə (Allahım! Sən Paksan və həmd Sənədir, mən şahidlik edirəm ki, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur, Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm)”.

9. Yolun haqqını ödə, gözünü haramdan qoru, heç kəsə əziyyət vermə, salam verənin salamını qaytar, yaxşılığı əmr edib pis işlərdən çəkindir.

10. Gözəl olan paltarlardan geyin, paltarın ən gözəli də ağ rəngdir. Geyimini topuqdan aşağıya salma (kişilərə aiddir-red). Paltarı geyindikdə sağ tərəfdən başla, paltarı çıxardığında isə soldan başla.

Şeyx Salih bin Abdilləh əl-Usayminin (həfizahullah) “10 ədəb” kitabından

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    02.05. 2024
    NamazVaxt
    Sübh03:50
    Günəş05:39
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:38
    İşa21:08
    Namaza yeni başlayıram

Son əlavə olunanlar