Qəlb nə üçün yaranmışdır?

Tövhid - Qul üçün xoşbəxtlik, xeyir, sevinc, ləzzət, asanlıq ve fərəhlənmək qapılarını açır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İbnul Qayyim (Allah ona rəhmət etsin) buyurur: “Qəlb – Yaradanını tanımaq uçün, Onu sevmək üçün, Onu təkləşdirmək və Onunla sevinc tapmaq üçün, Onun sevgisi ile sevinc duymaq üçün, Ondan razı olmaq üçün, Ona təvəkkül etmək üçün, Onun üçün sevmek ve Onun üçün nifrət etmək üçün , Onun üçün dostluq ve Onun üçün düşmənçilik etmek üçün, Onu davamlı zikr etmək üçün yaradılmışdır.

Və eləcədə Allahın hər şeydən ona daha sevimli olması (üçün). Bundan başqa heç bir şeylə (qəlb üçün) nə xoş həyat, nə sevinc, nə ləzzət nə də hətta həyat belə yoxdur. Bu (Allahı hər kəsdən çox sevmək), (qəlb üçün) qida, sağlamlıq və həyat dərəcəsindədir. Əgər qida, sağlamlıq və həyat tükənərsə kədər, üzüntü, sıxıntı hər tərəfdən onu bürüyər və tərk etməyib onun üzərində başçı olar.

Onun (qəlbin) ən böyük xəstəlikləri:

Şirk;
Günahlar;
Qəflət;
Allahın sevgisinə və razılığına qarşı səhlənkar yanaşmaq;
İşləri Ona həvalə etməyi tərk etmək;
Ona etimadın azlığı və Ondan başqalarına güvənmək;
Onun qədərinə (yazısına), qəzəblənmək;
Onun vədləri və cəzaları barəsində şəkk etmək.

Əgər qəlbin xəstəliklərini düşünsən, bu və bunun kimi (səbəbləri) taparsan ki, xəstəliklərin bunlardan başqa səbəbi yoxdur.

Və bunun müalicəsi isə, hansı ki, bundan başqa onun müalicəsi yoxdur, bu xəstəliklərin əksi olan şeylerdən ibarət nəbəvi (Allah elçisinin (Allahın ona salavat və salamı olsun) yönəltdiyi) müalicələrdir.

Beləki, xəstəlik onun əksi ile aradan qalxır, sağlamlıq isə öz misli olan şeylərlə qorunur.

Sağlamlıq məhz bu nəbəvi (dəvalarla) qorunduğu kimi, xəstəliklərdə öz əksi olan şeylərlə (yox olur)…

Tövhid Qul üçün xoşbəxtlik, xeyir, sevinc, ləzzət, asanlıq ve fərəhlənmək qapılarını açır.

Tövbə isə zəhərə səbəb olan pis maddələri və qarışıqları yox edib, onu qarışıqlardan qoruyar. Eləcədə tövbə şər qapılarını bağlayar.

Beləliklə də, qul uçün səadət və xeyir qapısı tövhidlə açılar, şər qapısı isə tövbə və istiğfarla bağlanar.”

(İbnul Qayyim, “Tıbbun Nəbəviyy”, səh. 147-148)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    26.04. 2024
    NamazVaxt
    Sübh04:01
    Günəş05:46
    Zöhr12:39
    Əsr16:28
    Məğrib19:31
    İşa21:01
    Namaza yeni başlayıram

Son əlavə olunanlar