Salehə zövcənin sifətləri – 2`ci hissə

Əziz bacım, həyatının gözəl keçməsi üçün və axirətdə xoşbəxtlərdən olmağın üçün mütləq bu məqaləni oxu və əməl et.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu məqalənin 1`ci hissəsi üçün keçidə basın

Salehə zövcənin sifətləri 2`ci hissə

5. Ərin haqlarında nöqsanlara yol verməmək və ona xidmət etməyə cəhd göstərmək.

Bu məqamda Hüseyn bin Mihsanın öz bibisindən rəvayət etdiyi hədis haqqında düşün! O, öz bibisindən rəvayət edir ki, bir gün o, Allah Rəsulunun yanına bir ehtiyacından dolayı gəlir. Ehtiyacı tamamlandıqdan sonra Peyğəmbər (salləllahu aleyhi va səlləm) ona belə deyir: “Sən ərdəsənmi?” (Sənin ərin varmı?) Bibisi deyir: “Bəli”. Allah Rəsulu (salləllahu aleyhi va səlləm) deyir: “Sən onun üçün necə (zövcəsən)? Bibisi deyir: “Bacarmadığımdan başqa ona heç bir şeydə əsirgəmirəm (hər bir xidməti göstərirəm)”. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurdu: “Bax gör sən onun üçün necəsən! Çünki o sənin həm Cənnətin, həm də Cəhənnəmin ola bilər”. (Nəsəi, “Sunənul Kubra” (8913) əsərində rəvayət etmişdir. Şeyx Albani hədisi “əs-Silsilətus Sahihə” əsərində (2612) səhihləşdirmişdir)

İndi isə gəl düşünək! Nə zaman kişi öz zövcəsi üçün Cənnət və nə zaman Cəhənnəm ola bilir? Salehə qadının bu sualın cavabını tapmaq yolunda səy göstərməsi lazımdır. Qadın hədisdə səhabə qadına verilən bu sualı ilk öncə özünə verərək həqiqətə yaxınlaşa bilər. Görəsən o, öz əri üçün necə zövcədir? Bil ki, sənin üzərində vacib olan haqlar vardır. Bil ki, sən Allahın qulusan. Bil ki, Cənnət və Cəhənnəm vardır. Allah isə ərinlə əlaqəli müəyyən haqları sənin üzərinə vacib etmişdir. Elə isə o haqları Allaha itaət baxımından və Onun razılığını umaraq kamil və tam şəkildə ödə. Öz üzərinə düşəni ödə, beləliklə də Allahdan ərinin sənin Cənnətin olmasını um!

6. Kişini maddi cəhətdən sıxışdırmamalı, ərinin malını israf və zay etməməlidir. Əksinə bu məsələdə orta yolu tutmalıdır.

Uca Allah buyurur: “Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar”. (“Furqan”, 67)

Həmçinin bu hədisə diqqət et: “Peyğəmbər (salləllahu aleyhi va səlləm) bir xütbə verdi və o xütəbəni uzatdı. Xütbədə dünya və axirət işləri barəsində danışdı və zikr etdi ki, İsrail övladlarını ilk həlak edən şey bu idi; Bir kasıb kişinin həyat yoldaşı ona çoxlu paltar və zinət əşyası aldırırdı. Yaxud da belə dedi: Ona varlı kişinin yoldaşına aldığı qədər zinət əşyası aldırırdı. Sonra o İsrail övladlarından olan qısaboylu bir qadından danışdı. O qadın özünə taxtadan iki ayaq düzəldir. Təbəqəsi və bağlanan yeri olan bir üzük götürür, o üzüyü müşk ətiri ilə ətirləyir. Sonra iki uzun və ya iki iri qadın arasında (yola) çıxır. Onların arxasınca gedən bir adam da göndərirlər. Həmin adam iki uzun qadını tanıyır, lakin, taxtadan iki ayağı olan qadını tanımır”. (Şeyx Albani hədisi “əs-Silsilətus Sahihə” (591) əsərində səhihləşdirmişdir)

Demək İsrail övladlarını ilk həlak edən şey kasıb qadının öz ərini varlı qadının öz ərini yüklədiyi zinət və bəzək əşyaları ilə yükləməsi idi. Hələ qısaboylu qadının etdiyi israfa və malı zay etməsinə bax! Bunda həm də hiylə və Allahın təqdir etdiyi ilə yetinməmək də var idi. Bu xüsusiyyətlərin hamısı məzəmmətlənən və salehə qadına yaraşmayan sifətlərdir.

Hündür daban ayaqqabıdan bəhs açılmlşkən, bu barədə sizlərə Fətvalar Komitəsinin sözlərini çatdırmaq istəyirik. Hündür daban ayaqqabı geyinmək icazəli deyildir. Çünki bu, qadının yıxılmasına səbəb ola bilər. İnsana isə özünü bu cür təhlükələrdən qorumaq əmr olunmuşdur. Uca Allahın bu sözünə əsasən: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın” (“əl-Maidə”, 195) Digər ayədə isə “Özünüz özünüzü öldürməyin!” (“ən-Nisə”, 29) Həmçinin hündür daban ayaqqabı geyindiyi zaman qadının qaməti olduğundan daha hündür, ombası isə daha iri görünür. Bunda isə həm hiylə, həm də görünməsi haram olan bəzi zinətlərin üzə çıxması (görünməsi) vardır.

7. Nemət verənə qarşı naşükür, nankor olmamaq.
Yəni ər vasitəsilə Allahın ona nəsib etdiyi nemətləri ikrah etməmək. Hədisdə varid olur ki, “İnsanlara təşəkkür etməyən kəs, Allaha şükr etmiş olmaz.” (Şeyx Albani hədisi səhihləşdirmişdir. Bax, “əs-Silsilətus Sahihə”, 416)

Digər hədisdə isə Əsma bintu Yəzid (radıyəllahu ənhə) rəvayət edir ki, “Mən yaşıdlarımın (rəfiqələrimin) yanında olarkən Peyğəmbər (salləllahu aleyhi va səlləm) yanımdan keçdi və bizə salam verərək belə dedi: “Sizi nemət verənlərə qarşı naşükür olmaqdan çəkindirirəm!” Mən dedim: “Nemət verənlərə küfr etmək necə olur?” O dedi: “Ola bilsin sizdən birinizin ata evində qalma müddəti uzansın (evliliyi geciksin), daha sonra isə Allah sizi bir ər (yoldaş) ilə, ondan isə bir övlad ilə ruziləndirsin. Sonra (bir gün) ona qəzəblənərək naşükürlük edib belə deyərsiniz: “Səndən heç xeyir görməmişəm!” (Buxari “Ədəbul Mufrad”, 1048. Şeyx Albani hədisi səhihləşdirmişdir. Bax, “əs-Silsilətus Sahihə”, 823)

Başqa bir hədisdə isə Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Allah, ərinə möhtac olduğu halda ona təşəkkür etməyən qadının üzünə baxmaz!” (“ən-Nəsəi”, 11-356. Albani hədisi səhihləşdirmişdir. Bax, “əs-Silsilətus Sahihə”, 3490)

8. Ərinə hörmət etmək, onun məqamını və haqlarını tanımaq.

Bu barədə bir çox hədislər varid olmuşdur. Onlardan birində İbn Abbas Peyğəmbərin (salləllahu aleyhi va səlləm) belə dediyini rəvayət edir “Mən kiminsə başqa birisinə səcdə etməsini əmr etməmişəm. Əgər kiməsə başqa birisinə səcdə etməyi əmr etsəydim, mütləq qadının öz ərinə səcdə etməsini əmr edərdim”. (Təbərani “Mucəmul Kəbir” əsərində (11-356) rəvayət etmişdir. Şeyx Albani hədisi “əs-Sahihə” (3490) əsərində səhihləşdirmişdir).

Başqa bir hədisdə isə Zeyd ibn Ərqam Muazın (radıyəllahu ənhumə) belə dediyini rəvayət edir: “Ey Allahın Rəsulu! Kitab əhli öz hökmdarlarına və başçılarına səcdə edirlər, biz sənə səcdə etməyəkmi? Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə dedi: “Əgər kiməsə başqa birisinə səcdə etməyi əmr etsəydim, mütləq qadının öz ərinə səcdə etməsini əmr edərdim. Qadın hətta atın üzərində oturduğu zaman əri onu çağırar və o da ona cavab verərsə, yenə də onun haqqını ödəmiş olmaz”. (Təbərani “Mucəmul Kəbir” əsərində (5-208) rəvayət etmişdir. Şeyx Albani hədisi “əs-Sahihə” (3366) əsərində səhihləşdirmişdir)

Qadının əri salehlərdən, təqva sahiblərindən, Allaha davamlı ibadət edənlərdən, Ona itaət edənlərdən olarsa, bu haqq daha da artar. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: “Qadın dünyada ərini incidərsə, o kişinin hurilərdən olan zövcəsi belə deyər: “Allah səni öldürsün, ona əziyyət vermə! Çünki o, sənin yanında müvəqqətidir, səndən ayrılıb bizim yanımıza gəlməsinə az qalmışdır!” (Şeyx Albani hədisi “əs-Sahihə” (173) əsərində səhihləşdirmişdir)

Alimlər buyurur ki, bu hədisdə ərlərini incidən qadınlara şiddətli təhdid vardır.

9. Əgər Allah qadını övladla ruziləndirərsə, onların arasında ədalətli olmalıdır.

Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurur: “Övladlarınız arasında ədalətli olun! Övladlarınız arasında ədalətli olun!” (Şeyx Albani hədisi “əs-Sahihə” (1240) əsərində səhihləşdirmişdir)

Bu barədə bir çox hədis mövcuddur.

10. Salehə zövcə öz evində qərar tutar və evindən tez-tez çıxmaz.

Çıxdığı zaman isə ehtiyacdan dolayı çıxar və bu zaman belə bəzənib-düzənmiş, açıq-saçıq halda çıxmaz. Gözlərini (baxışlarını) və namusunu qoruyar. Bu barədə Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: “Qadın övrətdir! O evdən çıxdığı zaman şeytan onu hədəfə alar. Qadın Allaha ən çox evinin dibində (bir küncündə) yaxın olar”. (Şeyx Albani hədisi “əs-Sahihə” (2688) əsərində səhihləşdirmişdir)

11. Hətta aralarında ayrılıq, boşanma və ya mübahisə baş versə belə, ərin sirlərini və ərlə-arvad arasında olan məsələləri açmamaq, yaymamaq, insanlara danışmamaq.

Həm ər, həm də qadın bu məsələ barədə Allahdan qorxmalıdırlar. Əsma bint Yəzid danışır ki, bir gün o Allah Rəsulunun yanında idi. Kişilər və qadınlar da onun yanında oturmuşdular və Peyğəmbər (Salləllahu aleyhi va səlləm) belə dedi: “Ola bilsin ki, bir kişi öz əhli ilə nə etdiyini danışsın və ola bilsin də ki, bir qadın əri ilə nə etdiyi barəsində kiməsə xəbər versin”. İnsanlar susdu və mən (Əsma) dedim: “Bəli, Allaha and olsun ki, ey Allahın Rəsulu, qadınlar deyir və kişilər də bunu edirlər”. Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə dedi: “Belə etməyin! Çünki belə etməyin misalı erkək şeytanın yolda dişi şeytana rast gəlməsinə və onunla yaxınlıq etməsinə və insanların da onları izləməsinə bənzəyir!” (Şeyx Albani hədisi Sahih li-Ğayrihi adlandırmışdır. Bax, “Sahihut-Tərğib vət-Tərhib” (2022))

Əsmanın (radıyəllahu ənhə) “Bəli, Allaha and olsun ki, ey Allahın Rəsulu, qadınlar deyir və kişilər də bunu edirlər” deyərək ilk öncə qadınlardan başlaması ona dəlalət edir ki, qadınlar bu əməli kişilərdən daha çox edirlər. Kişilərdə isə bu hal nisbətən daha az baş verir. Çünki qadınlar öz rəfiqələri ilə bu cür şəxsi mövzuları danışır və ərlərinin sirlərini və ya ona xas bəzi məsələləri dilə gətirilməsinə etinasız yanaşırlar.

“Çünki belə etməyin misalı erkək şeytanın yolda dişi şeytana rast gəlməsinə və onunla yaxınlıq etməsinə və insanların da onları izləməsinə bənzəyir!” – yəni ailə həyatındakı şəxsi məsələləri açıb kiməsə danışan qadın və ya kişinin misalı eynilə buna bənzəyir…

Bunlar salehə zövcəyə xas olan və müəllifin Allahın qullarından istədiyi kəsləri faydalandırmasını umaraq Quran və səhih hədislərdən cəm etdiyi və bizlərə təqdim etdiyi bəzi sifətlər idi.

Allahdan bu kitabı oxuyan hər bir qadın, Allahın yoluna dəvət edən və öz himayəsi altında qız yetişdirənlər üçün faydalı etməsini istəyirik!

Allahdan bu kitabın müəllifi və onu öz dilimizdə insanlara çatdırmaq yolunda əməyi olan hər kəsi əfv etməsini və Öz geniş rəhməti ilə əhatə etməsini istəyirik! Həqiqətən O, duaları eşidən, onlara cavab verəndir.

Güc və qüvvət yalnız Allaha məxsusdur və müvəfəqiyyət də yalnız Allahdandır.

Şeyx AbdurRazzəq əl-Bədr (həfizahullah)`ın Salehə zövcənin sifətləri kitabından cüzi ixtisarla və cüzi əlavələrlə tərcümə edilmişdir

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    27.04. 2024
    NamazVaxt
    Sübh03:59
    Günəş05:45
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:32
    İşa21:02
    Namaza yeni başlayıram

Son əlavə olunanlar