Sələfdən ibrət dolu sözlər

Bu gününü düşün, saleh əməllərini artır, günahlarından istiğfar et və Allah haqqında gözəl zəndə ol.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bişr bin əl-Həris (Allah ondan razi olsun) buyurur: “Qul ibadətin şirinliyini dadmaz, hətta özü ilə şəhvətlər arasında dəmirdən bir sədd çəkməyincə.” (əl-Hilyəh, 8/345)

Bişr bin əl-Hərisdən rəvayət olunur ki, ona deyildi: “Danışmayacaqsan?”
O dedi: “Mən danışmaq istəyirəm… (amma) mən bir şeyi istədikdə onu tərk edirəm.” (Tərixu Bəğdəd, 7/70)

Bişr bin əl-Hərisdən (Allah ondan razi olsun) belə dediyi rəvayət olunur: “Dünən artıq öldü, bugün dəvam etməkdədir, sabah isə hələ doğulmamışdır.” (Siyər Ə’ləm ən-Nubələ, 10/472)

Yəni dünənin və ya sabahın işlərinə görə, üzüntü və kədərə qərq olub, əməllər işləməkdən yayınma. Bu gününü düşün, saleh əməllərini artır, günahlarından istiğfar et və Allah haqqında gözəl zəndə ol.

Bişr bin əl-Hərisdən (Allah ondan razi olsun) belə dediyi rəvayət olunur: “Danışmaq sənə xoş gəldikdə, sus. Susmaq isə sənə xoş gəldikdə, danış.” (Siyər Ə’ləm ən-Nubələ, 10/472)

Bişr bin əl-Hərisdən (Allah ondan razi olsun) belə dediyirəvayət olunur: “Bəzən bir kişi ölümündən sonra da riya edər, cənazəsində insanların çoxalmasını sevməsi ilə.” (Siyər Ə’ləm ən-Nubələ, 10/473)

İbrahim əl-Hərbi (Allah ondan razi olsun) buyurur: “Əgər Bişrin (Bişr bin əl-Hərisin) əqli Bağdad əhli arasında bölünsəydi, Bağdad əhli aqillərə çevrilərdilər.” (Siyər Ə’ləm ən-Nubələ, 10/475)

Muhamməd bin əl-Musənnə, Bişr bin əl-Hərisin belə dediyini rəvayət edir: “Dünyanı sevən elə bir kəs yoxdur ki, ölümü sevsin (dünyanı sevən, ölümü sevmir). Amma kim orada, (dünyada) zahid olarsa, Mövlası ilə (Allah ilə) görüşü sevəcək.” (Siyər Ə’ləm ən-Nubələ,10/476)

Dünyada zahid olmağa sələflər bir çox təriflər veriblər, bunlardan:

– Dünyadan yalnız ehtiyacın olanı götürüb, ehtiyacın olmayanı tərk etmək
– Dünyadan sənə gələnə sevinmir, səndən gedənə isə kədərlənmirsən
– Dünyadan axirətinə (zərər verənlərdən əlavə) fayda verməyəcək hər şeyi tərk edirsən və s.

Bişr bin əl-Həris (Allah ondan razi olsun) buyurur: “Şöhrəti sevən, Allahdan qorxmamışdır.” (Siyər Ə’ləm ən-Nubələ, 10/476)

Bişr bin əl-Hərisdən (Allah ondan razi olsun) belə dediyi rəvayət olunur: “(İnsanların dilində) yad olunasan deyə, əməl etmə. Yaxşılıqları, günahları gizlətdiyin kimi gizlət.” (Siyər Ə’ləm ən-Nubələ,10/476)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    27.04. 2024
    NamazVaxt
    Sübh03:59
    Günəş05:45
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:32
    İşa21:02
    Namaza yeni başlayıram

Son əlavə olunanlar