Onlar “Eşitdik və itaət etdik” deyərdilər…

Bir qadağa gəldikdə ondan çəkin və soruşma ki, bu haramdır yoxsa məkruh?

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) buyurur: “Bir qadağa gəldikdə ondan çəkin və soruşma ki, bu haramdır yoxsa məkruh?

Eləcə də əgər bir əmr gələrsə ona tabe ol və soruşma ki, bu vacibdir yoxsa müstəhəb?

Beləki, səhabələr (Allah onlardan razı olsun), əgər Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlara bir şey əmr edərdisə, onlar “Ey Allahın Rəsulu, bununla sən vacibliyi qəsd etdin yoxsa müstəhəbliyi?” deməzdilər, bir başa əmri yerinə yetirərdilər.

Allahın və Onun Rəsulunun (Allahın ona salavat və salamı olsun) əmrlərinə ən çox boyun əyənlər, ən güclü imana sahib olan insanlardır.

Uca Allah buyurur: “Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!”– demələridir. Nicat tapanlar da məhz onlardır.” (ən-Nur, 51).” (Liqaul Bəbil Məftuh, 160)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    25.04. 2024
    NamazVaxt
    Sübh04:03
    Günəş05:48
    Zöhr12:39
    Əsr16:27
    Məğrib19:30
    İşa21:00
    Namaza yeni başlayıram

Son əlavə olunanlar