Fransanın İslam düşmənliyinə bəzi tarixi misallar

Oxu və paylaş!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

1️⃣ Miladi təqvim ilə 1095-ci ildə Fransa İkinci Papa Urbanın xristianlara çağırışı nəticəsində Fransanın cənubundakı Klirmont əyalətində Qüdsü müsəlmanlardan geri almaq üçün müsəlmanların üzərinə “xaçlı yürüşü” edilir.

2️⃣ Əzhər məscidinə atlarla daxil olmaları, (1798-1801); Napalyonun rəhbərliyi altında 1798-ci ildə Misirə və Şama ordu yeridilir ki, guya bununla Napolyonun imperiyasının şərq istiqamətindəki qərargahlarını yaratsınlar. Onlar Qahirədəki” Əzhər” məscidinə atları ilə daxil olurlar. Bu hücum 3 il davam edir. Sonra isə uğursuzluğa məruz qalaraq fransızlar geri çəkilərək fransaya qayıtmalı olurlar.

3️⃣ Napolyon, Osmanlıların Misiri geri almaq istədiyini eşitdiyi zaman 13.000 nəfərlik öz ordusunu Şama göndərir və özü də 1799-cu ilin 10 fevralında yola çıxır, qarşısına çıxanları qətlə yetirir.

4️⃣ Məğribdə “əd-Dər əl-Beyda” qətliamı; 1947-ci il, 9 aprel tarixində məğribli müsəlmanlar öz müsəlman kimliyinə, torpaqlarının sərhədlərinə, vətəninə sahib çıxmaq istəyilə azadlıq, müstəqillik əldə etmək üçün çıxdıqları zaman fransız işğalçı qüvvələri onların üzərinə qoşun yeridir və məğribli sadə vətəndaşlara atəş açır. Onlardan qadın, yaşlı, uşaq demədən yüzlərlə insanları dörd məhlə və ətraf ərazilərdə qətlə yetirir, bir çoxları yaralanır, bəziləri də həbs edilirlər.

5️⃣ Fransa əl-Cəzairdə iki milyon insanı qətl etmişdir. Fransalılar əl-Cəzairlilərə əhali qanunu (müqavimət göstərənlərin qətl edilməsi qanunu) tətbiq etmişdilər. Bu mənfur müstəmləkəçi hücumlar məktəblərə, vəqflərə təsir etmiş və dinə qarşı yönəlmiş, məktəblərin bağlanmasına, tələbələrin dərsdən qalmasına və alimlərin köçməsinə səbəb olmuşdu.

6️⃣ Fransa Bosniyada serblərlə müsəlmanlar arasında çıxan savaşda BMT-nin qərar verib beynəlxalq gücləri göndərmədən öncə serblərə yardım etməyə tələsmiş, serblərin orada ən çirkin qətliamları törətmələrinə, yerli sakinlərin sürgün edilməsinə, torpaqlarından çıxarılmasına və qəsb edilməsinə dəstək vermişdir. Bu müharibədə (1992-1995) 200.000-dən çox insan qətlə yetirilmiş və iki milyondan çox insan yurdundan didərgin düşmüşdür. Onu da qeyd edək ki, bəzi beynəlxalq təşkilatların açıqlamasına əsasən bu müharibədə 300.000-dən çox insan həyatını itirmişdir.

7️⃣ Afrikanın mərkəzində xaçlı qüvvələrinə yardım (2015); Fransa afrikanın mərkəzində dünyanın müasir dövründə müsəlmanları xristianlaşdırmaq üçün xaçlı qüvvələrinə hər cür dəstəyini vermişdi. Fransa Afrikanın mərkəzində xristianlığı yaymaq üçün qətliamlar etməkdən də çəkinmir. Bölgədə yürütdüyü müstəmləkəçilik siyasəti ilə “sülhməramlı qüvvələrin” əliylə öz zülmlərini davam etdirir. Fransa “Anti Palaka” adlı xristian qüvvələrini əksəriyyəti müsəlmanlardan ibarət olan “Selika” qüvvələrinə qarşı dəstəkləyir.

8️⃣ Yaxın illərdə vətəndaş müharibəsinin getdiyi Malidə 4 dövlətin – Fransa, ABŞ, Britaniya və Almaniyanın maraqları toqquşur. Sadə insanlar isə qırılmaqda davam edirlər. Müsəlmanlarla separatçı “Tuareq tayfaları”nın bir-birilə qanlı savaşına Fransa da qoşulub. Fransa Malinin viran qalması üçün separatçı Tuareq tayfalarına güclü dəstək göstərir.

➖➖➖➖➖➖➖➖➖
Fransanın müstəmləkəçilik cinayətləri saydıqca bitmir. Ədalətdən uzaq olan, daim zalımlara və kafirlərə dəstək verən Fransanın əliqanlı, zülmətli tarixini bilməyənlər, onların bu gün Azərbaycan xalqına qarşı da eyni zalımlığı edib ermənilərə dəstək olmalarını yaxşı-yaxşı yadlarında saxlasınlar. “Avropa ədaləti” xəyallarının aldatdığı, “Avropa sevgisinin” gözlərini kor etdiyi kəslər də bu “ədalətsiz yuxularından” tez bir zamanda oyansınlar. Sizin üçün din fərqi olmadığı halda, Fransa üçün xristian və müsəlman fərqi var. Qarabağda da kilsə ilə məscidin fərqi var. Siz bunu görə bilmirsinizsə, özünüzü qınayın! Azərbaycana qarşı ermənistana yardım edən ölkələrin erməni sevgisinin haradan qaynaqlandığını hələ də görmürsünüzmü?!

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    28.04. 2024
    NamazVaxt
    Sübh03:57
    Günəş05:44
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:33
    İşa21:03
    Namaza yeni başlayıram

Son əlavə olunanlar