Üç alimin ateistlərlə söhbəti

«Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.» (ət-Tur, 35-36)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Birincisi: İmam Əbu Hənifənin ateistlərlə söhbəti:

Ateistlərdən bəziləri imam Əbu Hənifədən (rahiməhullah) Yaradanın varlığı barədə soruşurlar.

Onlara deyir ki: Gözləyin, mən indi mənə verilən bir xəbər barədə düşünürəm; Mənə dedilər ki, dənizdə içi müxtəlif ticarət malları ilə dolu olan bir gəmi var ki, onu qoruyan və sürən bir kimsə də yoxdur. Buna rəğmən gəmi öz-özünə gedir, gəlir və (suda) üzür. Bu gəmi böyük dalğalardan qurtulana kimi yarıb keçir, heç kimin idarəsi olmadan istədiyi tərəfə üzüb gedir.

– (Ateistlər) dedilər: Bu, ağıllı kimsənin danışacağı bir şey deyil.

– (Əbu Hənifə) dedi: «Bəs bu boyda göy və yer aləmində olan canlılar və buna aid olan bilinən şeyləri Yaradan biri yoxdurmu?!

(Bu cavabdan) Onlar çaşıb qaldılar və onun səbəbiylə İslamı qəbul etdilər.»

(Məaric əl-Qabul, Hafiz əl-Hikəmi, 1/78; Təfsirur-Razi, 2/333)

İkincisi: İmam Şafinin ateistlərlə söhbəti:

Bəzi ateistlər imam Şafi’dən (rahiməhullah) soruşurlar.

– Yaradanın mövcud olmasına dəlilin nədir?

– Dedi: Tut ağacının yarpağı. Sizə görə (bütün) tut yarpaqlarının dadı, rəngi, iyi və forması eynidir?

– Dedilər: Bəli.

– Dedi: Lakin, barama qurdu bu yarpağı yeyir və ipək çıxardır. Bal arısı isə bu yarpaqdan bal çıxardır. Qoyun isə bu yarpaqdan peyin çıxardır. Ceyran isə bu yarpaqdan yeyib qarın hissəsində müşk (ətiri) çıxarır. Elə isə bir formada olan tut yarpağından eyni zamanda bu şeyləri ortaya çıxaran kimdir?

Onlar onun sözlərini bəyəndilər və onun səbəbilə İslamı qəbul etdilər. Sayları isə on yeddi nəfər olardı.

(Təfsirur-Razi, 2/333; Məaricil-Qabul, Hafiz əl-Hikəmi, 1/78)

Üçüncüsü: İmam Cəfər əs-Sadiqin ateistlə söhbəti:

İmam Cəfər əs-Sadiqin (rahiməhullah) yanında ateistlərdən biri Allahın varlığını inkar etdi. Cəfər-əs-Sadiq ona dedi:

– Heç dənizə (gəmiyə) minmisən?

– Dedi: Bəli.

– Dedi: (Gəmidə) Nələr baş verdiyini gördünmü?

– Dedi: Bəli. Bir gün nəhəng küləklər baş qaldırdı, beləcə gəmi sındı. Gəmiçilər isə (suda) batdılar. Mən isə gəminin lövhələrindən birindən asılı qaldım. Sonra o lövhə də məndən uzaqlaşdı. Birdən dalğaların təlatümü arasında sahilə gəlib çıxdım.

– Cəfər dedi: (Gəmiyə mindikdə) Bundan əvvəl gəmiyə və gəmiçilərə etimad edirdin, sonra səni xilas edəcəyinə ümid etdiyin lövhəyə etimad edirdin. O zaman ki, bu şeyləri itirdin, görəsən ölümə təslim olmuşdun, yoxsa, hələ də xilas olmağa ümidin var idi?

– Dedi: Əksinə, xilas olmağı ümid edirdim.

– Dedi: Bunu (xilasını) kimdən gözləyirdin?

– Həmin şəxs (cavab verməyərək) susdu.

Cəfər əs-Sa’diq dedi: «Həmin vaxt səni xilas edəcəyinə ümid etdiyin varlıqdır Yaradan! Səni batmaqdan xilas edən də O idi! Bundan sonra o şəxs İslamı qəbul etdi.»

(Təfsirur-Razi, 2/333)

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.03. 2024
    NamazVaxt
    Sübh04:54
    Günəş06:29
    Zöhr12:45
    Əsr16:18
    Məğrib19:02
    İşa20:32
    Namaza yeni başlayıram

Son əlavə olunanlar