Əgər valideynlər hicab geyinməyə icazə vermirlərsə – Şeyx İbnu Useymin

“Səbr et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir.” (Hud surəsi, 49)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu məqamda hər iki tərəfə tövsiyyə olunmalıdır. İlk olaraq, sənə şəri geyim olan hicabı qadağan edənlərə belə deyirəm: “Allahın cəzasından qorxun!”

Allahın sizi, üzərilərində qəyyum etdiyi kəslər barəsində Allahın cəzasından qorxun!

Öz qızları tərəfindən Peyğəmbərin (salləllahu aleyhi va səlləm) və onun səhabələrinin yoluna doğru yönələn  (istiqamətlənmə görən) kəslərə, buna görə Allaha həmd etmək və öz qızlarını bu işə həvəsləndirmək gərəkir.

Həmçinin onlar bilməlidirlər ki, bu Allahın onlara verdiyi böyük nemətdir. Amma əksini etsələr Allaha and olsun ki, onlar,  Allahın onlara verdiyi (qız) əmanətinə xəyanət edən günahkar kimsələrdir.

Bu etdiklərinə görə Allah tərəfindən soruşulacaqlar. Uca Allah belə buyurub: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (ət-Təhrim surəsi, 6)

Uca Allah, özümüzü oddan qorumağı əmr etdiyi kimi, öz ailələrimizi də qorumağı əmr etdi. Peygəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: “Kişi öz ailəsinin çobanıdır və onlar üçün məsuliyyətlidir.”

Mən belə edənlərə deyirəm: Öz qızlarınızı, dini ayinləri yerinə yetirməyə mane olduğunuz üçün günah daşıyırsınız.

İkinci tövsiyyəm isə bu və bunun timsalında olan digər qızlaradır: Siz səbr etməlisiniz! Allahın dinini yaşamaqda və qarşınıza çıxan çətinliklərə səbr edin. Hərdən elə olur ki, Allah Təalə öz qulunu, insanların ona dininə görə verdiyi əziyyətlərlə imtahan edir.

Allah Təalə buyurur: “İnsanların arasında: ‘Allaha iman gətirdik!’– deyənləri də vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar.” (əl-Ənkəbut surəsi, 10)

Həmçinin buyurur: “İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib (küfrə) qayıdar. O (şəxs) dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.” (əl-Həcc surəsi, 11)

Mən bu qızlara tövsiyyə edirəm ki: Səbr edin, hicab geyinin…

Yenə də deyirəm: Səbr edin, səbr edin, səbr edin! Gözəl sonluq isə Allahdan qorxanlar üçündür.

Sonda isə, belə saf, mömin, hicablı qızların atalarına Allahdan qorxmağı tövsiyyə edirəm. Allahın cəzasından qorxun və onları bu xeyirdən məhrum etməyin. Özünü yad kişilərdən, onun vasitəsi ilə qorunan qadınlara hicabı qadağan etməyin!

Bu saf, hicablı qadınlara isə “bu yolda səbr edin” deyirəm. (Belə etsəniz) Uca Allah sizi mükafatlandıracaq və gözəl sonluq da sizin olacaqdır: “Səbr et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir.” (Hud surəsi, 49)

Ərəbcə (tərcümə ilə) dinləmək üçün buraya basın

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    25.04. 2024
    NamazVaxt
    Sübh04:03
    Günəş05:48
    Zöhr12:39
    Əsr16:27
    Məğrib19:30
    İşa21:00
    Namaza yeni başlayıram

Son əlavə olunanlar