Qadınlarınızla yaxşı davranın!

«Qadınlarınız barəsində Allahdan qorxun. Siz onları Allahın əmanəti olaraq aldınız, onlarla Allahın əhdi ilə evləndiniz.» (Muslim, 1218)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Dinimiz kişilərə qadınlarla hər zaman gözəl davranmağı əmr etmiş, onlara zülm etməkdən çəkindirmiş, onlara qarşı daima diqqətli olmağı tövsiyə etmişdir. Bu haqda Quranda, sünnədə və alimlərin sözlərində kifayət qədər dəlillər var. Bunlardan bəzilərini təqdim edirik:

1. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

«Sizin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olandır. Məndə sizin içinizdə ailəsinə qarşı ən xeyirli olanam.» (Səhih hədislər silsiləsi, 285)

2. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Möminlərin imanda ən kamili əxlaqı ən gözəl olanıdır. Sizin də ən xeyirliniz zövcəsinə ən gözəl davrananızdır.» (Sahih ət-Tərğib vət-Tərhib, 1923)

3. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Qadınlarınızla yaxşı davranın. Çünki, onlar qabırğadan yaranıblar. Qabırğanın da ən əyri yeri yuxarı hissəsidir. Əgər düzəltmək istəsən sındıracaqsan. Əgər tərk etsən əyri qalacaq. Qadınlarınızla yaxşı davranın.» (Buxari, 5185)

4. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Qadınlarınız barəsində Allahdan qorxun. Siz onları Allahın əmanəti olaraq aldınız, onlarla Allahın əhdi ilə evləndiniz.» (Muslim, 1218)

5. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurmuşdur:

«Kimin iki zövcəsi olub onlardan birinə daha çox meyl edərsə, Qiyamət günü bir tərəfi əyilmiş halda gələr.» (Əbu Davud, 2133. Albani səhih olduğunu bildirmişdir)

6. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

«Sizdən biriniz günün sonunda yatağına girən zövcəsini qulunu qamçıladığı kimi qamçılamasın.» (Buxari, 5024)

7. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

«Mömin kişi mömin qadına (zövcəsinə) nifrət etməsin. Əgər onun bir xasiyyəti xoşuna gəlməsə də, başqa xasiyyətindən razı qalsın.» (Muslim, 1469)

Bu hədisin şərhində İmam Nəvəvi (Allah ona rəhmət etsin) belə demişdir:
«Yəni zövcəsindən xoşuna gəlməyən xasiyyətinə görə nifrət etməsin. Onun razı qaldığı xasiyyətini xatırlasın. Məsələn; əgər sərt xasiyyətli olarsa onun dində möhkəmliyini, gözəlliyini, iffətli olmasını, yaxşı yoldaş olmasını yadına salsın.» (Muslimin şərhi, 10/58)

8. İbn Abbas (Allah ondan razı olsun) demişdir:

«Zövcəmin mənim üçün bəzənməyini xoşladığım kimi, mən də onun üçün bəzənməyi xoşlayıram.» (İbn Muflihin Furuu, 5/239)

9. İmam Malik (Allah ona rəhmət etsin) demişdir:

«İnsan ailəsinə elə gözəl davranmalıdır ki, hətta onlar üçün ən sevimli adama çevrilsin.» (Muntəqa şərh Muvatta, 7/212)

10. “Onlarla xoş davranın” (ən-Nisə, 19) ayəsinin təfsirində İmam Şafii (Allah ona rəhmət etsin) belə demişdir:

«Ər-arvad arasında xoş davranış, xoşagəlməz əməllərdən çəkinməklə olur.» (Əhkəmul Qur`ən, 1/204)

11. Şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

«Hər bir kişiyə vacib olan odur ki, zövcəsi haqda Allahdan qorxsun, Allahın nəzarətində olduğunu unutmasın, onlarla gözəl davransın, xoş sözlər desin, gözəl üslubda rəftar etsin. Heç zaman onu vurmasın, çirkin sözlər deməsin. Vacib olan, onlara gözəl sözlər deyib gözəl rəftar etməkdir.» (Fətava, 21/254-255)

12. Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

«Çox təəssüf olsun ki, bəzi insanlar çöldə başqaları ilə gözəl əxlaqda davrandıları halda, ailəsi ilə gözəl əxlaqda davranmır.» (Kitəbul İlm, səh. 180)

13. Şeyx Muhammad Əmən əl-Cəmi (Allah ona rəhmət etsin) demişdir:

«Hər söz-söhbətdə talaq verməklə təhdid etmək qadınlarla gözəl davranışdan sayıla bilməz.» (Qurratu Uyunil Muvahhidin, 39)

14. Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

«Ailə səadəti qadına şiddət göstərməklə, onun üzərində hökmranlıq etməklə olmur. Bu üslub xətadır. Kişi öz zövcəsinə həyat dostu, uşaqlarının anası və evinin himayədarı gözü kimi baxmalıdır. Necə ki, zövcəsinin ona hörmət etməsini istəyir, eləcə də, o zövcəsinə hörmət etsin». (Nurun aləd-Dərb, 13/19)

Qaynaq: İslam və Elm telegram kanalı 

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin doktorantura tələbəsi, Emin Hacıyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.04. 2024
    NamazVaxt
    Sübh03:57
    Günəş05:44
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:33
    İşa21:03
    Namaza yeni başlayıram

Son əlavə olunanlar