Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd ancaq Allaha məxsusdur. Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliyindən Ona sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu o yoldan azdıran tapılmaz. Allahdan başqa ibadətə layiq ilah olmadığına şahidlik edirəm. O, Təkdir və şəriki yoxdur! Şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!
“Ey iman gətirənlər ! Allahdan Ona layiq olan tərzdə çəkinin və ancaq müsəlman olduğunuz halda ölün!” (Əli İmran, 102)
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən Allah sizə nəzarət edir!” (ən-Nisə, 1)
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.” (əl-Əhzəb, 70-71 )
Daha sonra Peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi va səlləm) buyurmuşdur:
“Həqiqətən, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin yoludur. Əməllərin ən pisi isə sonradan uydurulanlardır. Sonradan uydurulub dinə gətirilən hər əməl bidət, hər bidət yolundan sapma (zəlalət) və hər sapma da atəşdədir!”
Bu gözəl mübarək görüşümüzdə sevimlilər, Allah üçün sevdiyim oğullar, qardaşlar, sizi salamlayıram. Ümid edirəm O bizə bu görüşdə məsələləri qavrayan ağılı, faydalı elmi, saleh əməli, kitab və sünnədən yapışmağa ac olan nəfsləri bəxş edəcəkdir. Bizi sözə qulaq asan və onun gözəlini izləyəndən edəcəkdir. Əvvəlcə zehnimdə olan mövzu – tabeçilik və onun nəfslərin təmizləməsində təsiri idi. İndiki mövzu isə – Kitab və Sünnədən yapışmaq mövzusudur. Onların hər ikisi eyni qayədə görüşürlər. İstər bu mövzuda, istər digər mövzuda danışmağımıza baxmayaraq, məqsəd eynidir. İstənilən halda rəsula ﷺ tabeçilik elmi, Kitab və Sünnədən yapışmağı tələb edir. Sələf salehin mənhəci ancaq elmin üzərində dayanır. Buna görə də imam Buxarı (rəhiməhullah) belə demişdir: “Söz və əməldən qabaq elm babı”. O Allah Sübhənəhu və Təalanın Muhəmməd surəsindəki “Bil ki Allahdan başqa ibadətə laiq haqq və məbud yoxdur” və elmlə başladı. Əməl və söz, ancaq elm vasitəsilə səhihləşirlər, doğru olurlar. Allah Subhənu və Təala İsra surəsi 36-cı ayədə buyurmuşdur: “Elmin olmadığı şeyin dalınca getmə”.
Nə sözdə, nə də əməldə elmin olmadığı şeyin ardınca getmə.
Elm – bu əsasdır. O bu ümmətin əvvəlkilərindən qiyamət saatına qədər olanlarının həyatında olan bir əsasdır. Bu ümmətin vəhydən ibarət olan, Kitab və Sünnədə gələn elm olmadan heç bir güzəranı və səadəti yoxdur. Onlar- saleh sələflərimiz, elmin qiymətini və dərəcəsini gözəl bilmişlər. Səhabələr Allah Təbərakə və Təalənin Tövbə surəsi 122-ci ayədə dediyi: “Hər qəbilədən bir dəstə qalmalıdır ki dini dərindən öyrənsinlər və cammat döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər ki, onlar pis işdən çəkinsinlər.” – sözlərindən yola çıxaraq ərəb yarmadasının müxtəlif istiqamətlərində, bir tərəfindən digər tərəfinə dəstə-dəstə elmi öyrənməyə gedərdilər. Səhabələrin vaxtında ağıl sahibləri, zəka sahibləri və ixlaslı tabinlər İraqdan və digər məntəqələrdən Mədinəyə bir məsələni və ya bir hədisi öyrənmək üçün səfər edərdilər. Nəyə görə? Çünki onlar elmin qiymətini bilirdilər. O elm ki, onların səadəti, izzəti və birlikləri o elmin üzərində dayanardı. Kəlimələri və səfləri bu elm ilə cəm olardı, təkləşərdi. Sələf elmi öyrənmişdir, tanımışdır. O elm ki, onunla Muhəmməd (salləlahu alehyi və səlləm) göndərilmişdir və ona müxalif olan öz havasını izləmişdir. Necə ki Allah Subhənəhu və Təala Bəqara 120-ci ayədə deyir ki: “Əgər onların havalarını sənə gələn elmdən sonra izləsən sənin nə bir vəlin, nə də bir köməyin olar.”
(Allah Subhənəhu və Təala Ona müxalif olanların elmlərini hava adlandırdı)
Allahın mömin qullarını onun vasitəsilə qaldırdığı elm, dərəcələrdən ibarətdir.
Mucadələ surəsi 11-də Allah Sübhənəhu və Təala deyir ki: “Allah sizlərdən iman gətirən və elm verənlərin dərəcələrini qaldırsın.”
Bu o elmdir ki, onun vasitəsilə Allah qorxusu, ondan təqva və Allahın nəzarətinin hiss olunması əldə olunur. Fatir surəsi 28-ci ayədə Allah Subhənəhu və Təala buyurur ki: “Allahdan ancaq Onun alim qulları qorxar.”
Allah Təbərakə və Təalə öz elçisinə (salləllahu aleyhi va səlləm) tabeçiliyi əmr etdi. Allah Subhənəhu və Təala Yunus surəsi 109-ci ayədə deyir ki: “Sənə nazil edilən vəhylərə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökmranların ən yaxşısıdır.”
Allahın ona vəhy etdiyi (izləməyi əmr etdiyi) məsələ elm idi. Bu elm Kitab və Sünnənin naslarıdır. Rasulullah (salləllahu aleyhi va səlləm) ancaq elmi və vəhyi izləyərdi. Allah Subhənəhu və Təala Yunus surəsi 108-109-ci ayələrdə deyir ki: “De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm.”
Bu ayədən sonra isə Allah Subhənəhu və Təala demişdir: “Sənə nazil edilən vəhylərə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökmranların ən yaxşısıdır.”
Peyğəmbər (salləllahu aleyhi va səlləm) gətirdiyi vəhy elm idi. Rəsul ﷺ və onun ümməti haqqı və elmi izləməklə əmr olunmuşlar. Haqqa gəlincə isə bu elmdir, batilin nə öndən nə də arxadan yaxınlaşa biləcəyi – Qurandır. Quranda hikmət adlandırılan təmiz sünnətdir. Sünnət isə bəyandır, şərhdir, təfsildir. Quranda mütləq gələn, qeydsiz gələn məsələləri qeyd edəndir və ümumi gələn məsələləri xüsusiləşdirəndir.
Həqiətən də Allah Subhənəhu və Təala öz rəsuluna insanlar üçün Qurani Kərimi bəyan etməklə, izah etmək və onlar üçün Allahın məqsədlərini və məramlarını izah etməyi təxsis etməklə və qeydlərlə – təfsir, bəyan və təfsil verməklə izah etməyi vəkalət etmişdir. Necə ki Allah Subhənəhu və Təala Nəhl surəsi 44-cü ayədə deyir ki: “ …Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.”
Peyğəmbər (salləllahu aleyhi va səlləm) bu bəyanı ən gözəl tərəfləri ilə həyata keçirdi. Quranı və Sünnəti təbliğ etdi. Daha sonra isə ən əzəmətli bir toplantıda – vəda həccində ümmətindən buna şahidlik etmələrini istədi və dedi ki: “Çatdırdımmı? Təbliğ etdimmi?” Onlar dedilər: “Bəli”. Sonra dedi: “Allahım şahid dur!”
Onlara xütbə verdi, halal və haram, həccin ritualları, onları formalaşdıran əzəmətli məsələləri izah etdikdən sonra dedi ki: “Çatdırdımmı? Təbliğ etdimmi?” Onlar dedilər: “Bəli”. Sonra dedi: “Allahım şahid dur!” (Hədis Əbu Bəkrin hədisidir, Buxari 17/41-də gətirmişdir.)
Allah Subhənəhu və Təala bu ümmətə rəsulu Muhəmmədi (salləllahu aleyhi va səlləm) və onunla gələn elmi, haqqı, hidayəti və nuru göndərməklə mərhəmət göstərmişdir. (minnət sahibidir) Allah Subhənəhu və Təala Əli-İmran surəsi 164-cü ayədə deyir: “Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.”
Allah Subhənəhu və Təala Cumu`ə surəsi 2-ci ayədə buyurur: “Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.”
Onlar cahiliyyət dövründə cahillər idilər. Onların nə bir elmi, nə də kitabı var idi. Onların üzərindən onlara heç bir elçinin (onları qorxudanın) gəlmədiyi üzün bir müddət keçmişdir. Onlar insanların ən cahili və ən azğınları olduqları halda, hörmət sahibi olan rəsul onlara göndərildi. Allah o rəsul vasitəsi ilə onlara hidayət etdi və onları rəsulun dəvəti və hidayəti ilə oddan qurtardı. Necə ki Allah Subhənəhu və Təala bunu belə demişdir: “…Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi.” (Əli İmran, 103)
Onlar düşmənçilikdən, həddi aşmadan, kindən, parçalanmadan, quldurluqdan və anarxiyadan ibarət olan ən pis hal içərisində idilər. Daha sonra isə Allah təbərakə və təalə onları Muhəmməd (salləllahu aleyhi va səlləm) vasitəsilə bu dünyada xilas etdi. Bununlada onlar ən uca ümmətə çevrildilər. İnsanlığın tanıdığı ən fəzilətli məqamlara yetışdilər. (Allah onlardan razı olsun)
Onlar insanların içərisindən çıxan yaxşılığı əmr edən, pislikdən çəkindirən və Allaha iman gətirən ən xeyirli ümmət oldular. Necə ki buna görə onları Allah Subhənəhu və Təala və rəsul (salləllahu aleyhi va səlləm) tərifləmişdir.
İmran Muhsinin hədisindəki kimi, peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: “İnsanların ən xeyirlisi mənim ümmətim, sonra isə onları izləyən, sonra isə onları izləyənlərdir.” (Buxari 26/51 -Muslim 25/35)
Mühüm məqam odur ki, əməl və tabeçilik (rəsulu izləmək) ancaq elm dayağının üzərində durur.
Mənbə: Alləmə Rabi əl-Mədxalinin (həfizahullah) – “Quran və sünnə elmi və onun ümmətə təsiri” adlı kitabçası
Ardı var inşəAllah…
Tərcümə etdi: Asim Məmmədov (Abu Salah)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!