Günümüzün pornoqrafiya bəlası – Şeyx Suleyman ər-Ruheyli

Gənclər üçün çox dəyərli tövsiyyə. Oxuyun və hər kəslə paylaşın!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Sual: Haram olan şəkillərə və pornoqrafik filmlərə baxmağa mübtəla olmuş şəxsə nəsihətiniz nədir?!

Şeyx Suleyman Ruheyli (Allah onu qorusun) dedi:

– Allahım, ey Rəbbim, ey əbədi Yaşayan! Ey bütün yaradılanların Qəyyumu! Ey göyləri ve yeri Yaradan Allahım! Onun qəlbinə şəfa ver! Ey aləmlərin Rəbbi olan Allahım! Onu bu bəladan qurtar! Öz nəfsimə və qardaşlarıma nəsihətim budur; biz bilməliyik ki, göz Allahdan bir nemətdir, Allahın bizim üzərimizdə olan və hər bir saniyə təkrarlanan ən böyük nemətlərindəndir. Buna görə də labüddür ki, bu neməti Allaha asilikdə deyil, Allaha itaətdə istifadə edək. Allaha asiliklərdə deyil. Kim Allahın nemətlərini haramlarda istifadə edərsə, qorxulur ki, nemət ondan gedər, hətta nemət onda qalmaz, bunu bilmək lazımdır!
İkinci məsələ isə, öz nəfsimizə xatırlatmalıyıq ki, biz bu göz barəsində Uca və Pak olan Allah qarşısında mütləq sorğu-sual olunacağıq. Otağında heç bir kimsənin olmadığı zaman oturub haramlara baxdığın zaman Allahın qarşısında dayanacağını və bu göz barəsində, baxdığın haramlar barəsində soruşulacağını düşün! Rəbbin səninlə danışacaq və aranızda heç bir tərcüməçi olmayacaq.

Həmən şəxs sağına baxdıqda yalnız etdiklərini görəcək, soluna baxdıqda yenə etdiklərini görəcək, önünə baxacaq və cəhənnəmdən başqa bir şey görməyəcək. Bundan ötəri də bunları düşün.
Üçüncü məsələ, Allahın səninlə olduğunu xatırla. Allah səni görür, eşidir, bilir. Allah eşitməsi ilə, görməsi ilə, Öz elmi ilə səninlədir. Xəlvətə çəkilib bu filmlərə, bu çirkin şeylərə baxdığın zaman xatırla ki, bax indi Allah səni görür və Allah sənin bu halından xəbərdardır. Buna görə də, demə ki, “mən xəlvətə çəkilmişəm”, lakin, öz nəfsinə xatırlat ki, Allah səni görür!

Bəzi sələflərdən zikr olunur ki, bir tələbə digər tələbə yoldaşlarından (fərasəti, dərrakəsi ilə) seçilirdi. Müəllim də öz tələbələri ilə danışır ki, onlara bu tələbənin onlardan nə üçün seçildiyini bəyan etsin.

Müəllim tələbələrə deyir ki: Sizin hər birinizə quş verəcəyəm və bu quşları sizi heç kimin görəməyəcəyi bir yerdə başını kəsin.
Tələbələr gedirlər və növbəti gün qayıdırlar. Bütün tələbələr quşların başını kəsmiş halda gəlirlər, lakin bir tək bu seçilən tələbədən başqa. Müəllim quşların başını kəsən tələbələrdən soruşur ki:
Ey filan, nə etdin? Tələbələrin hərəsi bir yerə gedib orada quşun başını kəsdiklərini deyirlər.
Müəllim sonda seçilən tələbədən soruşur ki: Bəs sən niyə mənim əmrimi yerinə yetirmədin? Həmin tələbə deyir ki: Bütün hər yerə getdim və bildim ki, Allah məni hər yerdə görür, buna görə də məni heç kimsənin görəməyəcəyi bir yer tapa bilmədim.
Müəllim həmin tələbəyə deyir ki: Bax, bundan ötəri səni sevirəm, həqiqətən Allah qatında ən hörmətliniz, Allahdan ən çox qorxanınızdır!

Buna görə də, üzərimizə gərəkən Əziz və Cəlil olan Allahın bizləri görməsini xatırlamaqdır!

Sonra, ey balaca qardaşım! Zaman qısadır, itaət və asiliklərlə bu zaman axıb gedir. Allaha and olsun ki, bu zaman nə itaət edən biri üçün, nə də asi biri üçün dayanmır. Öz nəfsinə xatırlat ki, sən bu dəqiqələri səbr etsən, günah etmədən bu zamanı keçirmiş olarsan. Sən bu günahı etdiyin zaman, bu zamanı günah ilə keçirmiş olarsan. Bu günahın fəsadı isə qəlbində qalmış olar,  həyatın sənin üçün daralar, sənin üçün bədbəxtliyə səbəb olar və ola bilsin ki, bu günahına görə nemətdən məhrum olasan. Öz nəfsinə bütün bunları xatırlat!

Sonra, xatırla ki, gözlər baxdığın haramlara görə Uca Allah qarşısında sənin əleyhinə şahidlik edəcəkdir, buna görə də, Uca Allahdan qorx və Allahın Şənini ucalt! Əgər bunu etsən, Allah güc və qüdrəti ilə səni şeytandan qoruyar!

Eyni zamanda nəsihətim çoxlu dua etməkdir. Ey qardaşlarım, kim günahlara mübtəla olmuşsa, gecənin axır üçdə birində Allahın qarşında dayanaraq yalvarsın ki: Ey Rəbbim mənə rəhm et, ey Rəbbim sən mənim halımı gözəl bilirsən, ey Rəbbim mən bu xəstəliyə tutulmuşam. Allahım, bu əməli mənə pis, çirkin göstər, Allahım şərqi və qərbi bir-birindən ayırıb uzaqlaşdırdığın kimi  məni bu əməldən uzaqlaşdır!

Duada yalvarış, sidq qəlb ilə Allaha sığınmaq bu əməlin həlli üçün ən böyük səbəblərdəndir.

Ey balaca qardaşım! Sənin bu sualın xeyirə dəlalət edir. Çünki, sən xeyir istəyirsən, sən bu günahdan xilas olmaq istəyirsən. Gecə namazına qalxıb Allah qarşısında səcdə edib yalvar ki: “Ey Rəbbim, ey Rəbbim, məni bu bəladan qurtar! Ey Rəbbim, bu əməli mənə pis, çirkin göstər. Ey Rəbbim, şərqi və qərbi bir-birindən ayırıb uzaqlaşdırdığın kimi, bu əməli də məndən uzaqlaşdır!”

Allah duaları eşidib dualara cavab verəndir. Qullarına yaxındır, sadiq kəsin duasını rədd edib geri çevirməz. Allah sadiq qulunun duasına cavab verməyib rədd etməkdən həya edər.
Allaha sığının, Allaha sığının!
Uca Allah daha doğrusunu biləndir!

Mənbə:
Şeyxin mühazirələrindən birindən alıntı: Videoya keçid üçün tıklayın

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar