Dini məsələlər barəsində fətva verməyin ağırlığı! Ehtiyatlı olun!

“Həqiqətən bir insanın bir məsələni bilmədikdə "Bilmirəm" deməsi əqldən, imandan, Allaha qarşı təqvadan və Onu əzəmətləşdirməkdəndir”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əbu Bəkr əs-Sıddiq (Allah ondan razı olsun) buyurur: “Hansı səma məni kölgələndirər? Hansı yer məni üzərində daşıyar? Əgər mən Allahın kitabından bilmədiyim bir şeyi söyləsəm…” (Kitəbul-İlm, səh. 59).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “İbn Məsud (Allah ondan razı olsun) buyurmuşdu: “Ey insanlar! Kim bildiyi bir şey haqqında soruşularsa, onu desin (bildirsin). Lakin elmi olmayan bir şey barəsində soruşulduqda isə, “Allahu ə’ləm – Allah daha yaxşı bilir” desin.”” (Kitəbul-İlm, səh. 59).

Şə’bi (Allah ona rəhm etsin) bir məsələ barəsində soruşuldu, cavabında isə “Mən o barədə yaxşı bilmirəm…” dedi.

Onun dostları isə ona: “Biz sənin yerinə utandıq” dedilər. O isə: “Lakin Mələklər “Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!” (əl-Bəqara, 32) dedikdə utanmamışdılar!” (Kitəbul-İlm, səh. 59).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “Məgər bunlar bilmirlər ki, əgər bir şəxsi azdıraraq Allahın haram etdiyini ona halallaşdırarlarsa və ya Allahın halal etdiyini ona haramlaşdırarlarsa, artıq onun günahını da öz üzərlərinə götürmüş olarlar?” (Kitəbul-İlm, səh. 57).

İbnul Cəuzi (Allah ona rəhm etsin) buyurur: “İbrahim ən-Nəxaidən bizə rəvayət olunmuşdur ki, bir kişi ondan bir məsələ haqqında soruşduqda o belə deyir: “Məndən başqa bu məsələni soruşmağa heç kəs tapmadın?” (Təlbisul-İblis, səh. 109).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “Ey qardaşlar! Həqiqətən bir insanın bir məsələni bilmədikdə “Bilmirəm” deməsi əqldən, imandan, Allaha qarşı təqvadan və Onu əzəmətləşdirməkdəndir.” (Kitəbul-İlm, səh. 58).

Məlik ibn Ənəsdən belə dediyi rəvayət olunur: “Yetmiş (70) şeyxdən fətva verməyim üçün icazə almadıqca, fətva vermədim.” (Təlbisul-İblis, 109).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “Səhabələrin öndərləri, onlara Allahın hökmünü bilmədikləri bir məsələdə (sual) verildikdə, onlar onun barəsində ehtiyat edər və dayanardılar (bilmədikləri şeyi danışmaz və rəy irəli sürməzdilər)!” (Kitəbul-İlm, səh. 59).

İbnu Əbi Leylə (Allah ona rəhm etsin) buyurur: “Mən Rasulullahın (Allahın ona salavat və salamı olsun) səhabələrindən 120 ənsarı gördüm. Onların birindən bir sual soruşduqda onu o birinə ötürərdi, o da o birinə ötürərdi, hətta (sual yenidən) birinciyə qayıdana kimi bu şəkildə davam edərdi!

Bir hədis barəsində danışıldıqda və ya bir şey barəsində soruşulduqda onlardan hər biri istəyərdi ki, qardaşı ona bu işdə kifayət olsun (onun yerinə danışsın, cavab versin)!” (“İ’ləmul Muvəqqi’in” 4/168).

Bəs biz?

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    19.04. 2024
    NamazVaxt
    Sübh04:14
    Günəş05:56
    Zöhr12:40
    Əsr16:26
    Məğrib19:24
    İşa20:54
    Namaza yeni başlayıram

Son əlavə olunanlar