Ayaqyolu ədəbi və zikrləri

Bu ədəbləri öyrən, tətbiq et və digərlərinə də öyrət!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Rəsulullahın ﷺ təmiz sünnəsində hər bir müsəlmanın üzərinə gərəkli olan ayaqyoluna daxil olduqda, ayaqyolunda ehtiyacı ödədikdə və ayaqyolundan çıxdıqda riayət edilməli olan ədəblər varid olmuşdur. Bu çoxsaylı ədəblərin hər biri şəriətin mübarək və təmiz olmasına dəlalət edir. Şübhə yoxdur ki, müsəlman bu ədəblər ilə sevinməlidir. Ona görə ki, bu təmizliyin, paklığın gözəlliyinin tamamlığındandır, bu da hər bir müsəlman üçün fəxrdir.

İmam Muslimin öz səhih kitabında Salman Farisidən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyir ki: «Bir dəfə ona deyildi: Peyğəmbəriniz ﷺ sizə hər şeyi, hətta ayaqyolunda oturmağın qaydasını belə öyrətmişdir. Salman dedi: Bəli, Peyğəmbər ﷺ bizlərə təbii ehtiyacı ödəyərkən qibləyə yönəlməyi, sağ əllə və üçdən az sayda daşla təmizlənməyi, eyni zamanda təzək və ya sümüklə təmizlənməyi qadağan etmişdir» (Muslim, 262).

Başqa bir ləfzlə Muslimdə Salmandan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə isə deyir: «Müşriklər bizə: “Görürük dostunuz (yəni Peyğəmbər ﷺ) sizə hər şeyi öyrətmişdir, hətta ayaqyolunda nə cür oturmağı belə öyrətmişdir” – dedilər. Salman cavabında onlara belə dedi: “Bəli, o birimizin (ayaqyolunda) sağ əl ilə təmizlənməsini, habelə qibləyə yönəlməsini bizə qadağan etmişdir. Həmçinin təzək və sümüklə təmizlənməyi də qadağan etmişdir”. Bizə: “Biriniz üçdən az daşla təmizlənməsin” – deyə buyurmuşdur» (Muslim, 262).

Müşriklər bunu deməklə səhabələrin dininin əleyhinə ayaqyolu ehtiyacı ödənməsinin keyfiyyətinin təlimini eyibləmək istəyirdilər, buna görə də lağ-lağı edərcəsinə: dostunuz (yəni Peyğəmbər ﷺ) sizə hər şeyi öyrətmişdir, hətta ayaqyolunda nə cür oturmağı belə öyrətmişdir” – dedilər, Salman Farisi (Allah ondan razı olsun) isə onların bu batil istehzalarına qarşı duraraq tam şəkildə fəxrlə, izzət ilə: “Bəli” – cavabını verir, yəni, Peyğəmbərimiz ﷺ bizə bu işi öyrətmişdir və biz bununla fəxr edirik. Sonra səhabə fəxr edən şəkildə onlara bu barədə sünnədə gələn dəyərli ədəbləri və mübarək təlimi sadalayır. Bu haqq ilə olan mübarək təlimi isə bunlar və bunların mislində heyvanlara bənzərlər bilməzlər, bunu yalnız Allah tərəfindən müvəffəq edilmiş və bu hənif dinə hidayət edilmiş kəslər bilər.

Bu nöqtədə bu ədəblərlə bağlı bəyan vardır:

• İlk öncə müsəlmana ayaqyolu ehtiyacını ödəməyə daxil olarkən: “Allahın adı ilə! Allahım, erkək və dişi cinlərdən Sənə sığınıram”. Buxari və Muslimdə Ənəs ibn Malikdən (Allah ondan razı olsun) varid olan hədisdə demişdir ki: «Rəsulullah ﷺ ayaqyolu ehtiyacını ödəməyə daxil olarkən deyərdi: Allahım, erkək və dişi cinlərdən Sənə sığınıram» (Buxari, 142; Muslim, 375).

Başqa yollarla gələn bu hədisdə isə duanın əvvəlində “Bismilləh” kəliməsi keçir. Buna da İbn Macənin və digərlərinin Əlidən (Allah ondan razı olsun) mərfu olaraq rəvayət etdiyi hədis şahidlik edir: «Adəm övladı ayaqyolu ehtiyacını ödəməyə girərkən “Bismilləh (Allahın adı ilə)” deməklə özü ilə cinlər arasında pərdə çəkmiş olar» (Əbu Davud)

• Həmçinin ədəblərdəndir ki, çöldə ayaqyolu ehtiyacını ödəməyə gedərkən insanlardan itənə qədər uzaqlaşmaqdır; Necə ki, Əbu Davud Muğira ibn Şöbədən rəvayət edir ki: «Rəsulullah ﷺ ayaqyolu ehtiyacını ödəməyə gedən zaman insanlardan itənə qədər uzaqlaşardı» (Sunən Əbu Davud, 2)

• Ehtiyacı ödəyib qalxana qədər paltarı qaldırmamaq sünnədəndir; Necə ki, Əbu Davud Abdullah ibn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki: «Rəsulullah ﷺ ayaqyolu ehtiyacını ödədiyində, ehtiyacını ödəyib yerdən qalxana qədər paltarını qaldırmazdı» (Sunən Əbu Davud, 14).

• Ehtiyacı ödəyən zaman insanlardan gizlənmək sünnədəndir; Necə ki, Muslimin Səhihində Abdullah ibn Cəfər (Allah ondan razı olsun) demişdir: «Kiçik dağ, yaxud xurmalıqlar Peyğəmbərin ﷺ təbii ehtiyacını ödəmək üçün seçdiyi ən xoşladığı yer idi» (Muslim, 342).

• İnsanların yolunun üzərinə ayaqyoluna çıxmamaq sünnədəndir; Muslimin səhihində Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə, Rəsulullah ﷺ buyurur ki: «”Lənətlənmiş iki şeydən çəkinin!” Səhabələr soruşdular: “Lənətlənmiş olan iki şey nədir, ey Allahın Rəsulu?” Rəsulullah ﷺ buyurdu: “İnsanların yolunda, yaxud kölgələndikləri yerdə təbii ehtiyacını ödəyən kimsənin etdiyi əməldir» (Muslim, 269).

Əbu Davud öz «Sünən» kitabında Muaz ibn Cəbəldən (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah ﷺ buyurur: «Üç lənət gətirən əməldən çəkinin: axar suya ehtiyacını ödəmək, yolun ortasında və insanların kölgələndikləri yerdə ayaqyoluna çıxmaq». (Əbu Davud, 26).

• Ayaqyolu ehtiyacı ödəyən zaman ədəblərdəndir ki, müsəlman qibləyə hörmət əlaməti olaraq ora nə üzünü, nə də arxasını çevirməsin, sağ ilə təmizlənməsin; Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə, Rəsulullah ﷺ buyurur ki: «Həqiqətən mən sizin atanız yerindəyəm, sizə öyrədirəm, sizdən biriniz ayaqyolu ehtiyacını ödəyən zaman üzünü və arxasını qibləyə yönəltməsin, sağ əli ilə təmizlənməsin, üç daş ilə təmizlənsin, peyin ilə təmizlənməsin». (Əbu Davud, 8).

• Ədəbdəndir ki, müsəlman ehtiyacını ödədikdən sonra təmizləndiyi zaman üçdən az şeylə təmizlənməsin; bunda paklanmağın tamamlanması vardır. Daşların əvəzinə dəsmaldan və buna bənzər şeylərdən istifadə edilməsində problem yoxdur. Lakin, su ilə təmizlənmək daha əfzəl olanıdır. Buxari və Muslimdə Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə, Rəsulullah ﷺ buyurur: «Rəsulullah ﷺ ayaqyoluna getdikdə mən və mənim kimi bir uşaq ona bir cürdək su aparardıq, Rəsulullah da ﷺ su ilə təmizlənərdi» (Buxari, 150; Muslim, 271).

Qeyd: Hədisdə keçən “cürdək” sözü gildən, saxsıdan, şüşədən və s. hazırlanan darboğazlı su qabına deyilir.

• Müsəlmanın üzərinə ayaqyolu ehtiyacını ödədiyi zaman vacibdir ki, bədəninə və paltarına nəcisin sıçramasından qorunsun. Necə ki, Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o deyir: «Rəsulullah ﷺ bir dəfə iki qəbrin yanından keçdi və belə dedi: “Bunlar əzab çəkirlər, amma böyük şeyə görə əzab çəkmirlər. Onlardan biri söz gəzdirərdi, digəri isə sidiyindən qorunmazdı». (Buxari, 1361; Muslim, 292).

• Müsəlmana icazəli deyildir ki, ayaqyolu ehtiyacını ödədiyi vaxt danışsın, zikr və dua etməsin; Muslimin səhihində Abdullah ibn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət olunan hədisdə deyir ki: «Rəsulullah ﷺ ayaqyolu ehtiyacını ödəyən zaman bir nəfər onun yanından keçdi və ona salam verdi. Lakin Rəsulullah ﷺ onun salamını almadı». (Muslim, 370).

Bu hədis dəlalət edir ki, ayaqyolu ehtiyacını ödəyən zaman müsəlmana danışmaq gərəkmir, Çünki, Rəsulullah ﷺ ona heç bir cavab qaytarmır. Həmçinin, ona gərəkli deyildir ki, zikr və ya dua etsin, salam isə zikr və duadır, Rəsulullah ﷺ isə ona salamı qaytarmır.

Bütün bu ayaqyolu ehtiyacı zamanı olan ədəblər İslam dini ona görəvləndirilib və şəriət bunlar üzərinə təşviq edilib, bu da bu dinin kamilliyinə və gözəlliyinə dəlalət edir.

• Sonra müsəlmana müstəhəbdir ki, ayaqyolundan çıxdıqdan sonra “Ğufranəkə (Allahım, məni bağışla)” desin. İmam Əhməd və «Sunən» sahiblərinin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir ki: «Rəsulullah ﷺ ayaqyolundan çıxdığında deyərdi: “Allahım məni bağışla (Ğufranəkə)”» (Musnəd, 6/155).

Bu məqamda “Allahım məni bağışla” demək bu mənada deyilir ki: «Onu yedizdirdiyinə, sonra onu həzm etdirdiyinə, sonra da (bədəndən) çıxışını asanlaşdırdığı üçün bu böyük nemətin şükrünü əda etməkdə qüsura yol verməkdən qorxur. Beləcə, o bu nemətin haqqını verəcək bir şükür etməkdə öz şükründə  çatışmazlıq gördüyü üçün bunu Allahdan bağışlanma dinləməklə (Ğufranəkə – deməklə) əvəzləyir».

Allahım, bizim günahlarımızı bağışla! Ey Əzəmət və Ehtiram Sahibi, Sənə itaət etməkdə bizə yardım et!

Mənbə: Şeyx AbdurRazzaq əl-Bədr, “Əzkərut-taharati vas-saləh” kitabı.

Tərcümə etdi: Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    03.05. 2024
    NamazVaxt
    Sübh03:48
    Günəş05:37
    Zöhr12:38
    Əsr16:29
    Məğrib19:39
    İşa21:09
    Namaza yeni başlayıram

Son əlavə olunanlar