Səüdiyyə Ərəbistanının İslam aləminə xidmətləri

Əldə etdiyimiz mənbə də köhnədir, bu məscidlərin inşası dünyanın dörd yanında yenə də davam edir. Biz hələ İslam mərkəzləri, İslam universitetləri, xeyriyyəçilik fəaliyyətləri və bir çox sahələrdən danışmadıq. Bu araşdırma da qoy qalsın insaflı yazarlar üçün.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Dəyərli oxucular! Səudiyyə Ərəbistanı İslam aləminə xidmətdə dünya miqyasında xeyirxahlıq işləri və müsəlmanlara dəstək verməsilə tanınmışdır. Elə mətbuatda işıqlandırılmayan da bu müsəlman ölkəsinin İslam aləminə etdiyi misilsiz xidmətləridir. Günümüzdə bir çox xəbər qaynaqları bu müsəlman ölkəsində baş verən hadisələrə başqa don geyindirməyə çalışır, bəzən də təhriflərə yol verirlər. İslam aləminə böyük faydalar vermiş bu ölkə istər dini, istər də iqtisadi baxımdan bir çox yoxsul müsəlman ölkələrə yardımını əsirgəməmişdir. Müxtəlif təbiət hadisələri, fəlakətlər zamanı maddi və tibbi yardım vəsaitlərinin ayırılması, bir çox qeyri-müsəlman ölkələrində dini azlıq təşkil edən müsəlmanlara hərtərəfli yardımların edilməsi, onların dinlərindən və mədəniyyətlərindən uzaq düşməmələri üçün gərəkən bütün lazımi dəstəyin göstərilməsi, müxtəlif illərdə müharibədən əziyyət çəkən müsəlman qaçqınlara lazımi dəstək və qayğı göstərilməsi (təkcə Suriyadan olan iki milyon yarım qaçqına sığınacaq verilmişdir), dünyanın bir çox qeyri müsəlman ölkələrində İslamın təbliği məqsədilə İslam mərkəzlərinin açılması, bu mərkəzlərdə insanların İslamla tanış olmaları üçün bütün gərəkli şəraitin (məscid, kitabxana, idarələr və s) təmin edilməsi, dünyada yüzlərlə məscidin bu hökumətin hesabına inşa edilməsi, onlarla ərəb dili və mədəniyyəti mərkəzlərinin təsis edilməsi, hər il müxtəlif müsəlman ölkələrinə imkansız şəxslərçün yüzlərlə pulsuz həcc və ümrə vizalarının göndərilməsi, hər il həcc mövsümündə, Qurban bayramında kəsilmiş minlərlə qurban ətlərinin kasıb müsəlman ölkələrə göndərilməsi, Mədinə şəhərindəki Quran zavodunda hər il 20 milyon Quranın nəşr edilib ölkə daxili və xaricində müsəlmanlara və məscidlərə paylanması, Quranın 21-dən çox dilə tərcüməsinin təşkili və nəşri, bu ölkənin beynəlxalq İslam universitetlərində (Məkkə, Mədinə və Riyaddakı) 190-dan çox ölkədən tələbənin İslami elmləri öz qaynağından öyrənmələri üçün tələbə qəbulunun təşkili və qəbul edilmiş tələbələrə hökumət hesabından bütün gərəkli diqqət və qayğının göstərilməsi, onların (bu universitetlərdə oxuyan tələbələrin) radikallıqdan uzaq tutulması üçün alimlərin və müəllimlərin böyük səylər göstərmələri, xüsusən də ölkə miqyasında radikallığa qarşı mübarizənin aparılması və s. bir çox reallıqlar vardır ki, hələ çoxunu bu kiçik yazıda qeyd etməyə imkan və zaman çatmayacaq yəqin ki… Bu ölkənin Azərbaycanla əlaqələri də çox yaxşı səviyyədədir və bu ölkə Ermənistanla Azərbaycanın torpaqlarının işğaldan azad edilmədikcə heç bir əlaqə qurulmayacağını bəyan edən bir ölkədir.

Ona görə də belə bir ölkənin müsbət tərəflərini ictimaiyyətdən gizlətmək və baş verən mənfi halları dərhal qabartmaq heç də ədalətdən deyildir. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«و إذا قلتم فاعدلوا» «Danışdığınız zaman ədalətli danışın» (əl-Ən’am, 152)

Bu bizim söhbətimizin ümumi hissəsi idi. Bəzi daha kiçik təfsilatlara gəldikdə isə;

Səudiyyə Ərəbistanın öz hesabına dünyada tikdirdiyi bəzi məscidlər;

Asiya qitəsində

1⃣ Şəriqada və İmaratda inşa edilən məscidlər.
2⃣ Bəhreyndə inşa edilən «Ummul-Husn» məscidi
3⃣ Pakistanda 50-dən çox məscidin inşası.
4⃣ İslamabadda (130) milyon reala inşa edilən böyük məscid.
5⃣ Çin xalq respublikasında İslama dəvət məqsədilə ayrı-ayrı regionlarda inşa edilən üç məscid.
6⃣ Rusiyanın İlyanovik şəhərində inşa edilən Məlik Fəhd» məscidi.
7⃣ Səud hökumətinin «Məscid işləri və dünya İslami yardım komitəsi»nin İndonesiya, Rusiya və Sinqapurda 1050-dən çox məscid inşa etdirməsi.

Afrika qitəsində

1. Çad ölkəsində (60) milyon reala inşa edilən möhtəşəm məscid kompleksi.
2. Ğeniyanın Konakri məntəqəsində (58) milyon reala inşa edilən məscid kompleksi.
3. Qambiyanın Nucul məntəqəsində (11,25) milyon reala inşa edilən məscid.
4. Kamerunun Qaravi məntəqəsində (15,6) milyon reala inşa edilən məscid.
5. Bomako cumhuriyyətində (23,75) milyon reala inşa edilən məscid.
6. Madaqaskar adasında inşa edilən «Tədamun əl-İsləmi» məscidi.
7. Buri Henisel’də (40) milyon reala inşa edilən məscid.
8. Fiqranfel’də inşa edilən «Məlik Feysal» məscidi.
9. Odiumda inşa edilən «Məlik Xalid» məscidi.
10. Makoko’da inşa edilən «Məlik Fəhd» məscidi.
11. Burkina Faso’da inşa edilən (8,9) milyon reala inşa edilən məscid.
12. Tanzaniyanın Zənzibar bölgəsində (10) milyon reala inşa edilən məscid.
13. Seneqalın Tayfavan bölgəsində (10) milyon reala inşa edilən məscid.
14. Əl-Cəzairdə (10) milyon reala inşa edilən «Əmir Abdul-qadir» məscidi.
15. Misirin «Əzhər» cümə məscidinin bərpasına bu hökumət tərəfindən (10) milyon real sərf edilib.

Avropa qitəsində

1. Britaniyada (80) milyon reala inşa edilən məscid.
2. Hollandiyanın Amsterdam şəhərindəki «əl-Fateh» məscidinə (200) min real yardım edilmişdir.
3. İspaniyanın Madrid şəhərində «İslam mərkəzi» inşa edilərkən 1000 nəfərdən çox adam tutumu olan məscidin inşası.
4. Bolqarıstanda 10 yeni məscidin inşası.
5. Fransada bir çox məscidlərin inşası, bu məscidlərdən Leo məntəqəsində 2600 nəfərlik tutumu olan məscidin inşası.

Şimali və Cənubi Amerika qitələrində

Bu məscidlər inşa edilmişdir:

1. Texas vilayətində (3) milyon reala inşa edilən məscid.
2. Kaliforniya vilayətinin Los anceles şəhərində «Bilal məscidi»nin inşası.
3. New York’da (800 000) reala inşa edilən «Ömər ibnil-Xəttab»’məscidi.
4. Kaliforniyada 1 milyon reala inşa edilən «Farzino» məscidi.
5. Kanadada (350 000) reala inşa edilən «Toronto» məscidi.
6. Çikaqo’nun cənubi-qərbində (500 000) reala inşa edilən məscid.
7. Kanadada (230 000) reala inşa edilən «Outavo» məscidi.
8. Braziliyada (334 000) reala inşa edilən «Persaqua» məscidi.
9. Braziliyanın Brasil şəhərindəki San Paulo cəmiyyətinə aid (336 000) reala inşa edilən məscid.
10. Braziliyada (334 000) reala ia edilən «Laqos» məscidi.
11. Braziliyanın Santos şəhərində (668 000) reala inşa edilən məscid.
12. Braziliyada (352 000) reala inşa edilən «Santomaro» məscidi.
13. Argentinada (330 000) reala inşa edilən «Mandosaba» məscidi.
14. Argentinadakı İslam universitetinin filialı olan məktəbin məscidi, (325 000) reala inşa edilnişdir.
15. Los Ancelesdə (30) milyon reala inşa edilən məlik Fəhd məscidi.

Avstraliya və yeni Zellandiya

Bu məscidlər inşa edilmişdir:

1. Kounzeyland vilayətinin Tousfel şəhərindəki İslam mərkəzinin (800 000) reala inşa edilən məscidi.
2. Yeni Zellandiyanın Fici adasında (1,5) milyon reala inşa edilən mədrəsə və məscidlər.
3. Kaliforniya vilayətinin İslam mərkəzinə aid məscid (246 000) reala inşa edilmişdir.
4. İslam məclisləri üçün nəzərdə tutulan «İttihad əl-İştiraki» məscidi (11,25) milyon reala inşa edilmişdir.

Dəyərli oxucu, bu yalnız məscidlərə aid, özü də dünyanın bir çox yerlərində Səudiyyə Ərəbistanı tərəfindən inşa edilən bəzi məscidlərdir. Əldə etdiyimiz mənbə də köhnədir, bu məscidlərin inşası dünyanın dörd yanında yenə də davam edir. Biz hələ İslam mərkəzləri, İslam universitetləri, xeyriyyəçilik fəaliyyətləri və bir çox sahələrdən danışmadıq. Bu araşdırma da qoy qalsın insaflı yazarlar üçün.

Yazdı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    25.04. 2024
    NamazVaxt
    Sübh04:03
    Günəş05:48
    Zöhr12:39
    Əsr16:27
    Məğrib19:30
    İşa21:00
    Namaza yeni başlayıram

Son əlavə olunanlar