Sələfilər və Əmr sahibləri – Şeyx Suleyman ər-Ruheyli

Allaha and olsun, Allaha and olsun, sonra yenə Allaha and olsun ki, Əhli Sunnə vəl Cəməa, Sələfus-Salihin mənhəci üzərində olanlar əmr sahibləri və insanlar üçün ən səmimi, cani-dildən nəsihət edən öyüd verənləridir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Möhtərəm müsəlmanlar! Allaha and olsun, Allaha and olsun, sonra yenə Allaha and olsun ki, Əhli Sunnə vəl Cəməa, Sələfus-Salihin mənhəci üzərində olanlar əmr sahibləri və insanlar üçün ən səmimi, cani-dildən nəsihət edən öyüd verənləridir. Əmin-amanlıq onların yolundadır. Gərək biz onları nəqqaşla axtaraq. Əgər Allah Təalə bir ölkədə sələfi mənhəci üzərində olan elm tələbələrinin olmalarını nəsib etmişsə, onda biz gərək buna sevinək. Onların olmaları dövlətin əmin-amanlığı deməkdir. Əmr sahibini dostdoğru, yalnız sünnə üzərində olan, sələfin mənhəcində olan insan müdafiə edə bilər. Çünki onlar əmr sahibinin sahib olduqlarına baxmazlar, əksinə, onlar əmr sahibinin özünə başqalarından fərqli olaraq baxarlar. Başqaları isə əmr sahibinin sahib olduqlarına göz dikərlər. Buna görə də əmr sahibi əhli sünnə vəl cəməadan olan birinə yaxşılıq edərsə, baxmayaraq ki, onlar yaxşılıq edilməyə daha çox layıq olanlarıdır, əmr sahibini eşidib əmrlərinə itaət etmələrini insanlara əmr edərlər. Əmr sahibi onlara bir pislik etsə belə, yenə də insanlara onu eşidib əmrlərinə itaət etmələrinə əmr edərlər.

Buna görə də, möhtərəm müsəlmanlar, bizə vacibdir ki, əhli sünnə vəl cəməanın mənhəci üzərində olduğumuza görə sevinək, və övladlarımızı elm almağa yönləndirək. Xüsusən də bu saf, tər-təmiz, dostdoğru, hansı ki, onda heç bir aldatmaq, onda heç bir yalan olmayan və ya dünyadan hər hansı bir malı əldə etmək üçün dondan dona girənlik olmayan, pak olan, silsiləvi şəkildə nurdan olan və Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) qədər uzanan mənhəci öyrənmələri üçün övladlarımızı həvəsləndirək.

Ey hörmətli atalar və analar! Şəriət elmini tələb etməkdən, onu öyrənməkdən qorxmaq lazım deyil. Sözün əsl mənasında, cahillikdən və elmi həqiqətəndə elm əhli olmayan insanlardan almaqdan qorxmaq lazımdır.

Ey möhtərəm valideynlər! Unutmayın ki, övladlarınıza görə Allahın qarşısında məsuliyyət daşıyırsınız. Övladlarınızı dində, haqq üzərində olan sələfus-salihinin mənhəcində olan, mötəbər olan, açıq-aydın, tər-təmiz olan alimlərdən elm almaqları üçün rəğbətləndirin, həvəsləndirin. O alimlər ki, onların danışdıqları yalnız Allahın və Rəsulunun (Allahın ona salavat və salamı olsun) danışdıqlarıdır.

(Şeyx Suleyman ər-Ruheyli – “Əhlus Sunnətil ləzinə yəsirunə alə mənhəcis Sələf humun nushətu lin nəsi və li-vulətil əmri”)

Tərcümə etdi: Ubeydullah Mədinə

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    26.04. 2024
    NamazVaxt
    Sübh04:01
    Günəş05:46
    Zöhr12:39
    Əsr16:28
    Məğrib19:31
    İşa21:01
    Namaza yeni başlayıram

Son əlavə olunanlar