Quran və Sünnə işığında Dua və İstiğfarın fəziləti

«Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim...» (Ğafir, 60)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

DUANIN FƏZİLƏTİ

Uca Allah buyurur: «Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.» (Ğafir, 60)

Uca Allah buyurur: «Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.» (əl-Bəqara, 186)

Nu`mən ibn Bəşir (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Rasulullah ﷺ buyudu:

«Dua İbadətin özüdür» və sonra bu ayəni oxudu: “Rəbbiniz dedi: Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər.” (Ğafir, 60). (Tirmizi 3247)

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Rəsulullah ﷺ dedi: “Allaha duadan daha dəyərli heç nə yoxdur”. (Həkim, 390/1)

Həmçinin, Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Rəsulullah ﷺ buyurdu:

«Kim Allaha dua etməzsə, Allahın ona qəzəbi tutar». (Tirmizi 3373; Muslim 758)

Həmçinin, Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Rəsulullah ﷺ buyurdu:

«Xeyirxah və Uca olan Rəbbimiz hər gecənin axır üçdə birində yer səmasına enir və deyir: Mənə dua edən varmı duasına cavab verim Məndən istəyən varmı istədiyini verim, Məndən bağışlanma diləyən varmı onu bağışlayım.» (Buxari 7494; Muslim 758)

İSTİĞFARIN FƏZİLƏTİ

Uca Allah buyurur: «Dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.» (Nuh, 10-12)

Uca Allah buyurur: «Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin.» (Hud, 52)

Uca Allah buyurur: «Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin.» (Hud, 3)

Uca Allah buyurur: «Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.» (əl-Ənfəl, 33)

Əbu Hureyradan (Allah ondan razı olsun) dedi ki, eşitdim ki Rəsulullah ﷺ belə deyir: “Allaha and olsun ki, mən gündə yetmiş dəfədən çox Allahdan bağışlanma diləyir və Ona tövbə edirəm.” (Buxari, 6307)

Əl-Əğarri əl-Muzənidən (Allah ondan razı olsun) rəvayət olunan hədisə Rəsulullah ﷺ buyurdu: “Mənim də qəlbim tutulur və mən gündə yüz dəfə Allahdan bağışlanma diləyirəm.” (Muslim, 2702)

Burada “qəlbim tutulur” yəni örtülür, bürünür. Səhv qəsd edilir, hansı ki ondan heç kim salamat deyildir.

İbn Amr (Allah ondan razı olsun) dedi: «Biz bir məclisdə Rəsulullahın ﷺ yüz dəfə: ”Rəbbim məni bağışla və Sənə tövbə etdim, həqiqətən Sən tövbələri qəbul edən və Rəhimlisən” dediyini saydıq.» (Əbu Davud, 1516; Tirmizi, 3430)

Mənbə: Şeyx Abdurrazzaq əl-Bədrin «Quran və Sünnə işığında dua və zikr» kitabı

Yazdı: Mədinə Beynəlxalq İslam universitetinin tələbəsi Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    28.04. 2024
    NamazVaxt
    Sübh03:57
    Günəş05:44
    Zöhr12:38
    Əsr16:28
    Məğrib19:33
    İşa21:03
    Namaza yeni başlayıram

Son əlavə olunanlar