İki zövcəsi olan kişi onlardan birinə meyl edərsə – Şeyx Suleyman ər-Ruheyli

İki qadınla evli olub, sözlə və ya fellə ikisindən birinə meyl edən kəs Qiyamət günü ağzı bir tərəfə meyl etmiş (əyilmiş) halda gələcəkdir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şeyx Suleyman ər-Ruheyli həfizahullah buyurur:

– İki qadınla evli olan kişi ikincisinə fel ilə və ya söz ilə meyl edir, qəlbə isə ona sahib olmaq mümkün deyil (insanın əlində deyil), amma əsas söz və feldir…

Deməli iki qadınla evlidir və şərt deyil ikincisinə, ola bilsin elə birincisinə və ya təzəsinə (yəni ikincisinə) sözlə meyl etsin. Misal üçün, sevdiyi qadından olan övladlarından danışdıqda deyir “Mənim uşaqlarım..” , amma yazıq o biri qadından olan uşaqlarından danışdıqda deyir “Sənin uşaqların..”. Bu zülmdür! Bu, həm uşaqlara, həm də zövcəyə zülmdür! Onların hamısı sənin övladındır! Bu zülmdür, icazəli deyildir!

Və ya fellə hansınasa meyl edir. Məsələn bazardan alma alır, evin yanına gəldikdə isə evə qalxmazdan əvvəl setkalara baxır. Təzə olan – bu sevdiyi qadın üçündür, digəri isə o biri zövcəsi üçün.

Və ya sevdiyi qadın üçün olan setkanı öz əli ilə daşıyıb, evə özü qaldırır. İkincisinin payına gəldikdə isə zəngə basıb deyir: “uşaqlara denən gəlib payınızı götürsünlər…”

Bu zülmdür! İki qadınla evli olub, sözlə və ya fellə ikisindən birinə meyl edən kəs Qiyamət günü ağzı bir tərəfə meyl etmiş (əyilmiş) halda gələcəkdir. Yarandığı yaradılış üzərində olmayacaqdır. Allah onu Qiyamət günü bu cür biabır edəcəkdir., Allah qorusun…

(Peyğəmbər məscidi, “Sahih ət-Tərğib vət-Tərhib” kitabının şərhi, tarix: 14/11/17)

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar