Alimin oğluna nəsihəti: Bəs sən Cənnəti nə ilə satın alacaqsan?!

Axirət üçün sərf olunan vaxta baxsa isə orada da (edilən ibadətlərin içərisində) riya və qəflətin olduğunu görər...

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

İbnul Cəuzi (rahiməhullah) öz oğluna nəsihət edərək buyurur:

“Kim, özü dünyaya gəlməmişdən əvvəl dünyanın mövcud olma müddətinə nəzər salarsa, o müddətin necə uzun olduğunu görər.

Kim dünyadan çıxdıqdan sonrakı müddətə nəzər salarsa, onun da necə uzun olduğunu görər və bilər ki, qəbrlərdə qalma müddəti də uzundur.

Qiyamət günü barəsində düşünərsə onun 50.000 il davam edəcəyini bilər.

Cənnətdə və ya (kafirlər üçün) Cəhənnəmdə qalma müddətinə nəzər salsa, görər ki, onun sonu yoxdur.

Bunun hamsından sonra isə özünün dünyada qalma müddəti barəsində düşünsə, görər ki, ortalama hesabla təxmini 60 ildir. Onun isə 30 ili yuxuda keçir, 15 ilə yaxın həddi-buluğa çatmadığı müddətdə keçir. Qalanını hesablasa isə əksərriyyəti şəhvətə, yeməyə, ruzi qazanmağa sərf olunur.

Axirət üçün sərf olunan vaxta baxsa isə orada da (edilən ibadətlərin içərisində) riya və qəflətin olduğunu görər…

Yaxşı bəs sən Cənnəti, əbədi həyatı nə ilə qazanacaqsan? Nə ilə satın alacaqsan? Heç düşündün mü?”

(İbnul Cəuzinin öz oğluna etdiyi nəsihətindən alınaraq, cüzi əlavələrlə tərcümə olundu, səh. 45-46)

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    28.03. 2024
    NamazVaxt
    Sübh04:55
    Günəş06:31
    Zöhr12:46
    Əsr16:18
    Məğrib19:01
    İşa20:31
    Namaza yeni başlayıram

Son əlavə olunanlar