İnsanları sünnəyə dəvət etməyə həris ol – Şeyx Suleyman ər-Ruheyli

Necə də gözəldir sənin, (insanları) sünnəyə dəvət etməyin...

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur:

Necə də gözəldir sənin, (insanları) sünnəyə dəvət etməyin…

Yanında kimsə sənə salam verirsə, ona sünnəni öyrət. Ona de ki “Mən yəqin bilirəm ki, sənə bu şey çatmayıb (sən bunu bilmirsən) və mən də sənə öyrətmək istəyirəm ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə-belə olub….”

Və ya məsələn insanlarla birgə maşında gedirsiniz, ola bilsin, yarım saat yol gedəsiniz, yanında oturana salam ver və onu öyrət. Ona de ki: “Nə fikirləşirsən? Gəl sənə Fatihə surəsini oxuyum, sən də mənə oxu, (bir-birimizin səhvlərini düzəldək).” Neçə elmsiz mömin var ki, Fatihənin oxunuşunda səhvlər edir. Bu isə bir fürsətdir. Ona de ki: “Birinci mən başlayım. Sən bax, gör əgər xətam olsa, düzəlt…”

Eləcə də, ona Tövhid haqqında sual ver, bəsit suallar… Ona sünnəni öyrət. Əgər ona (nəsə) öyrətsən, həmin gün nə qədər uğur qazanmış olarsan. Bu halda sən, həmin gün qazanc qazanmış tacirlərdən daha zəngin olarsan.

(Bil ki) şərt deyil ki, səni dinləsilər. Bəli, dinləsələr daha yaxşıdır. Amma əgər sən Allahın razı qaldığı şeyi etsən, artıq bununla məqsəd hasil olmuş olar. Əgər əlavə olaraq səni həm də dinləsələr, bu, NUR üzərinə NUR olar….

Beləki, kim Muhəmmədin (salləllahu aleyhi va səlləm) ümmətini sevirsə, onu (ümməti) sünnəyə dəvət etsin. Kim Muhəmmədi (salləllahu aleyhi va səlləm) sevirsə, o zaman (insanları) onun sünnətinə dəvət etsin.

Təəccüb edilir o şəxsə ki, “Mən Peyğəmbəri (salləllahu aleyhi va səlləm) sevirəm” deyib bidətə dəvət edir. Peyğəmbəri (salləllahu aleyhi va səlləm) sevmək, səndən, onun etdiyini etməyə qarşı həris olmağını, insanları onun etdiyinə dəvət etməyini və insanları, Peyğəmbərin (salləllahu aleyhi va səlləm) etdiyini edən gördüyün zaman qəlbinin sevinməsini gərəkdirir. Məsələn, məscidə daxil olduqda, insanların sağ əllərini solun üzərinə, sinələrinə qoyduqlarını gördükdə, Peyğəmbərin (salləllahu aleyhi va səlləm) ümməti üçün sənin köksün genişlənəcək (onlara görə sevinəcəksən), çünki ümmət Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sünnəsini yerinə yetirir.

Sonda isə Allahdan özüm və sizin üçün ixlas istəyirəm. Həmçinin istəyirəm ki, bizi dinə və sünnəyə xidmət edənlərdən etsin və bizi Onunla görüşənədək bunların üzərində sabit etsin.

(Peyğəmbər məscidi, “Sahih ət-Tərğib vat-Tərhib” kitabının şərhindən sonra olan sual-cavabdan altıntı. Tarix. 07.03.17)

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.04. 2024
    NamazVaxt
    Sübh04:12
    Günəş05:55
    Zöhr12:40
    Əsr16:26
    Məğrib19:25
    İşa20:55
    Namaza yeni başlayıram

Son əlavə olunanlar