2`ci vərdiş – Yemək və içməkdə israfçılıq etmək

Ramazan ayı ilə əlaqəli pis vərdişlərdən biri də yemək və içməkdə israfçılıq etməkdir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

2. YEMƏK VƏ İÇMƏKDƏ İSRAFÇILIQ ETMƏK

Ramazan ayı ilə əlaqəli pis vərdişlərdən biri də yemək və içməkdə israfçılıq etməkdir; (yeməyi) yeməkdə, (həddən çox ərzaq, qida məhsulu) almaqda, hədər etməkdə və s. İnsanlardan elələri vardır ki, bu aya yemək-içmək tədarük edib saxlamaqla hazırlaşır və sanki, o qida və su tapılmayan döyüşə və ya aclığa və ya qıtlıq ilinə hazırlaşır. (Belələri) orucun əsl məqsədinə əks olaraq hərəkət etmiş olurlar. Çünki, orucun məqsədlərindəndir ki, insan şəhvətləri azaltsın, xüsusən də qarın və övrət şəhvətlərini…bununla da onun Nöqsansız və Uca Allaha yönəlməsi və qəbini Allahın zikrinə, şükrünə və ibadətinə ayırması sağlam şəkildə baş versin.

Həmçinin, orucun məqsədlərindən; ehtiyacsız (və ya varlı) kimsənin aclığın, susuzluğun acısını dadmasıyla kasıbların və imkansızların çətinliklərini xatırlayaraq onlara rəhm etmələri, onlara yardım əlini uzatmaları, onların çətinliklərini və məhrumiyyətlərini yüngülləşdirməyə çalışmalarıdır.

Amma, o kəslər ki, səhərləri yemək içməkdən imtina edirlər, gecələri isə müxtəlif yemək-içməkləri israf edir və həddən artıq miqdarda yemək-içmək qəbul edirlər, belələrinin halı çox zaman ibadətə etməyə və Allaha yönələ bilməmək olur. Çünki, çox yemək- içmək halsızlıq, tənbəllik və rahatlıq axtarmaqla nəticələnir.

HƏMÇİNİN, PİS VƏRDİŞLƏRDƏN: Bu yemək-içməkdən qalan artıqların zibil yeşiklərinə atılmasıdır; Əgər o şəxslər işlərini daha da nizamlı etsəydilər, yeməyi ehtiyacları olan qədər hazırlayardılar və yaxud da istədikləri yeməkləri hazırlayar, (qazanlarda) ehtiyaclarından artıq qalan yeməkləri kasıblar üçün ayıra bilərdilər. Bununla da Peyğəmbərin (salləllahu aleyhi va səlləm) bu hədisinə əməl etmiş olardılar: «Kim bir oruclunu yedizdirərsə, ona onun misli qədər savab yazılar.» (Tirmizi rəvayət etmiş və səhihləşdirmişdir)

Xalid Əbu Salihin “Əədəətun Seyyi`ətun fi Ramədan” adlı risaləsindən (mədərul vatən lin-nəşr – nəşriyyatı)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    26.04. 2024
    NamazVaxt
    Sübh04:03
    Günəş05:48
    Zöhr12:39
    Əsr16:27
    Məğrib19:30
    İşa21:00
    Namaza yeni başlayıram

Son əlavə olunanlar