Ramazanda edilən pis vərdişlər: 7-8

Uca Allah buyurmuşdur: «Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.» (əl-Bəqara, 195)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

7-ci vərdiş; İşlədiyi işi yaxşı yerinə yetirməmək

Bu ayda (bəzi) insanlar məsul olduqları işləri yerinə yetirməkdə tənbəllik edirlər, hansı ki, bu işin qarşılığında məvacib alırlar. Görürsən ki, bir işdə işləyən görəvli kimsə işində səhlənkarlığa yol verir, insanların xeyirinə olan işini və müamiləsini gecikdirir, işə də gec gəlir, işin qurtarma vaxtından da tez çıxır, buna isə orucu bəhanə edir.

Həmçinin, görərsən ki, (bəzən) müəllim olan şəxs də məsuliyyət daşıdığı işi lazımınca yerinə yetirmir, dərsi gözəl şəkildə başa salmır, dərslərə gəlmir, tələbələrə diqqət göstərmir, onlara heç bir fayda vermir, bunun da bu işdəki üzürü kimi yenə oruc olması bəhanə gətirilir!

Bu hal (oruc tutmaq səbəbilə işinə laqeyd yanaşmağı bəhanə gətirmək) bir müəssisədə işləyən işçiyə, xəstəxanadakı həkimə, iş başındakı mühəndisə keçir. Bütün o şəxslər gərək işlərini ən yaxşı şəkildə yerinə yetirsinlər və orucu bəhanə etməsinlər. Çünki, yalnışlıq onların gecəni yuxusuz qalmasından və vaxtlarını düzgün tənzimləmədiklərindən dolayı baş vermişdir. Uca Allah buyurmuşdur: «Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.» (əl-Bəqara, 195)

Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) isə buyurmuşdur: «Həqiqətən də Allah sizdən birinin bir iş gördükdə onu gözəl bacarmasını Sevər.» (Hədisi əl-Beyhəqi rəvayət etmiş, Şeyx Albani «həsən» görmüşdür)

8-ci pis vərdiş; Səhur etməyi tərk etmək və ya tezləşdirmək

Bir çox insanların səhur yeməyini yemədən oruc tutmaları geniş yayılmış yalnışlardandır. Onlar sadəcə gecənin ortasından bir az əvvəl yedikləri axşam yeməyi ilə kifayətlənirlər.

Peyğəmbər isə (Allahın Ona salavatı və salamı olsun) bir çox hədislərdə səhur yeməyinə rəğbətləndirmiş, səhur yeməyini əmr etmiş və bunun fəzilətini bəyan etmişdir; bundan da Onun bu sözünü (hədisini) qeyd etmək olar: «Səhur edin. Çünki, səhur etməkdə bərəkət vardır.» (Buxari, Muslim) Həmçinin, buyurmuşdur: «Bizimlə kitab əhlinin orucu arasındakı fərq səhur yeməyidir.» (Muslim)

Səhuru gecikdirmək və səhurun gecə yuxusundan sonra olması da sünnədəndir. Peyğəmbərin (AllahınOna salavatı və salamı olsun) səhabələri iftarı ən tez edən, səhuru isə ən gec edənlər idilər.

Zeyd ibn Sabitdən (Allah ondan razı lsun) rəvayət olunur ki, o dedi: Peyğəmbərlə birgə səhur yeməyini yedik. Sonra o namaza qalxdı. Ənəs (Allah ondan razı olsun) Zeydə dedi: «Əzanla səhur arası vaxt nə qədər idi. Dedi: «Əlli ayə (oxunacaq müddət) qədər.» (Buxari, Muslim)

Xalid Əbu Salihin “Əədəətun Seyyi`ətun fi Ramədan” adlı risaləsindən (mədərul vatən lin-nəşr – nəşriyyatı)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    19.04. 2024
    NamazVaxt
    Sübh04:14
    Günəş05:56
    Zöhr12:40
    Əsr16:26
    Məğrib19:24
    İşa20:54
    Namaza yeni başlayıram

Son əlavə olunanlar