Tərk olunmuş sünnət – Beş yerdə deyilə biləcək zikr

Bu zikri bu məqamlarda demək sünnədir

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və  şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu zikri beş yerdə deməyin müstəhəb olmasının fəziləti

سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

“Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa məbud yoxudur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm.”

 

1. Elm məclisinin arxasınca söyləmək.

Nəfi ibn Cubeyr ibn Mutim atasından (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim, zikr məclisində “Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk” deyərsə, (bu), üzərinə vurulmuş bir möhür kimi olar. Kim də bunu boş şeylərin danışıldığı bir məclisdə deyərsə, (bu), onun üçün kəffarə olar.” (ən-Nəsəi, “Sunənul Kubra”, 10257. Şeyx Albani, “Silsilə əs-Sahihə” 81. Hədis səhihdir)

Bu hədisdəki qəsd, Allah zikr olunan hər hansı məclislərdi ki, o məclisləri tərk etdikdə hədisdə keçən zikri söyləmək müstəhəbdir. Buna məclislərə misal olaraq, elm məclisləri kimi məclisi gətirmək olar.

2. Boş və mənasız məclisin arxasınca söyləmək.

Əbu Hureyra (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Kim bir məclisdə oturub orada çoxlu boş söhbətlər edərsə, məclisdən qalxmazdan öncə “Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk” deyərsə, Allah mütləq onun məclisdə olan günahlarını bağışlıyar.” (Əbu Davud 4857. ət-Tirmizi 3433. Hədisə Şeyx Albani səhih demişdir)

Hədisdə qəsd olunan məclis hər hansı boş və mənasız məclislərdir ki, onlardan durub getdikdə hədisdə keçən zikri söyləmək müstəhəbdir.

3. Dəstəmaz aldıqdan sonra söyləmək.

Əbu Səid (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi va səlləm) belə buyurdu: “Kim dəstəmaz alıb, “Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk” deyərsə, (bu kəlimələr) bir dəriyə yazılıb sonra möhürlənər, Qiyamət gününə kimi açılmaz.” (Hakim 2072. Şeyx Albani, “Silsilə əs-Sahihə” 2333. Hədis səhihdir)

Yəni bu kəlimələri deyən kəs üçün onlar qiyamətədək savab olaraq qorunub saxlanılar. Hər bir kəs dəstəmaz aldıqdan sonra hədisdə keçən zikri deməsi müstəhəbdir.

4. Quran oxuduqdan sonra söyləmək.

Aişə (radıyəllahu ənhə) rəvayət edir ki: “Allah Rəsulu (salləllahu aleyhi və səlləm) oturduğu hər bir məclisdən, hər dəfə oxuduğu Qurandan və qıldığı hər bir namazdan sonra bu kəlmələrlə xətm edərdi: “Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk”. (Aişə) mən dedim: “Ey Allahın Rəsulu! Görürəm ki, oturduğun hər bir məclisdən, hər dəfə oxuduğun Qurandan və qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən.” O dedi: “Bəli. Kim xeyir deyərsə, ona xeyirlə son vurular, kim də şərr söyləyərsə, (bu), onun üçün kəffarə olar.” (ən-Nəsai, ‘Sunənul Kubra”, 10067. Şeyx Albani, silsilə sahiha 3164. Hədis səhihdir)

Hər dəfə Quran oxuduqdan sonra, fərq etməz, surə kamil oxunduqdan sonra olsun və ya yarımçıq olsun, hədisdə keçən zikri söyləmək müstəhəbdir. O ki, qaldı “Sadəqallahul Azım” deməyə, buna nə Peyğəmbər sünnəsindən, nə səhabələrdən, nə tabeinlərdən, nə də ətba tabeinlərdən heç bir səhih əsər varid olmamışdır.

5. Namazdan sonra söyləmək.

Aişə (radıyəllahu ənhə) rəvayət edir ki: “Allah Rəsulu (salləllahu aleyhi və səlləm) oturduğu hər bir məclisdən, hər dəfə oxuduğu Qurandan və qıldığı hər bir namazdan sonra bu kəlmələrlə xətm edərdi: “Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk”. (Aişə) mən dedim: “Ey Allahın Rəsulu! Görürəm ki, oturduğun hər bir məclisdən, hər dəfə oxuduğun Qurandan və qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən.” O dedi: “Bəli. Kim xeyir deyərsə, ona xeyirlə son vurular, kim də şərr söyləyərsə, (bu), onun üçün kəffarə olar.” (ən-Nəsai, ‘Sunənul Kubra”, 10067. Şeyx Albani, silsilə sahiha 3164. Hədis səhihdir)

İnsan hər hansı bir namazı qıldıqdan sonra, fərq etməz fərz namazı olsun və ya nafilə namaz, hədisdə keçən zikri söyləmək müstəhəbdir. Fərz namazlardan sonra sünnədə müəyyən zikrlər varid olmuşdur. Amma hər hansı müstəhəb namazlardan sonra bu zikrdən başqasını demək varid olmamışdır.

Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Muhəmməd Məmmədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.03. 2024
    NamazVaxt
    Sübh04:55
    Günəş06:31
    Zöhr12:46
    Əsr16:18
    Məğrib19:01
    İşa20:31
    Namaza yeni başlayıram

Son əlavə olunanlar