Pirə gedənlərə məktub!

Sözlərimiz pirə gedən insanlara ünvanlanıb. Nə üçün pirə gedirsiniz? Elə bilməyin ki, biz sizə nifrət edirik. Biz sizin hidayətinizi arzulayır, sadəcə əməlinizi sevmirik.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Sözlərimiz pirə gedən insanlara ünvanlanıb. Nə üçün pirə gedirsiniz? Elə bilməyin ki, biz sizə nifrət edirik. Biz sizin hidayətinizi arzulayır, sadəcə əməlinizi sevmirik. Əksinə, biz sizin də bizim kimi tək Allaha ibadət edib ona heç bir şeyi şərik qoşmamağınızı istəyirik. Biz deyirik ki, sizin Allahı sevməyiniz batil bir iddiadır. Həmçinin, sizin özünüzə Muhəmməd Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sevgisini nisbət etməniz də yalandır. Çünki, siz nə Allahın buyurduğunu edir, nə də Peyğəmbərin (salləllahu aleyhi va səlləm) qadağan etdiklərindən çəkinirsiniz. Allah yalnız Ona ibadət etməyinizi, yalnız Ona dua etməyinizi istəyir, siz isə dara düşəndə Allahdan qeyrilərini köməyə çağırırsınız. Məgər düşünmürsünüzmü? Məgər düşünmək bu qədərmi çətindir əməlinizin yalnış olduğunu? Allah ona şərik qoşanın əməlini batil edəcəyini deyir Quranda, bu ayəyə nə deyirsiniz?

«Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kimsə iftira atmaqla böyük bir günah etmiş olur.» (ən-Nisə, 48)

Sonra Peyğəmbəri sevdiyinizi iddia edirsiniz? Amma, Onun ümmətə öyrətdiyi yoldan, Qurandan və Quranı başa düşməkdən ən uzaq insanlar olduğunuzdan xəbəriniz varmı? Sizin daşlara, qəbirlərə olan sevginiz əslində sizə həqiqəti görməyə mane olur. Peyğəmbərimiz buyurmuşdur: «Allah yəhudi və xristyanlara lənət etsin! Onlar Peyğəmbərlərin qəbirlərini ibadətgaha (məscidə, pirə) çevirdilər.» (Buxari, Muslim) Qəbirləri pirə çevirmək lənətə səbəb olur Peyğəmbərin dediyinə görə, görürsənmi? Biz pirlərdəki insanların əksərinin saleh insanlar olduğunu inkar etmirik. Əksinə, Allahın övliyaları çox qiymətli insanlardır. Onlar sağlığında duası qəbul olan insanlardır. Amma, onlar öldükdən sonra sizə bir fayda verə bilməzlər. Onlar sağ ikən eşidirdilər, amma öldükdən sonra sizi eşitmirlər. Gör Allah Quranda nə buyurur: «Sözsüz ki, sən ölülərə eşitdirə bilməzsən» (ən-Nəml, 80) Onlar səni eşitmirlər, bəs necə sənə yardım etsinlər.

Uca Allah Qurani-Kərimdə buyurmuşdur: «Qoy Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.» (əl-Nur, 63)

Amma, Peyğəmbərə tabe olsanız, sizin sevginiz həqiqi sevgi olar, Görün Allah Quranda nə buyurur: «De: “Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.» (Ali-İmran, 31)

Özünüz də deyirsiniz ki, biz haqqı istəyirik, haqqı axtarırıq. Allahdan başqasına dua etməyin deyirik, Çünki, Allah da bunu deyir Quranda, oxu: «Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!» (əl-Cinn, 18)

Qəbirdəkilərin sizə heç bir faydası yoxdur, istər – onların hörmətinə istəyirəm, istər də bizi Allaha yaxınlaşdırır bu qəbirdəkilər – deyib bəhanə et, xeyiri yoxdur. İnanmırsan? Onda buyur, oxu gör Allah nə deyir: «Doğrusu, əsil din Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik” – deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında öz hökmünü verəcəkdir.» (əz-Zumər, 3)

Sizə Quranda Allah tək ona ibadət etməyinizi əmr edib, mənə Qurandan pirə getməyə bir dəlil də gətirə bilməzsən, amma Quranda tövhidə o qədər çox dəlil var ki, insan bilmir hansından danışsın. Məgər düşünməyəcəksənmi artıq? Sən pirə getməyə dəlilini axtararkən, mən sənə bu ayəni deyirəm, bəlkə biləsən ki, Allah sənə pirə getməyi yox, bax bunu əmr edib:

«Dini məhz Ona məxsus edərək dua edin.» (əl-Ə`raf, 29)

Tövhid əqidəsi Quranda gün kimi aydındır. Quranın hansı hissəsinə baxsan tövhid var. Biz sevinirik ki, Qurandakı tövhidi görə bilirik. Siz bu tövhidi görməkdən qorxmursunuzsa, onda Quranın axırlarını açın oxuyun. Oradakı ayələr əsasən Məkkədə nazil olub. Qorxmursunuzsa, açın, oxuyun. Ürəkli olun. İstədiyiniz yerdən oxuyun özü də. Bu vəhabi sözü deyil. Allahın kəlamını oxumağa dəvət edirəm, cəsarətiniz varsa…oxuyun. Axırıncı dəfə nə vaxt bu ayələri oxumusunuz? Yoxsa, birinci dəfəmi olacaq? Tamam… Fərq etməz…. Bir daha xatırladıram… Açın Quranın axırlarından istədiyiniz yerdən oxuyun… Tövhidin əzəmətini görəcəksiniz! Oxuyun, amma, bir xahişim də var. Sonra deməyin ki, bu Quran da vəhabilərə xidmət edir. Xeyir, bu Quran «əl-Vəhhaba» və onun yoluna xidmət edir. «Əl-Vəhhab» Allahın adıdır, «Bəxş edən» deməkdir. Quranda üç dəfə gəlib. Ali-İmran surəsi 8-ci ayə, Sad surəsi 9-cu ayə və Sad surəsi 35-ci ayə. Yəqin, bir də Allahın adını pis mənada işlətməzsən.

Bir daha xatırladıram. Quranın axırlarından oxu sadəcə. Yox, yox, çəkinmirəm əvvəlindən oxu deməyə. İstəsən əvvəlindən oxu. Elə Fatihə surəsini oxu ən birinci. Bu surə əvvəlindən sonuna kimi tövhiddir. İnanmırsan? Bax: Əlhəmdulilləhi Rabbil-Aləmin (Yəni, Həmd olsun Aləmlərin Rəbbinə) Bu Allahın Rububiyyətinə dəlalət edən tövhiddir. Sonra: Ər-Rahmənir-Rahim: Rəhimli və Mərhəmətli olana, bu da İsm və Sifət tövhididir. Allahın iki gözəl ismi keçir ayədə. Sonra bu ayəyə çatanda: «İyyəkə nəabudu və iyyəkə nəstə`in» Yəni: Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik.» Bu da üluhiyyət tövhidi. Amma Sən əvvəl elə bilirdin ki, bu söz vəhabilərin sözüdür. Onlar deyirlər ki, Ancaq Allahdan kömək istəyin, ancaq Allaha ibadət edin! Allah deyəndə inanarsan bəlkə. Nə bilim, düşün! İndi deyirəm sənə, istəsən, Quranın əvvəlindən oxu, istəsən axırından oxu, istəsən ortasından oxu! Amma oxu. Hər yerdə tövhidi görəcəksən! Buna görə də biz tövhid əhli olduğumuz üçün çox xoşbəxtik. Sizin də bu xoşbəxtliyi dadmağınızı istəyirik! Biz sizə nifrət etmirik. Sizi aldadıblar sadəcə, bir az Quran oxuyun. Amma ölülərə deyil, ölmüş ürəklərin dirilməsi naminə elə birinci siz oxuyun. Görəcəksiniz ki, bu Quran tövhidə xidmət edir. Allah müvəffəq etsin!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    25.04. 2024
    NamazVaxt
    Sübh04:03
    Günəş05:48
    Zöhr12:39
    Əsr16:27
    Məğrib19:30
    İşa21:00
    Namaza yeni başlayıram

Son əlavə olunanlar