Zul Hiccənin ilk 10 günündə edilən təkbirlər – Şeyx Suleyman ər-Ruheyli

İbn Ömər və Əbu Hureyra bu günlərdə bazara çıxar və təkbir edər, insanlar da onlara qoşulub təkbir edərdilər. Hər ikisinin bazara getməkdə məqsədi isə məhz təkbir etmək idi.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Allah Təalə, Zul-Hiccə ayının başlanğıcından sizin üçün əzəmətli bir ibadət bəxş etmişdir. Bu da Onu, Subhənəhu və Təalə, davamlı zikr etmək və çoxlu sayda təkbir gətirməkdir. Bu on gündə edilən təkbirlər iki növdür: “mutləq” (ümumi) və “müqayyəd” (xüsusi).

Ümumi təkbirə gəldikdə, Zul-Hiccə ayının ilk günündən başlayır, hətta Ərafa gününə qədər davam edir. Burada ümumi dedikdə qəsdimiz odur ki, bu təkbirlər namazlara bağlı deyil. insan istədiyi vaxtda, yolda gedərkən, maşında olarkən, bazarda, məsciddə və s. yerlərdə təkbir edir və bu əməli heç nəyə bağlamır.

Çünki Allah Təalə buyurur: “… və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər…”

İbn Ömər və Əbu Hureyra bu günlərdə bazara çıxar və təkbir edər, insanlar da onlara qoşulub təkbir edərdilər. Hər ikisinin bazara getməkdə məqsədi isə məhz təkbir etmək idi.

Xüsusi təkbirə gəldikdə isə, bu təkbirlər namazlara bağlı olanlardır. Bu təkbirlərin vaxtı Ərafa gününün sübh namazından başlayır və təşriq günlərinin sonuncu günü, yəni Zul-Hiccə ayının 13-ü əsr namazından sonra edilən təkbirlərlə bitir. Məğrib namazında təkbir edilmir, çünki artıq 14-cü günün gecəsidir. Zikr etdiyimiz, səhih isnadla Əli ibn Əbu Talibdən (radıyəllahu ənhu) varid olmuşdur. Beləki o, Ərafa günü sübh namazından başlayaraq, ayın 13-ü əsr namazına qədər hər namazdan sonra təkbir edərdi.
Həmçinin, səhih olaraq rəvayət olunub ki, İbn Abbas və İbn Məsud da bu əməli etmişlər.

Ey Allahın qulları Ey Allahın qulları, bu günlərdə təkbirləri artırın!!!

Bu, şərəfli ibadətdir, üzərinizə düşən bunu etməkdə çalışmağınız və buna həris olmağınızdır ki, mükafatınız artsın!

Bu əməli etmək vacib deyil, sünnədir. Lakin Allahın qulu, onu Allaha yaxın edən, mükafatını artıran və Allah qatında onu yüksəldəcək əməlləri axtarmalıdır.

Şeyx Suleyman ər-Ruheylinin -ət-Təkbiru fi əşri Zil Hiccə va əhkəmuhu- adlı səs alıntısından tərcümə olundu

Redaktə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar