Uca Allahın “əl-İstiva” sifəti

«O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!» (əl-Furqan, 59)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Rəbbimiz buyurur:

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ ۗ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِين

«Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.» (əl-Ə`raf 54)

اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُمْ بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ

«Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır.» (ər-Rad 2)

Digər ayədə:

الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ

«ər-Rahmən Ərşə ucaldı.» (Ta Hə 5)

Həmçinin:

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ

«Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?» (əs-Səcdəh 4)

Eləcə də:

لَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۚ الرَّحْمَٰنُ فَاسْأَلْ بِهِ خَبِيرًا

«O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!» (əl-Furqan 59)

Və digər bir neçə ayə eyni mənada. Beləcə bu barədə varid olan Qurani kərimin yeddi ayəsində əl-İstiva (yüksəlmək) kəliməsi «(على)» «alə» şəkilçisi ilə gələrək açıq şəkildə ucalığı və yüksəkliyi ifadə edir. Bu barədə sünnədə varid olan dəlillərə baxaq:

قال رسول الله صلى الله عليه وسلم :  «لما فرغ الله من خلقه استوى على عرشه» مختصر العلو/98 و إسناده صحيح

Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurdu: «Allah məxluqatı yaratdıqdan sonra öz ərşinə ucaldı.» (Muxtəsar əl-Uluv səh. 98. İsnadı səhihdir).

ما رواه كعب الأحبار قال : «قال الله عز وجل في التوراة أنا الله فوق عبادي ، وعرشي فوق جميع خلقي ، وأنا على عرشي أدبر أمور عبادي ، ولا يخفى علي شيء في السماء ولا في الأرض» مختصر العلو ص. 128 و قال ابن القيم: رواه ابن بطة وابن أبي الشيخ و إسناده صحيح

Kəəb əl-Əhbərdən varid olub ki, İzzət və Cəlal sahibi olan Allah tövratda buyurub: «Mən Allah, qullarımın üzərindəyəm və ərşim bütün yaratdıqlarımın üzərindədir və Mən ərşimin üzərindəyəm. Qullarımın işlərini idarə edirəm və Mənə səmada və yerdə heçnə gizli qalmır.» (Muxtəsar əl-Uluv səh. 128. İbn əl-Qayyim buyurur: İbn Batta və ibn Əbi əş-Şeyx bunu rəvayət edib və isnadı səhihdir.)

İcma: Əhli Sünnə val-Cəmə`ə icma edibki, Allah Öz izzətinə və cəlalına yaraşan şəkildə ərşinin üzərindədir.

قال ربيعة : «الإستوء غير مجهول و الكيف غير المعقول و من الله الرسالة و على الرسول البلاغ و علينا التصديق» العرش للذهبي 2/178

Rabia (Allah ondan razı olsun) buyurub: «İstiva məchul deyil (mənası aydındır) və keyfiyyəti ağıla sığan deyil və bu Allahdan gələn risalədir və Rəsulullahdan (Allahın ona salavat və salamı olsun) çatdırmaqdır və bizim üzərimizə düşən isə təsdiq etməkdir.» (İməm əz-Zəhəbi «əl-Ərş» kitabı 2/178)

و قال إمام مالك رحمه الله : «الإستواء معلوم و الكيف مجهول و الإيمان به واجب والسؤال عنه بدعة» العرش للذهبي 1/117

İməm Məlik (Allah ona rəhmət etsin) deyir: «İstiva məlumdur və keyfiyyəti məchuldur və ona iman gətirmək vacibdir və onun barədə sual vermək bidətdir.» (İməm əz-Zəhəbi «əl-Ərş» kitabı 1/117)

وقال الأوزاعي : «كنا والتابعون متوافرون نقول: أن الله فوق عرشه و نؤمن بما وردت به السنة من صفاته» فتح الباري 13/406

Tabiinlərin dövründə yaşayan iməm əl-Əuzə`i (Allah ona rəhmət etsin) belə deyib: «Biz və tabiinlər hamılıqla deyirdik:Həqiqətən Allah ərşinin üzərindədir və sünnədə Onun varid olan sifətlərinə iman gətiririk.» (Fəth əl-Bəri 13/406)

و قال إسحاق بن راهويه في قوله تعالى (الرحمن على العرش استوى) : «أجمع أهل العلم أنه فق العرش و يعلم كل شيء في أسفل الأرض و قعور البحار..و في كل موضع» مختصر العلو ص. 194

Tabiinlərdən olan İshəq bin Rahəveyh (Allah ona rəhmət etsin) «ər-Rahmən Ərşə ucaldı» ayəsi barəsində deyib: «Elm əhli icma ediblər ki, O, Ərşin üzərinə ucalıb və yerin altında və dənizlərin ən dərinliklərində olanlardan.. və hər yanda olanlardan xəbərdardır.» (Muxtəsar əl-Uluv səh. 194)

Elm əhli «istiva» kəliməsinin mənalarını müfaq formada açıqlayblar:

1. إرتفع (irtəfəə) — qalxdı;

2. علا (`alə) — ucaldı;

3. صعد (saidə) — qalxdı;

4. إستقر (istəqarra) — qərar tutdu.

1. إرتفع (irtəfəə) — «Qalxdı», «yüksəldi».

قال اللاكائي (ت 418) : «سمعت غير واحد من المفسرين يقول: ( الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ ) إرتفع» شرح أصول..3/397

İməm Hafiz Tabəri əl-Lələkəi (Allah ona rəhmət etsin) (vəfatı: 418 il) buyurdu: «Bir çox təfsir alimlərindən «ər-Rahmən ərşə ucaldı» ayəsi barədə eşitmişəmki (İstəva-ya) «İrtəfəə» ucaldı deyirlər.» (Şərh usul.. 3/397).

2.  علا (`alə)«Ucaldı».

قال مجاهد: «إستو — علا على العرش» فتح، 13/405. إثبات صفة العلو ص. 94

İbn Abbasın (Allah ondan razı olsun) tələbəsi olan Mucahid (Allah ona rəhmət etsin) deyib: «İstəva: Ərşə ucaldı (deməkdir).» (Fəth 13/405. İbn Qudəmə «İsbət Sıfətil-Ulüv» səh. 94)

3. صعد (saidə)«Qalxdı».

قال الخليل بن أحمد: «أتيت أبا ربيعة الأعرابي. وكان من أعلم الناس فيما رأيت فإذا هو على السطح فسلمنا عليه فرد علينا السلام و قال لنا: إستووا. فبقينا متحيرين و لم ندري ما قال. فقال لنا أعرابي إلى جنبه. إنه أمركم أن ترتفعوا» العرش للذهبي.. و التمهيد 7/131

əl-Xalil bin Əhməd (Allah ona rəhmət etsin) deyir (əl-Xalil bin Əhməd böyük dil və ədəb alimlərindəndir və məşhur dil alimi Sibaveyhinin müəllimi olub və hicrətin 170 -ci ildə vəfat edib): «Gördüklərim içərisində ən elmli adamlardan olan Əbu Rabia Ələrabinin yanına gəldim və o,evin yuxarı hissəsində idi.Və salam verdik ona və o, salamı aldı və bizə «istəvu»! dedi.Heyrət içində qalaraq nə dediyini anlamadıq.Orda olan bir bədəvi dedi: O, sizdən yuxarı qalxıb onun yanına getməyinizi tələb etdi.» (İməm əz-Zəhəbi «əl-Ərş» kitabı və ət-Təmhiyd 7/131)

4. إستقر (istəqarra) «Qərar tutdu».

قال ابن عبد البر:الإستواء: الإستقرار في العلو. كما قال تعالى: «لتستووا على ظهوره» و قوله تعالى «واستوت على الجودي» التمهيد 7/131

Maliki alimi olan İbn AbdilBər (Allah ona rəhmət etsin) buyurub: «İstiva yüksəkdə qərar tutmaqdır. Uca Allah buyur: «Üzərində qərar tutmağınız (minmək,) üçün….(minik vasitələri ,at və ya gəmi və s.)» (Əz-Zuxruf 13). Digər ayədə: «…(Gəmi) Cudi dağı üzərində qərar tutdu (oturdu)…» (Hud 44).» (ət-Təmhiyd 7/131. Mərakeş çapı 1387 hicr.)

İstiva kəliməsinin ərəb dilində iki növü var:

قال ابن القيم: «و لفظ الإستواء في كلام العرب الذي خاطبنا الله و أنزل به كلامه نوعان مطلق و مقيد … فالمطلق: ما لم يوصل معناه بحرف مثل: (و لما بلغ أشده واستوى) معناه كمل. و مثله: إستوى الزرع و الطعام … و المقيد: ما وصل معناه بحرف و هو على ثلاثة أضرب بحسب صلاته

١. فإن عدى ب(إلى) كقوله تعلى:« ثم استوى إلى السماء وهي دخان » (فصلت 11) فهو بمعنى العلو و الإرتفاع بإجماع السلف

٢. و إن عدى ب(على) كقوله تعلى: « لتستووا على ظهوره » (الزخرف 13). و قوله: » و استوت على الجودي » (هود 44). و قوله: « و استوى على سوقه » (الفتح 29). فهذا معناه العلو و الإرتفاع و الإعتدال بإجماع أهل اللغة

٣. ألمقرون بواو المعية التي تعدي الفعل إلى المفعول معه نحو: إستوى الماء و الخشبة. بمعنى ساواها» مختصر الصواعق المرسلة .2/126

İbn əl-Qayyim (Allah ona rəhmət etsin) deyib: «Allahın Bizə xitab etdyi və bu dildə öz kəlamını endirdiyi dil olan ərəbcədə «istiva» kəliməsi iki növdür: Ümumi və xüsusi.

1. Ümumi halda bu söz şəkilçiylə işlənməyən zaman kamilləşmək, tamamlanmaq mənasına gəlir və necəki bu ayədə: «(Musa) yetkinləşib kamillik dövrünə çatdıqda…» (əl-Qasas 14).

Və necəki:

إستوى الزرع و الطعام «İstəva əlzəru vattaəmu» — əkin yetişdi, yemək hazır oldu. (Şərh: Göründüyü kimi bu cümlədə «istəva» şəkilçi olmadan işləndi və tamamlanmaq mənası aldı.)

2. Bu kəlimə xüsusi halda şəkilçi ilə yanaşı olduqda, qarşılaşdlğı şəkilçiyə əsasən üç məna alır:

1. İlə ( إلى ) şəkilçisi ilə:

«Sonra O, tüstü halında olan göyə tərəf yüksəldi…» (Fussilət 11).

Burada «istəva» sələfin icması ilə ucalıq, yüksəklik mənasındadır.

2. Alə (على) şəkilçisi ilə:

«Üzərində qərar tutmağınız (minmək,) üçün….(minik vasitələri ,at və ya gəmi və s.)» (əz-Zuxruf 13)

Digəər ayədə: «..(Gəmi) Cudi dağı üzərində qərar tutdu (oturdu)…» (Hud 44).

Digər ayədə : «…gövdəsi üstünə qalxaraq…» (əl-Fəth 29)

Burada «istəva» dil alimlərinin icması ilə ucalıq, yüksəklik və bərabərləşmək mənalarını daşıyır.

3. Vav (و ) feli, fel olunanla birlikdə edən və bərabərlik bildirən bağlayıcı ilə:

Misal üçün:

إستوى الماء و الخشبة «İstəva əl-məu val-xaşəbəh» — su taxta ilə bərabərləşdi. (Muxtəsar əs-Savəiq 2/126).

Sitatın sonu.

Bu cümlədə qəsd olunan odurki, su taxta ilə (eyni səviyyədə) bərabər olana qədər qalxdı. Və beləcə əl-İstiva kəliməsinin ərəb dilində anlaşılan mənaları yuxarıda qeyd olunanlardır və bu sələfin (çox qədim alimlərin) təfsiridir.Görək bəs xələf yəni sonradan gələnlər bunu necə təfsir ediblər.

Cəhmiyyə firqəsi və onlara müvafiq olanlar əl-istiva sifətini

الإستيلى  «əl-istiylə» — hökumü ələ almaq,

القهر «əl-qahr» — özünə tabe etmək,

الغلبة «əl-ğaləbəh» — qalib olmaq mənalarında təfsir ediblər.

Bu barədə olan dəlilləri isə uydurulmuş və qondarma şerdən olan bir beytdirki, bununla istiva sifətini inkar edirlər:

قد استوى بشر على العراق
من غير سيف أو دم مهراق

Bişr iraqa istiva etdi,
Qıllncsız və qan axıtmadan.

Burada istiva kəliməsinə hakim olmaq mənası veriblər və buda nə ərəb dili əsasında nədə işlək dilində öz əksini tapmır.

سأل رجل ابن الأعرابي:هل معنى استوى إستولى؟ فقال: «اسكت…لا يقال استولى على الشيء إلا أن يكون له مضاد فإذا غلب أحدهما قيل استولى» فتح الباري 13/406. دار المعرفة. بيروت 1379ه. شرح أصول إعتقاد 3/442

Bir kişi ibn əl-Ərabidən (Allah ona rəhmət etsin) soruşur: İstəva mənası istəvlədir mi (hökmü altına almaq)? O da: «Kəs səsini! «İstəulə» yalnız ziddiyyətli tərəflərin bir şey üzərində dartışması zamanı birinin qələbəsi halında «istəulə» hökmü altına aldı deyilir.» (Fəthul Bəri 13/406. Dərul-Mərifə mət. 1379. Beyrut çapı. Şərh uUsul İ`tiqad 3/442)

و قال الخليل بن أحمد: «لا تعرف العرب ذلك» مختصر الصواعق المرسلة 1/372. القاهرة 2001م

əl-Xalil bin Əhməd (Allah ona rəhmət etsin) deyir: «Bu ərəb dilindən uzaq bir şeydir.» (Muxtəsar əs-Savəiq əlmursələ 1/372)

əl-İstiva kəliməsini “əl-İstiylə” kimi təfsir edənlərə müvafiq formada cavab verilir:

1. Əl-İstiylə yalnız qələbədən sonra baş verir və Allaha qarşı isə nəinki qalib olan yoxdur, hətta məxluqatdan onunla çəkişən belə yoxdur. Necəki ibn əl-Ərabi deyir: «İstəulə yalnız dartışma zamanı qələbə çalana deyilir.»

2. Əgər doğrudanda mənası «əl-İstiylə» olsaydı, onda Ərş üzərinə xüsusiləşməzdi. Çünkü uca Allah, yaratdığı bütün məxluqatın üzərində qalibdir. İstər ərş olsun, istərsədə digər məxluqatlar. Əgər iddia olunan kimi təfsir olunarsa, onda belə demək mümkün olardı: Ağaca və ya suya istiva etdi.

3. İstiva kəliməsi hansıki «alə» (üzərində) şəkilçisi ilə qarşılaşıb və Ərş kəliməsilə birlikdə varid olub və buda yalnız bir məna ifadə edir oda ucalıq, yüksəklik və necəki bunu dilçilər və mötəbər təfsir əhli qeyd edir.

4. Əgər istiva «İstəulə» mənasında olsaydı necəki bunu cəhmiyyələr deyib, onda heç olmasa bir ayədə «İstəulə» kəliməsilə işlənərdiki, hətta digər yerdəki istiva kəliməsi «istəulə» kəliməsinə yozula bilsin. Lakin bir ayədə belə olsa bu yoxdur. Necə ki, fəsahətli dilə malik olan kəlam əhlinin adətindəndirki, bəzi qeydləri mənası geniş anlaşılmayan formada müəyyən bir yerdə gətirir, sonra isə başqa yerdə ayrı ləfzlə varid edərək ,birinci tam geniş olmayan məna, sonra gələn mənayla dəqiq açıqlana bilir və bu, mütləq sözün müqəyyəd (xüsusi) sözlə izahıdır.

5. «əl-İstiva» və «əl-İstiylə» iki ayr-ayrı sözlərdir və hər ikisinin tamamilə ayrı-ayrı mənası var və iddia etmək ki, bu kəlimənin biri digərini açıqlayır və buna ərəb dilinin əsasından dəlil gətirmək aşkar yalandır. Çünki ərəb dilinin əsasında bu iki kəlimə biri birinə yozulmur. Hətta «ərəb dilinin işlək dilində belədir» demək belə növbəti yalandır. Çünki, işlək dildə belə, istiva «istəulə» kimi işlənmir.

əl-İstiva kəliməsini «əl-istiylə» demələrinin səbəbi və gətirdikləri şübhələrə cavab:

1-ci şübhə: Əgər istivanı qəbul etsək onda insana bənzəyər. Necəki insan heyvanın (miniyin) üzərinə qalxır və nəticə odurki əgər ərş yox olsa onda Allah düşər. (Uca Allah deyilən bu sözlərdən münəzzəhdir).

2-ci şübhə: Əgər Ərşin üzərində olsa onda insana bənzəmiş olur və ona görə nəticə budurki, Ərşin üzərində deyil.

Bu şübhələrə müvafiq formada cavab verilir:

1) Bu batil iddiadır. Çünkü başqa feli sifətləri özünə nisbət etdiyi kimi, uca Allah əl-İstiva «ucalmağı»da özünə nisbət edir və xəbər verirki, öncə xəlq etdi sonra istiva (yüksəldi) etdi.

Tutaqki, mümkün olmayan bir şey deyilsin: O, məxluqatı kimidir (təbiiki o , bundan münəzzəhdir). O zaman onun istivası yaratdıqlarının istivasına bənzəyərdi. Amma uca Allah yaratdıqlarına bənzəmirsə və onun məxluqata ehtiyacı belə yoxsa, əksinə məxluqat öna möhtacdır və belə olduğu halda necə təsəvvür olunarki O, Ərşə yüksəlibsə deməli ərşə ehtiyacı var?!

2) Bir şeyin digər bir şey üzərində olması mütləq olaraq o demək deyil ki, ona möhtacdır. Necəki uca Allah aləmi biri-birinin üzərində yaradıb və yuxarıda yaradılanı aşağıda yaradılana möhtac etməmişdir.

Misal üçün: Havanı yerin üzərində edib və havanı yerin onu daşımasına möhtac etməyib. Həmçinin buludlar yerdən yuxarıda olmasına baxmayaraq, yerə möhtac deyillər. Artıq bilinən bir məsələdirki , bir şeydəki məxluq ehtiyyacsızdırsa, o zaman Xaliq bu sifətə daha haqlı və daha layiqdir.

əl-İstiva kəliməsini «əl-İstiylə» kimi təfsir edənlərin dəlillərinə qayıdaq:

Bişr iraqa istiva etdi,
Qıllncsız və qan axıtmadan

Qeyd olunduğu kimi, dəlil kimi gətirdikləri beyt müəllifinə nisbət olunması belə səhih olmayan qondarma şerdir. Çünkü onun şer diyvanı nəşr olunub və bu beyt onun şer beytləri arasında yoxdur. Amma çox qəribədir ki, onlardan səhih bir nəbəvi hədisi barədə mövqeyləri soruşulduqda belə cavab verirlər : «Əhəd hədislər götürülmür və əqidədə bu hüccət deyil» deyirlər.

Təbiiki bu sadəcə bir iddiadır çünki, əməllərin əsası olan niyyət hədisi əhəd hədisdir və bunu daha geniş, başqa məqamda aydınlatmaq olar.

Necə olurki mütavatir olmayan hətta müəllifinə (xaçpərəst nəsrani «Axtal» adlı birisinə) nisbəti sabit olmayan və ərəb dilindən ona qüvvət verən bir dəlili olmayan bir şeri hüccət kimi gətirirlər?!

Fərz edək ki, bu şer səhihdir və nisbəti doğrudur. Yenədə bu bir neçə yöndən özlərinə qarşı hüccətdir:

1. Ya o mənada olacaq ki, qalxdı və yüksəldi: Yəni hakimiyyət kürsüsünə.
2. Və ya qərar tutmaq mənasında. Heç bir müqavimətsiz qərar tutmaqla daxil oldu.
3. Əgər orada qəsd «istəulə» (hökmü altına almaq) olsaydı, onda həqiqətdə hökmü altında olan Abdul Məlik bin Mərvan olardı. Çünkü xəlifə olaraq digərlərinin üzərində hakim o idi.

Bəziləri istivaya «yaratmaq» mənası verib:

Hətta bu barədə «icma» iddia edib. Onların dediyindən belə çıxır ki, Ərş yer göy yarandıqdan sonra yaranıb. Bu da bu ayəyə ziddir: «Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur…» (Hud 11)

Bəziləridə deyir ki, istivanın həqiqi mənası ağıla sığmazdır

Bu deyiləndən nəticə bunlardır:

Alimlər istivaya ucalmaq, yüksəlmək dedikləri halda belə iddia etmək ümmətin alimləri barədə tən etməkdir və onları cahil saymaqdır və onların haqqın əksinə danışdıqlarını birbaşa olmasada dolayı yolla təsdiq etməkdir. Ya da belə çıxır ki, onlar haqqı bilərəkdən gizlədib və haqqın əksini deyiblər.

قال يزيد بن هارون (فيمن فسر الإستواء بالإستيلاء) : «من زعم أن الرحمن استوى على العرش على خلاف ما يقر في قلوب العامة فهو جهمي» خلق أفعال العباد ص. 322 .دار المعارفألرياض

Yezid bin Hərun (Allah ona rəhmət etsin) əl-İstivanı «əl-İstiylə» kimi təfsir edənlər barədə deyir: «Kim (ər-Rahmən Ərşə ucaldı) mənasını adi sıravi müsəlmanların qəlbində qərar tutmuş kimi anlamamışsa və ondan başqasını iddia edirsə O, cəhmidir (cəhmiyyə firqəsindəndir).» (Əhməd bin Hənbəl «Xalq əf`əlil-ibəd» səh. 32. Dər məərif mətbəəsi, ər-Riyad)

Və sonda bu çox müxtəsər açıqlamadan sonra, sifətləri və zatı ilə uca Rəbbimiz Allahdan diləyirik ki, bunu xalis öz rizası üçün etsin və bununla ixlaslı olub haqqı axtaran qullarını hidayət etsin.

Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin məzunu, Elnur Əliyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar