Tərk olunmuş sünnət: “Evdən çıxarkən gözü səmaya qaldıraraq dua etmək”

Evdən çıxarkən səmaya baxaraq dua etmək tərk olunmuş sünnələrdəndir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ummu Sələmə (radıyəllahu ənhə) deyib: “Elə olmazdı ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) evdən çıxarkan (gözünü səmaya qaldıraraq) bunları deməsin:

 اللَّهُمَّ أَعُوذُ بِكٓ أٓنْ أٓضِلَّ أَوْ أُضٓلَّ أَوْ أَزِلَّ أَوْ أُزَلَّ أَوْ أَظْلِم أَوْ أُظْلِمَ أَوْ أَجْهَلَ أَوْ يُجْهَلَ عَلَيَّ

Allahummə əuzu bikə ən ədıllə əu udallə əu əzillə əu uzəllə əu əzlimə əu uzləmə əu əchələ əu yuchələ aləyyə!

Ey Allahım! Azmaqdan və ya azdırlmaqdan, səhv addım atmaqdan və ya buna sövq edilməkdən, zülm etməkdən və ya zülmə məruz qalmaqdan və ya cahillik etməkdən və ya mənə qarşı cahillik edilməkdən sənə sığınıram!

(Hədisi Əbu Davud , ət-Tirmizi, ən-Nəsəi və İbn Məcə rəvayət etmişlər. Şeyx Albani isə hədisin səhih olduğunu bildirmişdir.)

Şeyx Abdul-Muhsin əl-Abbad (həfizahullah) buyurur: “Evdən çıxarkən səmaya baxaraq dua etmək tərk olunmuş sünnələrdəndir. ” (Peyğəmbər məscidi, Məhərrəm ayının 8-i, 1437-ci il)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar