Tənbəlliyin səbəbləri və müalicəsi – Şeyx AbdulƏziz əs-Sədhən

Tənbəllik səbəbi ilə bir çox xeyirlərdən məhrum olursansa Allahdan səni faydalandırmasını istəyərək bu məqaləni oxu

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Tənbəlliyin səbəbləri:
 
1. Növbə-növ günahlar işləmək,
2. Ölümü və ondan sonra baş verəcəkləri xatırlamamaq,
3. Quran oxumamaq,
4. Davamlı şəkildə zikr etməmək,
5. İşləri sonraya saxlamaq,
6. Xeyir əməlləri etməkdə gizlənmiş savabları hiss etməmək,
7. Daima nəfsi təmizə çıxartmaq,
8. Nəsihət istəməmək və nəsihət edildikdə qəbul etməmək.
 
Tənbəlliyin müalicəsi:
 
1. Allahla ixlaslı olmaq,
2. Davamlı şəkildə dua etmək və Allaha yalvarmaq,
3. İtaətləri yerinə yetirməkdə və günahları tərk etməkdə nəfslə mübarizə aparmaq,
4. Həm ümumi şəkildə həm də Quran oxuyaraq və davamlı zikrlər edərək xüsusi şəkildə Allahı xatırlamaq,
5. Salehlərin, xüsusən də elm əhlinin məclislərində davamlı şəkildə iştirak etmək,
6. Saleh sələflərin həyatını oxumaq, onların himmələrinin (həvəs və cəhdlərinin) ucalığına və eləcə də əzmlərinin (qətiyyətli olmalarının) gücünə nəzər yetirmək.
 
(Şeyx Abdul-Əziz əs-Sədhən “əd-Dəlil əl-İlmiyy”, səh. 146-147)

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar