Şəri elm tələb etməkdə səbrli olmaq – Şeyx Suleyman ər-Ruheyli

Ey qardaşlar! Bir işin fəziləti nə qədər əzəmətli, təsiri isə şərəfli olarsa, bir o qədər insandan qaldırılar, hətta ki, insan ona çatmaq üçün ona tərəf qalxmalı, yüksəlməli olsun.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) bəzi qardaşların şeyxin dərsinin çox uzun olmasından şikayətləndiyini bildirərək tələbələrə çox gözəl xatırlatma edir:

– Mən onlardan üzr istəyirəm. Həqiqi elmin bir ləzzəti vardır, ona dünyanın heç bir ləzzəti bərabər olmaz. Lakin onun cəhdlərə və səbrə ehtiyacı var. İnsan öz nəfsini, elm üzərində qalması üçün səbrə öyrəşdirməlidir. Kim davamlılıq və səbrlə ruzilənməyibsə, o elmlə ruzilənməz.

Zikr olunur ki, alimlərdən biri elm tələb etməyə yeni başladığı vaxtlarda dərslərdən yorulur və görür ki, dərslərdən çox şey əldə edə bilməyib -necəki günümüzdə bir çox qardaşlar bundan şikayət edir- və həmin alim bunu görüb dərsləri tərk edir. Sonra bir yerin yanından keçir və dincəlmək üçün oturur. Və görür ki, bir daşın üzərinə su damcılayır. Su damcı-damcı daşın üzərinə damcılayır və onun üzərində bir deşik əmələ gətirdiyini görür. Və deyir: SubhənəAllah, su öz zəifiliyi ilə və yumuşaqlığı ilə daşı parçaladı və bu da ancaq davamiyyətin nəticəsində baş verdi: damcı, damcı, damcı, damcı…

Beləki, əgər biz onun üzərinə cəmi bir damcı qoysaydıq, o, onu parçalamazdı. Amma nə baş verdi? Birinci damcı, ikinci damcı, üçüncü damcı, dördüncü damcı, beşinci damcı düşdü və daş parçalanmağa başladı. (Alim): “Elm də bu cürdür” – deyib dərslərə geri döndü və alimlərdən biri oldu.

Və bəzi qardaşlar da deyir ki, “Mən dərslər vasitəsi ilə çox şeyə nail ola bilmirəm. Dərs 1 saat 15 dəqiqə olur amma mən çox az şey əldə edirəm. Öz yoldaşlarım kimi deyiləm, maşaAllah filan-filan kəslər (elmdə böyük dərəcəyə çatıblar)…”

Təsəvvür et ki, hər dəfə ancaq bir damcı (qədər) fayda əldə edirsən dərsdən. Bil ki, dəniz məhz damcılardan əmələ gəlir. Bu gün bir damcı əldə edəcəksən, sabah iki damcı, o biri gün üç damcı… hətta ki sonunda səndə xeyir toplanacaqdır. Amma tutaq ki, sən heç bir nöqtə də əldə etməmisən, elə bir şey ola bilməz, amma sən yenə də təsəvvür et… Allah üçün ixlaslı olsan, məgər Cənnətə gedən yolda olmayacaqsanmı? Sən necə Cənnətə aparan yolda yorula bilərsən?

Məgər Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmayıb ki: “Kim elm tələb etmək üçün yola çıxarsa, Allah ona Cənnətə gedən yolu asanlaşdırar.” (Muslim)

Bu Cənnətə gedən yoldur. Qardaşım, insan bu yolda yeriyir və ümid edir ki, o Cənnətə aparan yolda yeriyir. Allah səni elə bir yola yönəldib ki, əgər Allah üçün ixlaslı olarsansa, o Cənnətə gedən yol olar. Nə üçün bezirsən? Niyə şeytana və səni alimlərin məclislərindən, zikr məclislərindən fəsadlı vəsvəsələr vasitəsi ilə uzaqlaşdırmaq istəyən insanlardan olan şeytanlara itaət edirsən?

Bu elm ləzizdir (dadlıdır).. lakin bu işin səbrə və onun üzərində səbrlə irəlləməyə ehtiyacı var. Ta ki sonunda elmdən ləzzət alanadək.

Necəki gecə namazı… Gecə namazının əvvəli yorğunluq sonu isə Cənnət ləzzətlərindən bir ləzzətdir. İnsan təzə-təzə gecə namazına durmağa başlayanda, xüsusən onu ən fəzilətli vaxtadək gecikdirəndə, çətinlik çəkir. Yuxudan oyanır… şirin yuxudan… xüsusən gecənin sonu yuxu lap şirin olur. Durur.. ilk vaxtlarda çarpayıda fırlanmağa başlayır.. “yox hələ 5 dəqiqə qalıb..” – deyib sağa-sola fırlanır… yatağın başında, ayağında… sonra durur, sonra təzədən qayıdır yatır.. sonra gedir dəstəmaz alır, və vaxtın ən sonuna çatır. Daha sonra vitri qılır. Və beləcə yavaş-yavaş, səbr və davamiyyətlə onun üçün dünyanın ən ləzzətli şeyi gecə namazı olur. Artıq onsuz qalmağa səbr edə bilmir…

Ey qardaşlar! Bir işin fəziləti nə qədər əzəmətli, təsiri isə şərəfli olarsa, bir o qədər insandan qaldırılar, hətta ki, insan ona çatmaq üçün ona tərəf qalxmalı, yüksəlməli olsun. Ona hər kəs nail ola bilmir. Bütün əzəmətli işlərə çatmaq üçün kamil səbrə ehtiyac vardır. Ehtiyac var ki, sən səbrli və o şeyin üzərində davamlı olasan. Amma bundan həm əvvəl həm sonra da gərək Allah subhənəhu va tə’ələ üçün ixlaslı olasan! Allahdan istəyirəm ki, məni və sizi bu şeylə ruziləndirdiyi kəslərdən etsin.

Dərsin vaxtını azaltmaq (ən birinci) mənim üçün asandır. Mən dərsi izah edərkən çox yoruluram. Lakin biz bilmirik nə vaxt öləcəyik.. və Allah da bizə xeyir qapılarını açmış və bizi elm tələbəri ilə nemətləndirmişdir… dərslərə gəlirlər eləcə də canlı yayımla dərsləri izləyən elm tələbələri də var.. Allah bizi də onları da sabit etsin. Və biz də istəyirik faydalanaq, ona görə də dərsi uzatdıqda, qardaşlar, gözəl qəsdimin və dərsdən alına bilinəcək faydanı ümid etməyimizin kölgəsində, məni dərsi uzatdığıma görə bağışlasınlar..

(Peyğəmbər məscidi, “Sahih ət-Tərğib vət-Tərhib” kitabının şərhi, tarix: 14/11/17)

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar