Səfərlə bağlı müxtəsər hökmlər

Yazdı: Küveyt universitetinin şəriət müəllimi Şeyx Həməd Həciri. 24/6/2019 Tərcümə etdi: Emin Hacıyev

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

1. Rüxsət verilən səfərin tərifi:

Əksər insanların (adətən) səfər saydığı səfər hökmünü götürür. İstər bu məsafə uzun olsun, istər də qısa olsun.
Səfərin məsafəsinə gəldikdə isə, əksər alimlərə görə bu 80 km dir. Baxmayaraq ki, İbn Teymiyyə, İbn Qeyyim və İbn Useymin (Allah hamısına rəhmət etsin) kimi bəzi təhqiqatçı alimlər bu məsafə təyininin zəif olduğunu bildirmişdir.

2. Müsəlman namazları qısaldıb, cəm etmək, orucu açmaq kimi səfərlə bağlı hökmlər və rüxsətlərə yaşadığı şəhərdən çıxandan sonra başlayır. Hətta yaşadığı şəhərin binaları görünsə belə artıq o müsafir hökmündədir.

3. Müsafirin səfərlə bağlı hökmləri və ona verilən rüxsətlər öz şəhərinə qayıdıb, şəhərə daxil olana qədər, yaxud da getdiyi yerdə yerləşib orda qərar tutana qədər davam edir.

4. Əgər müsafir dəstəmazlı halda xuff yaxud corab geyinibsə, onun üzərinə üç gün üç gecə (72 saat) məsh çəkə bilər. Amma müsafir olmayan isə bir sutka məsh çəkə bilər.

Məshin vaxtı dəstəmaz pozulandan sonra ilk məshin çəkməkilməsindən etibarən başlayır.

5. Müsafirin dörd rükətli namazları qısaldaraq iki rükət qılması sünnətdir.

Lakin, müsafir dörd rükət qılan bir imamın arxasında qılarsa, namazı imamla tamamlaması ona vacibdir.

6. Müsafir üçün zöhrlə əsri, məğriblə də işanı cəm etmək rüxsəti var.

Lakin ehtiyac olmasa hər namazı öz vaxtında qılmağı daha yaxşıdır.

7. Əgər müsafir səfər etməzdən əvvəl namazın vaxtı daxil olarsa, sonra səfərə çıxıb yaşadığı şəhərdən kənarda namazı qılarsa, bu zaman namazı qısaldır və cəm edir.

Çünki, ibrət namazın əda edilməsindədir, vaxtın daxil olmasında deyil.

8. Əksi də bunun kimidir. Müsafir səfərini bitirməmiş namazın vaxtı daxil olarsa, bundan sonra müsafir öz şəhərinə daxil olub orada namazı qılarsa, bu halda namazı nə qısaltmır nə də birləşdirmir. Yalnız birinci namazın vaxtı çıxıbsa o halda hər ikisini birləşdirərək tam qılır.

9. Əgər müsafir, cəm olunan namazları ikinci namazın vaxtında birləşdirərək qılmağa niyyət edərsə və bundan sonra da ikinci namazın vaxtı girməmiş yaşadığı şəhərə qayıdarsa, bu halda namazları nə qısaltmır, nə də cəm etmir. Hər namazı öz vaxtında tam olaraq qılır.

10. Əgər müsafir iki namazı ikincinin vaxtında qılamağa niyyət edərsə və yaşadığı şəhərə də ikinci namazın vaxtı daxil olduqdan sonra girərsə, bu zaman hər namazı tam olmaq şərti ilə cəm edərək qılır.

11. Əgər müsafir yaşadığı şəhərə namazın vaxtı çıxmamış girəcəyini, yaxud ikinci namazın vaxtı daxil olmamış evinə çatacağını zənn etsə belə, şəhərə daxil olmamış iki namazı cəm edib qısalda bilər.

12. Müsafir yol gedərkən səfər əsnasında azan eşidərsə, ona nə camaat namazına getmək, nə cümə namazını qılmaq, nə də məscidə daxil olmaq vacib deyil. Hətta hər hansı bir ehtiyac üçün minikdən ensə belə yenə ona vacib olmur.

13. Lakin, səfər etdiyi şəhərə gedib çatarsa, yerləşdikdən sonra mikrafonsuz verilən azanı eşidərsə, ona camaat və cümə namazlarını məsciddə qılmaq vacib olur.

14. Müsafir cümə namazını qılarsa, ardınca əsri birləşdirə bilməz.

15. Müsafirin zöhr, məğrib və işa namazının sünnətləri kimi ratibə namazları tərk etməsi müstəhəbdir. İstisna olaraq sübhün sünnətini və vitri qılır.

Amma duha, gecə namazı kimi nafilə namazları tərk etmək sünnət deyil.

16. Əgər səfərə çıxan müsəlman şəhərdən kənarda olan aeraportda olarsa və səfər bileti də dəqiqləşərsə, bu zaman namazları qısaldıb, birləşdirmək kimi səfər əhkamlarını tətbiq edə bilər. Lakin, səfəri dəqiqləşməyibsə, o zaman səfər rüxsətlərinə əməl edə bilməz.

17. Əgər aeraport (hava limanı) şəhərin içində olarsa, istər səfəri dəqiq olsun, istər olmasın–həmin şəxs namazları nə birləşdirə, nə də qısalda bilməz.

18. Səfərdə olan şəxs işa namazı qılan müsafir imamın arxasında məğribi qılarsa, İmam ikinci rükətdən salam verdikdən sonra qalxıb özü üçüncü rükəti qılmalıdır.

19. Əgər işa namazını tam qılan imamın arxasında müsafir məğrib namazını qılarsa, bu zaman üçüncü rükətdə oturub gözləyir, dördüncü rükətdə qalxmır. İmam namazın sonunda salam verdikdə onunla bərabər salam verir.

20. Əgər məğribi qılan imamın arxasında (istər imam müsafir olsun, istər olmasın) müsafir işa namazını qılmalı olarsa, ehtiyat baxımından işanı tam qılması yaxşıdır. Lakin, işa namazını qısalda da bilər, belə ki, ikinci rükətdə oturub imamın salam verməyini gözləyir və onunla salam verir.

21. Maşın və təyyarə kimi minikdə olan müsafirin nafilə namazları qibləyə qılması şərt deyil, miniyin üzü hansı tərəfə çevrilərsə, o tərəfə də qıla bilər. Lakin, namaza başlayanda qibləyə tərəf yönələrək başlamaq müstəhəbdir.
Fərz namazlarını isə mütləq qibləyə tərəf qılmalıdır və yalnız aciz olarsa boynundan düşər.

22. Təyyarədə fərz namazlarını qılmaq:

A). Əgər təyyarəyə minməzdən əvvəl, yaxud təyyarədən endikdən sonra vaxtı çıxmamış qılmaq imkanı varsa, o zaman namazı əvvəl yaxud sonrakı vaxtında qılmaqla cəm edərək qılır, təyyarədə qılmır.
B). Birinci namazın vaxtı daxil olmamış təyyarəyə minərsə, və bilərsə ki, bu namazın vaxtı çıxandan sonra təyyarə enəcək- bu halda namazı ikinci namazın vaxtında endikdən sonra birləşdirərək qılır.
C). Əgər görsə ki, təyyarə enənə qədər hər iki namazın vaxtı çıxacaq, yaxud sübh namazıdırsa onun vaxtı çıxacaq- bu halda təyyarənin namaz otağı varsa orada qibləyə yönələrək qılır. Əgər namaz otağı yoxdursa, onda koridorda qibləyə yönələrək qılır.
D). Əgər ayaq üstə qıla bilməzsə, o zaman oturduğu yerdə namazını qılır, başını az əyərək rukuya, bir az artıq əyərək səcdəyə gedir. Lakin namazı vaxtından gecikdirmir.

23. Müsafir Ramazan ayında səfərdə orucunu aça bilər, lakin məşəqqət yoxdursa, orucu tutmağı daha yaxşıdır.

24. Müsafir orucunu açmış olarsa və bundan sonra yaşadığı şəhərə qayıdarsa axşama qədər yeməyə davam edə bilər, lakin insanların gözü qarşısında yeməsin ki, onun haqqında pis zənn edilməsin.

Allahdan istəyirəm ki, bu yazdığımı faydalı etsin və bu əməlin savabını mənim üçün əzəmətləndirsin. Allahın salavatı və salamı Peyğəmbərmiz Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun.

Yazdı: Küveyt universitetinin şəriət müəllimi Şeyx Həməd Həciri. 24/6/2019

Tərcümə etdi:  Beynəlxalq Mədinə İslam Universitetinin doktorantura tələbəsi, Emin Hacıyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar