Şaban ayı barəsində müxtəsər məlumat – Şeyx Suleyman ər-Ruheyli

Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) yəqinliklə sabit olmuşdu ki, o Şaban ayının çox hissəsini orucla keçirərdi.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allahın şəriəti barəsində düşünən görər ki, bu din insanın bir ibadətdən bezməməsindən dolayı müxtəlif ibadətlərin üzərində qurulmuşdur. Bu ibadətlər bir neçə növdürlər. Onlardan eləsi vardır ki, qəlb ilə, eləsi vardır ki, dil ilə, eləsi vardır ki, əzalarla, eləsidə vardır ki, mal ilə əlaqəlidir. Bu ibadətlərin içərisindən də eləsi vardır ki, vacibdir eləsi də vardır ki, nafilədir.

İbadətlər içərisindən ən əfzəl, Allaha ən sevimli olan və Öz Nəfsinə xüsusiləşdirdiyi ibadətlərdən biri də Orucdur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: Adəm oğlunun bütün əməlləri artılır. Beləki, hər bir həsənətə (yaxşılığa) 10 mislindən 700 mislinədək artım verilə bilər. Uca Allah isə buyurur: “Yalniz orucdan başqa. Həqiqətən o Mənim üçündür və onun mükafatın da Özüm verəcəyəm. O yeməyini və şəhvətini Mənə görə tərk edir.”

Həmçinin başqa hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Oruc oddan qoruyan bir qalxandır.”

Eləcə də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Əbu Uməməyə (Allah ondan razı olsun) buyurur: “Sənə orucu tövsiyyə edirəm. Həqiqətən də onun misli (tayı-bərabəri) yoxdur.”

Oruc Allaha və Ona itaəti sevən dostlarına sevimli olan bir ibadətdir. Uca Allah aylar içərisindən oruc üçün tam bir ayı xüsusiləşdirmişdi ki, o da Mübarək Ramazan ayıdır. O ayda oruc tutmaq vacib buyurulmuşdur. İlin digər günlərində isə oruc tutmaq şəriətimizdə varid olmuşdur, yalnız o günlərdə oruc tutmağa qadağa gəldiyi günlər istisna olmaqla. Bu günlər içərisində, ay olaraq, oruc tutulması ən əfzəl sayılan aylardan biri də Şaban ayıdır.

Beləki, bu ay nafilə orucu tutmaq üçün ən əfzəl aylardandır. Şəriətimizdə sabit olmuşdu ki, oruc tutmaq üçün Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) ən sevimli olan aylardan biri də Şaban ayıdır. Eləcə də, sabit olmuşdur ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Şaban ayında oruc tutmağı çoxaldardı. Bu xəbər də üç səhabədən bizə gəlib çatmışdır. Onlardan biri anamız Aişə, digəri anamız Ummu Sələmə və digəri də Usəmə ibn Zeyddir (Allah hamısından razı olsun).

Qeyd etmək lazımdır ki, Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) yəqinliklə sabit olmuşdu ki, o Şaban ayının çox hissəsini orucla keçirərdi. Necəki Aişə anamız (Allah ondan razı olsun) buyurur: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Şaban ayının az bir hissəsi istisna olmaqla, hamısını oruc tutardı.” Lakin bununla yanaşı Aişə və Ummu Sələmədən (Allah hər ikisindən razı olsun) sabit olmuş bir neçə rəvayətdə zikr olunur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Şaban ayının hamısını orucla keçirərdi, hətta onu Ramazanla birləşdirənədək. Bu səbəbdən də alimlər bu rəvayətləri cəm etməkdə bir çox görüşlərlə ixtilaf etmişlər. Bu görüşlərdən ən səhihi olan 2 görüşdür:

1. Onlardan birincisi odur ki, bu Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) ibadətlərdə dəyişikliyin olması üçün idi. Yəni o bəzi illərdə Şabanın az bir hissəsi istinsa olmaqla digər hissəsini orucla keçirərdi, bəzi illərdə isə Şaban ayını tam şəkildə Ramazanla birləşdirənədək oruc tutardı. Bu görüşün özü də güclü görüşdür.

2. İkinci görüş isə odur ki, Peymbər (Allahın ona salavat və salamı olsun) Şabanda o qədər çox oruc tutardı ki, ona baxan elə zənn edərdi ki, o Şaban ayının hamısını oruc tutur. Bu görüş mənə görə (bunu Şeyx Suleyman ər-Ruheyli deyir – tərc.) daha zahirdir (doğrudur). Çünki Aişə anamaz və İbn Abbasdan (Allah hamısından razı olsun) varid olan rəvayətlərdə deyilir ki: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ramazan ayından başqa heç bir ayı tam şəkildə oruc tutmamışdı.” Məhz buna görə də, bu rəvayətlərdə qəsd olunan odur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Şaban ayını az hissəsi istisna olmaqla, qalan hissəsini orucla keçirərdi.

Nəticə olaraq isə deyirəm ki, (Şeyx Suleyman ər-Ruheyli deyir – tərc.) zahir olana görə bu ayı tam şəkildə oruc tutmaq istəyən əvvəlindən axırınadək, tam şəkildə, Ramazan girənədək oruc tutarsa, gözəl bir şey etmiş olar, çünki bu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) felindən ehtimal olunandır. Lakin əgər bir az ara verərsə, bizə zahir olana görə, buna dəlalət edən bir çox dəlillərə nəzər salaraq deyirik ki, bu daha yaxşı olar və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) halına, etdiyinə daha yaxın olar.

Eləcə də, digər bir məsələyə toxunmaq istərdik ki, o da Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə deməsidir: “Şaban ayı yarısına çatdıqda, oruc tutmayın.” Başqa rəvayətdə isə, “Şaban ayı yarısına çatdıqda ta Ramazan girənədək oruc yoxdur.” Həmçinin digər rəvayətdə: “Şaban ayı yarısına çatdıqda, Ramazan gələnədək orucdan çəkinin.”

Alimlər bu hədisin sahihliyində və mənasında ixtilaf etmişlər. Beləki bir toplu alim bu hədisin zəif və inkar olunan olduğunu, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sabit olmadığını demişlər. Və bəzi elm əhli də demişdir ki, bu hədis həm isnadında həm də mətnində səhihdir. Və mənə də zahir olan odur ki, hədisin isnadı səhihdir və mətnində heç bir problem yoxdur. Lakin alimlər bu hədisin mətnində, yəni mənasında, ixtilaf etmişlər ki, burda qəsd olunan nədir? Beləki, şəkk yoxdur ki, Şaban ayını əvvəlindən oruc tutan birisi üçün yarısından sonra da tutmağa heç bir qadağa yoxdur. Çünki Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) varid olduğuna görə, o (Allahın ona salavat və salamı olsun) Şabanın az hissəsi istisna olmaqla, qalan hissəsini və ya elə (digər görüşə görə) hamısını oruc tutardı. Bundan da açıq-aydın görsənir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Şaban ayının ilk yarısı oruc tutduğu kimi, ikinci yarısı da oruc tutardı. Demək bizdə qalır o kəs ki, Şabanın ilk yarısını oruc tutmayıb. O Şaban ayının ikinci yarısı oruc tutmaqdan ümümiliklə qadağan olunur yoxsa yox?

Lakin zahir olana görə, qadağa yalnız o kəs üçündür ki, o Şaban ayının ikinci yarısında məhz Ramazan ayının ehtiyatını tutmaq üçün, yəni bəlkə birdən insanlar Şaban ayının günlərinin sayında xəta edərlər, Ramazan daxil olar insanlar isə bilməzlər və s. fikri ilə oruc tutar, yəni qadağa yalnız bu səbəblə ikinci yarısından oruc tutana aiddir. Yəni məhz bu səbəblə ikinci yarısından oruca başlamaq qadağan olunmuşdur, daha sonra isə Ramazana 1 və ya 2 gün qalmış oruc tutmağa olan qadağa daha da təkid olunmuşdur. Lakin kim ikinci yarısınadək oruc tuturdusa, o zaman tuta bilər. Qaldı ki, başqa səbəblərdən dolayı ilk yarısını oruc tutmayıb, ikinci yarısından oruca başlayana, məsələn kiminsə ötən Ramazandan qəzası var və onu Şabanın yarısınadək tutmayıb, bu halda onun Ramazandan sonra tutmasında heç bir problem yoxdur.

Və ya digər misalda, kim ki, hər ay 3 gün oruc tuturdusa və Şaban ayında Şaban ayı yarıya çatanadək hələ də o 3 gününü tutmayıbsa, yarısından sonra tutmasında bir maneə, problem yoxdur. Başqa misalda isə, məsələn kimsə Şabanın ilk yarısı onun oruc tutmasına mane olan bir şeylə məşğul idisə, məsələn günəş altında işləyirdisə və Şabanın ikinci yarısında və ya son 10 günündə işini dəyişdisə, o maneə aradan qalxdısa və o da sabit olmuş bu sünnəni yerinə yetirmək istəyərsə, heç bir problem olmaz. Xülasə, qadağa yalnız Şabanın ikinci yarısında məhz Ramazan ayının daxil olmasında ehtiyatını tutaraq oruc tutana aiddir ki, bu da qadağan olunmuşdur.

Təkid olunmuş əzəmətli sünnətlərdəndir ki, bu ayda müsəlmanlar orucları çoxaltsınlar. Lakin, yalnız bacardığı qədər öz nəfslərini yükləməmək şərti ilə.

Eləcə də, alimlər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu ayda orucları çoxaltmasında olan hikmətin hansı olmasında ixtilaf etmişlər. Onlardan bu haqda bir çox hikmətlər zikr olunmuşdur, lakin onlardan bəziləri səhih deyildir. Məsələln onlardan bəzisi deyirdi ki, sanki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ramazanda səfər və ya xəstəlik səbəbi ilə orucları buraxmış və Şaban ayında da orucu çoxaltmaqla onları qəza edirdi. Lakin buna heç bir dəlil dəlalət etmir.

Eləcədə bəzi elm əhli demişdir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu ayda orucları çoxaltmasının səbəbi o idi ki, Ramazandan sonra ən əfzəl oruc bu ayda tutulan orucdur və hətta bu barədə hədis də zikr edirlər. Lakin onlarin bu sözünə elə “Ramazan ayından sonra ən əfzəl oruc Allahın ayı Məhərrəm ayında tutulan orucdur” hədisi ilə də cavab veririk. Beləki alimlərin bu ayda orucların çoxalmasının hikmətləri haqqında zikr etdikləri ən səhih hikmətlər 3`dür:

1) Birinci hikmət odur ki, Şaban ayı insanların qəflətdə olduğu bir aydır. Çünki iki əzəmətli ayın arasındadır. Bunlardan birincisi, insanların əzəmətləşdirdiyi haram ay olan Rəcəb ayıdır. İkincisi isə, Mübarək Ramazan ayıdır, o ayda insanlar oruc tuturlar. Beləliklə də insan bu iki ay arasında olan Şaban ayından qafil olur. Və insanlar qafil olduğu zamanda ibadəti çoxaltmaq da Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) sünnətindəndir və bu böyük əcrdir. Necəki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Fitnə vaxtında ibadət etmək mənə hicrət etmək kimidir.” Bunun da səbəbi odur ki, insanlar fitnə vaxtında ibadətdən qafil olurlar.

2) İkinci hikmət isə odur ki, Şaban ayı illik əməllərin Allaha tərəf qalxdığı bir aydır və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də sevirdi ki, onun əməlləri o oruc olduğu halda Allaha tərəf qalxsın. Bundan da bir işarə vardır ki, insanın oruclu olduğu halda əməllərinin Allaha tərəf qalxmasında onun üçün bir çox xeyirlər və fəzilətlər vardır.

Bu iki hikmətə dəlalət edən Usəmə ibn Zeydin hədisidir ki, o hədisdə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) belə deyir: “Ey Allahın Rəsulu, mən səni Şaban ayında oruc tutduğun kimi (və ya Şaban ayındakı qədər çox oruc tutduğun kimi) oruc tutan heç vaxt görmədim.” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) isə cavabında buyurdu: “Bu ay Rəcəb və Ramazan ayı arasında olub insanların qafil olduğu bir aydır. Həmçinin bu ay əməllərin aləmlərin Rəbbi olan Allaha tərəf qalxdığı bir aydır və mən də sevirəm ki, mənim əməllərim mən oruc olduğum halda qalxsın.”

3) Üçüncü hikmət isə alimlərin istinbat etdiyi bir hikmətdir ki, namazdan əvvəl ratibə sünnətlərin olduğu kimi, bu nafilə orucununda Ramazan orucundan əvvəl hazırlıq olaraq gəlməsidir. Hətta ki, insan Ramazan orucuna, fərz ibadətə tam hazırlıqlı şəkildə daxil olsun deyə. Eləcə də zikr edirlər ki, Ramazandan sonra Şəvval ayında tutulan oruc da, namazdan sonra olan ratibə namazı kimidir. Lakin bunlar istinbat olunmuş hikmətlərdir, bunlara dəlalət edən müəyyən bir dəlil varid olmamışdır, lakin buna baxmayaraq şəriət bunları rədd etməmişdir.

Bu 3 hikmət, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onlar səbəbi ilə bu ayda orucları çoxaltmasına dəlalət edən hikmətlər idi. Buna görə də özümü daha sonra isə qardaşlarımı gücümüz çatdığı qədər bu ayda nafilə oruclarını çoxatlmağa və əgər bizə ağır olmayacaqsa bu ayın az hissəsi istisna olmaqla, qalanını orucla keçirməyə çağırıram.
Sonda isə Allahdan istəyirəm ki, Allah məni və sizi öz dinində fəqih etsin, mənə və sizə Onu zikr etməyə, Ona şükr etməyə və gözəl şəkildə ibadət etməyə yardım etsin. Eləcə də bizi Allahın sevdiyini sevənlərdən, ona və o şeyləri etməyə qarşı həris olanlardan etsin.

(Şeyx Suleyman ər-Ruheylinin “Dəlilut Talib” kitabının şərhinə başlamazdan əvvəl etdiyi kiçik xatırlatmasından mənaca və cüzi ixtisarlarla nəql olundu. Peyğəmbər məscidi, 29.07.1437)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar