Rəbbin sevgisini qazanmağın yolları

Allah sevgisi heç bir tərəfdən başqa sevgilərə bənzəməz.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Varlıqları düşündüyün zaman Uca Allahın sevən və sevilən olduğunu görürsən. Allah peyğəmbərləri, mələkləri, və mömin qullarını sevər, onlar da Onu sevərlər. Hətta onlar üçün, Allahdan daha sevimli başqa bir şey yoxdur. Allah sevgisi heç bir tərəfdən başqa sevgilərə bənzəməz. Bu sevgi başqa sevgililərdə olmaz. O, halda Allah sevgisi hər qulun qəlbində mütləq və hər sevgidən əvvəl gəlməsi lazımdır. Onun sevgisi hər sevgidən üstün gəlməlidir. Sevilənin hər istəyi yerinə yetirilməli və Ona bağlı qalınmalıdır. Allah sevgisi əməllərin özü və ruhudur. Açıq və gizli bütün ibadətlər Allah sevgisindən qaynaqlanırlar. Qulun Rəbbini sevməsi Allahın ona bir ehsanıdır. Qulun bu sevgidə bir gücü,qüdrəti və müdaxiləsi yoxdur. Qulun özünü sevməsi və sevgini qulun qəlbində yerləşdirən Allahdır.

Sevgini yaradan və onu möminlərin qəlbinə yerləşdirən Uca Allah çox mübarəkdir. Daha sonra O, bu sevgini dostlarının qəlbində elə bir nöqtəyə çatdırır ki,artıq bu nöqtədə digər sevgililər çox kiçik və dəyərsiz hala gəlir,bəla və müsibətlər onlara xəfif gəlir,ibadət və itaətlərin zorluqları onlara zövq verir və sonunda sevgilərin ən ucası olan Allah sevgisini, Allah rızasını əldə etmə və Allaha yaxın olma kimi kəramətlərdən dilədiyini əldə edir. (Şərhu Qasıdətun Nuniyyəh)

Uca Allah bizi Ona ibadət etmək üçün yaratdığını xəbər verərək buyurur: «Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriyət, 56).

Əsl ibadət isə məbuda qarşı sevgi olmadan təsəvvür olunmaz. Onu sevmək hər bir hərəkət və sükunətində Onun rizasını düşünməkdir. Onu sevmək, bütün varlığınla Ona bağlanmaqdır. Onu sevmək Onun istəklərini öz istəklərindən önə qoyaraq, Ona qarşı həqiqi qul olmağı bacarmaqdır. Onu sevmək qəlbin onu daima zikr etməklə rahatlıq tapması deməkdir…

İbn Qayyim (Allah ona rəhmət etsin) sevginin nə olduğunu bildirərək belə buyurur: «Sevgi — qəlbin daima sevdiyini axtarması,və dilin daima Onu zikr etməsi deməkdir.» (Mədəric 3/11-16)

Yuxarıda qeyd etdiklərimizdən də aydın olduğu kimi, Allaha qarşı olan sevgi, Allahdan qeyrilərinə qarşı olan sevgidən daha üstün olmalıdır. Lakin bəzi sevgi növləri vardır ki, onlar qadağan olunmuş sevgi növlərindən sayılırlar. Bu cür sevgi növlərindən bir neçəsəni qeyd etmək istərdik:

1. Allahdan daha çox,və ya Allahla yanaşı kimisə sevmək

Allah Subhənəhu va Tə`ələ buyurur: «De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.» (ət-Təubə 24)

Həmçinin digər ayədə: «İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər.» (əl-Bəqarah 165)

2. Allahın düşmənlərini sevmək

«Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir.» (əl-Mucədilə 22)

Əgər bir müsəlmanın qəlbini bu iki qism sevgi tərk edibsə,bu o deməkdir ki,onun qəlbində Allaha qarşı sevgi vardır. «Zuneydi, Sadəqah səh. 57-58»

3. Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevərək onu Allahın dərəcəsinə yüksəltmək,bəzi ilahi atributları ona xas etmək (məs. qeyb haqqında məlumat və s.)

Bu növ sevgi də,həmçinin qadağan olunmuş sevgi növlərindən biridir. Necə ki,İbn Abbasdan(Allah ondan razı olsun) rəvayət olunmuş hədisdə, Ömər (Allah ondan razı olsun) minbərə qalxıb belə deyir: «Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitmişəm: Xristianlar Məryəm oğlu İsanı ucaltdıqları kimi,sizdə məni ucaltmayin.Həqiqətən mən — Allahın qulu və elçisiyəm.» (Buxari)

Allah Əzzə va Cəllə buyurur: «De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!» (əl-Kəhf 110)

Bunlardan əlavə bir neçə sevgi növləridə vardır ki, onlar da İslam dinində qadağan olunmuş sevgi növlərinin sırasına daxildir.

Lakin, unutmaq olmaz ki, əhəmiyyətli olan qulun Allahı sevməsi yox, Allahın onu sevməsidir. Çünki neçə sevən var ki, sevilmir. Bu da ən böyük bəladır. İnsan öz nəfsini, o sevgini qazanmağa kömək edəcək əməlləri yerinə yetirməyə yönəltməlidir. Bu əməllər isə müxtəlifdir. Bunlardan bəzilərini xatırlatmaq istərdik:

1. Quranı oxuyub onun mənaları və məzmunu haqqında Tədəbbür etmək — oxumaq, öyrənmək və başa düşmək

«(Bu) mübarək Kitabı (in­sanların) onun ayələrini düşü­nüb anlaması və ağıl sahibləri­nin də ondan ibrət gö­tür­məsi üçün sənə nazil etdik.» (Sad 29)

İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki: «Bizdən birimiz on ayə öyrəndikdən sonra, onların mənasını dərk edib əməl etmədikcə başqa ayə öyrənməzdik.Elmlə əməli birləşdirərdik.» (İbn Kəsir 1/2)

2. Fərz əməllərlə yanaşı Allaha nafilə ibadətlərlə yaxınlaşmaq

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki,Allah Elçisi (Allahın ona salavat və salamı olsun) Rəbbindən rəvayət edərək belə buyurur: «Kim mənim dostumla düşmənçilik edərsə,mən də ona hərb elan edərəm.Qulumun mənə sevimli olan və onun vasitəsi ilə mənə yaxınlaşdığı ən gözəl əməl,ona vacib buyurduğum əməllərdir.Qulum nafilə ibadətlərini yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki,Mən onu sevərəm.Əgər mən onu sevsəm,onun eşidən qulağı,görən gözü,tutan əli və yeriyən ayağı olaram.Məndən diləsə,ona dilədiyini verərəm.Sığınacaq istəsə ona sığınacaq verərəm.Mən görəcəyim bir işdə,ölmək istəməyən bir möminin canını aldıqda tərəddüd etdiyim kimi,heç bir şeydə tərəddüd etmirəm.Çünki Mən ona yamanlıq etmək istəmirəm.» Buxari

3. Hər bir vəziyyətdə Allahı dildə, qəlbdə və əməldə tərif etmək

Uca Allah buyurur: «…O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir…» (Əli İmran 191)

4. Allahın sevdiklərini nəfsin istəklərindən üstün tutmaq

Bu barədə isə Allahu Əzzə və Cəllə buyurur: «İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.» (əl-Bəqarah 207)

5. Quran və Sünnədə keçən Allahın gözəl İsimlərini öyrənmək,onların mənalarını başa düşməkdə və onlarla ibadət etməkdə həris olmaq

İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: «Mətləblərin ən ucası və qayələrin ən böyüyüdür. Nəfslərin bilmək istədikləri və yönəldikləri şeylərin içərisində ən şərəflisidir.Allahın İsim və Sifətlərini bilmək hidayətin əsasıdır.»

6. Qəlbin Allah qarşısında zəlil olması

7. Gecənin son üçdə birində Rəbbinin Kitabını oxuyaraq bağışlanma diləmək və tövbə etmək

«Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.» (əs-Səcdəh 16-17)

Həmçinin Uca Allah buyurur: «Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Az bir hissəsi istisna olmaqla gecələr (namaza) dur! Onun yarısını, yaxud ondan bir az əskilt, və ya ona artır. Quranı da aramla oxu! Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!» (əl-Muzəmmil 1-8)

8. Allahın verdiyi bütün gizli və aşkar nemətləri etiraf etmək

Uca Allah buyurur: «Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.» (İbrahim 7)

Digər ayətdə isə: «Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah (itaətkar qullarına) təşəkkür edəndir, Biləndir.» (ən-Nisə 147)

9. Qəlblə Allah arasında girən hər şeydən uzaqlaşmaq

Uca Allah buyurur: «De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.» (ət-Təubə 24)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar