Quran və sünnə elmi və onun ümmətə təsiri – Şeyx Rabi əl-Mədxali (2-ci hissə)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: “Ümmətimdə Allahın vədi gələnə qədər haqq üzərində üstün olan bir tayfa daim olacaqdır. Onları tərk edənlər və onlara müxalif olanlar onlara ziyan verə bilməyəcəkdir.” (Muslim, 1920)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Elm – Allahın insanları bu dünyadakı bədbəxtçilik və çətin güzərandan və zəlalətdən xilas etdiyi kitab və sünnədir.

Allah Subhənəhu və Təala Ta Hə surəsi, 123-126 -cı ayələrdə bunu belə demişdir: “…hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”

Bu elm Muhəmməd (salləllahu aleyhi va səlləm) Kitab və Sünnədən gətirdiyi elmdir. Heç bir əməl, söz bunlarsız doğru olmaz və qəbul edilməz. Həmçinin bunlarsız onlara etibar edilməz. (götürülməz) Bununla da bütün sözlər, fellər, əhkamlar, bütün əməllər – (qəlb və əzalarla icra olunan əməllər) istər bu dünya həyatında Allahla qullar arasında olan haqlarda olsun, istərsə də onların öz aralarında olan haqlarda olsun, bunlar heç biri Kitab və Sünnəyə müvafiq olmadıqca Allah yanında səhih və qəbul edilən olmaz. Bunların rəsula söykənməsi labüddür.

Bizim sözlərimiz, namaz kimi, həcc kimi digər əməllərimiz ancaq peyğəmbər (salləllahu aleyhi va səlləm) gələn elmə müvafiq olduqda qəbul edilir.
Həmçinin hər bir ibadət əməlində elmlə yanaşı aləmlərin Rəbbi Allah üçün ixlas da olmalıdır. İxlasa gəlincə Quran və Sünnə onu bəyan etmişdir. Allahın üzü istənilməyən istənilən bir əməl Kitab və Sünnədən götürülsə belə qəbul olunmur. Həmçinin əməl ixlas üzərində və Allahı təkləşdirmək üzərində olarsa, lakin Kitab və Sünnəyə müvafiq olmazsa o da qəbul edilməz. Allah Subhənəhu və Təala Kəhf surəsi, 110-cu ayədə buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”

Əməl yalnız Allahın kitabından və rəsulullah (salləllahu aleyhi va səlləm) sünnətindən götürülmədikcə saleh əməl sayılmaz. Həmçinin əməl Allah Təbərakə və Təaləyə şirk qoşmaqdan- şirkin gizli və aşkar, kiçik və böyük növlərindən təmizlənmədikcə xalis əməl olmaz. Həmçinin rəsulullah Muhammədin (salləllahu aleyhi va səlləm) gətirdiyinə tabe olmalıdır və orada Allah üçün ixlas və şirkin böyük, kiçik növlərindən uzaqlıq olmalıdır.

Bunlardan da biri riyadır. Allaha gecə və gündüz elmsiz, ixlassız ibadət edərsə onda Allah Təbərakə və Təalənin Kəhf surəsi 103-104-cü ayələrindəki bu sözləri onun haqqında doğrudur. “De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.”

“O gün neçə-neçə üzlər zəlil olub yerə düküləcək, üzülüb əldən düşəcək, çox qızmar oda girəcək, qaynar çeşmədən içirdiləcəkdir.” (Ğaşiyə surəsi -2,3,4,5)

O kəslər ki kilsələrdə, müxtəlif ibadər yerlərində ibadər edərlər, özlərini yorarlar, əməlləri iman və tövhiddən, kitab və sünnətdən uzaq olduğuna görə bu onların və riyakarların, müşriklərin, əməllərində Allaha şirk qoşanların sonluğu oldu. Qeyd olunan bu ayə o kəsə işarət edir ki, o öz nəfsində gözəl əməl etdiyini düşünür. Halbuki o Allaha ən pis əməllə yaxınlaşır. Çünki onun əməlləri zəlalət, azğınlıq, şirk, cahillik və ya bunların hamısının üzərində dayanmışdır. Buna görə də islam ümmətinin üzərinə elm almaq düşür ki, əməllərini və sözlərini səhihləşdirsinlər. Buna görə də elm hər bir müsəlmanın üzərinə vacibdir və hər bir müsəlman ibadərlərini və müamilələrini düzəldəcək elmi öyrənməlidir. Ümmətin üzərinə farzı kifayətləri ( bir qism etdikdə vacibliyi digərlərindən düşən) və farzı ayinləri (hər şəxsə müəyyən olaraq vacib) öyrənən alimlərinin çıxması vacibdir. Ümmətin qalanlarının üzərindən isə öyrənmək düşür. Çünki hər şəxsin üzərinə onun özü ilə bağlı olan farz ayınləri öyrənmək vacibdir. Çünki hər kəsə vacib olan əməlləri öyrənməkdə ümmətin alimlərinın və cahillərinın üzərinə düşən eynidir. Alimlər və avamlar bir çox əşyada onların üzərinə düşənlər eyni olur ki, bu əmllərın hər bir kəs üçün vacibliyi müəyyənləşir. Bəzən də bu əmllərdə tək olaraq ancaq bəzi şəxslərə düşür. Və onlar hər kəsə vacib olan əməllərdə öz halına görə digərlərindən fərqli olurlar. Tacirə alqı-satqısının səhihliyi barədə öyrənilməsi vacib olan şey fəqirə vacib deyildir. Ona vacib həccini etmək üçün yardım edəcək mal hasil olana qədər həcc işlərini öyrənmək vacib deyildir. Mal hasil olduqdan sonra isə qəbul ediləcək həcc məsələlərini öyrənmək ona vacib olur.

Şahid hissə odur ki, əməllər elmin üzərində dayanmalıdır. Məsələlərin və əhkamların öyrənilməsi məsələsində, öz-özlüyündə müvəfəqiyyətə nail olmağda acizə gəlincə isə, onun üzərinə düşən zikr əhlindən soruşmaqdır. Zikr əhlinə gəlincə isə onlara “Allah belə dedi”, “rəsulullah belə dedi” demələri vacibdir. Zikr əhlinə vacibdir ki, insanlara Kitab və Sünnənin əhatə etdiyi şeylərlə fətva versinlər. Beləliklə də insanlarının əməlləri (alimlərin də və cahillərin də) Allahın Kitabı və rəsulun Sünnəti üzərində olur. Əqidələr, ibadətlər, minhəclər və müamilələr, siyasətlər hamısı Kitab və Sünnə elmi üzərində olur.

*Bu halda onlar Quran və sünnəni izləyənlər olurlar. Bundan başqa hal üzərində onlar Quran və Sünnəni izləyən deyillər. Onlar əslində sadəcə və sadəcə havalarını izləyəndilər və bidət edənlərdilər.

Bütün ümmət hamısı bu halda deyildir. Həmd olsun aləmlərin Rəbbinə. Həqiqətən də şübhəsiz bu ümmətdə elmin vacibləri ilə məşğul olanlar, həyata keçirənlər və rasulullah (salləllahu aleyhi va səlləm) və hörmətli səhabəsinın üzərində olduğu formada əməlin vaciblərini yerinə yetirənlər vardır.

Buna görə də peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: “Ümmətimdə Allahın vədi gələnə qədər haqq üzərində üstün olan bir tayfa daim olacaqdır. Onları tərk edənlər və onlara müxalif olanlar onlara ziyan verə bilməyəcəkdir.” (Muslim, 1920)

Həmçinin peyğəmbər (salləllahu aleyhi va səlləm) xəbər verdi ki: “Bu ümmət 73 firqəyə bölünəcək və onların birindən başqa hamısı oddadır. Dedilər ki, o tayfa kimdir? Cavab verdi ki: “Mənim və əshabım üzərə olanlar.”” (Tirmizi 2641. Abdullah İbn Ömərin hədisi.)

Yəni mən və əshabımın Kitab və Sünnədən önə gələn elmin və bu elmə söykənən əməlin üzərindəyik.

Azğın firqələr bu elmə müxalif oldular. Onlar təhrif və təvil etdilər.(yozdular) Kitab və Sünnənın naslarına əməl etməyə də müxalif oldular. Onlar bu odda olan firqələrdən oldular. Tək firqə-hansı ki o taifə-mənsuradı (kömək edilmiş tayfa) bu dərəcəyə nail oldular. Çünki bu tayfa Allahın kitabı və rəsulullahın (salləllahu aleyhi va səlləm) sünnətinə söykənən elm və əməlin üzərində sabit oldular.
And olsun Allaha ki, elm insanı təmizləyir. Fayda verən elm və saleh əməl nəfsləri şirkdən, zəlalətdən, cəhalətdən, küfrdən, düşmənçilikdən təmizləyir, onları öyrədir, onları tərbiyə edir və onları saf olan əqidələr, doğru minhəclər, uca fəzilətli əxlaqlarlar vasitəsilə təmizləyir. Təmiz nəfsləri görmək istəyənlər hörmətli səhabələrin (Allah onlardan razı olsun) və onları ihsan ilə izləyənlərin tarixini oxusun ki, elmdən, əməldən, ixlasdan, yəqinlikdən, sidqdən, vəfalılıqdan, yaxşılıqdan, ədalətdən, insafdan və bəşərin kamilləşdiyi bütün kamillik sifətlərindən önə çıxan əsəri görsün. Həmin tarixə baxan şəxs görər ki, Muhəmmədin (salləllahu aleyhi va səlləm) səhabəsi Allahın da onları vəsf etdiyi kimi insanların içərisindən çıxan ən xeyirli ümmətdir. Çünki bu xeyirlilik həyatın bütün tərəflərini, nəfslərdə olan həyatları, müamilələrdə, əxlaqda, cihadda, ixlasda və bütün işlərdə olan həyatı əhatə edir. O işlər ki, o işlərin əhlini ən son təmizlikdə, saflıqda görərsən. Əgər bəşəriyyət tarixini oxusan Muhəmməd (salləllahu aleyhi va səlləm) ümmətindən öndə gələn, Muhəmməd (salləllahu aleyhi va səlləm) səhabələrindən, təmiz, saf, uca əxlaqda olan başqa bir ümməti tapa bilməzsən.

“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” (Əli-İmran 110)

Elə uca sifətlər ki, ora əxlaqlar – ədalət, insaf, təvəkkül, yəqinlik, nəfsin təmizliyi, əzaların təmizliyi və onların rəzil əxlaqlardan təmizliyi, şirkin rəzilliklərindən təmizliyi, zəlalət rəzilliyindən təmizliyi, zülm rəzilliyindən təmizliyi, düşmənçilik və həddi aşmaq rəzilliyindən təmizliyi bura daxildir. Onları bəşərin ən təmizi, ən safı və Allah Subhənəhu və Təalaya nəbilərdən (Allahın salami və salavatı onların üzərinə olsun) sonra ən yaxını olan görərsən. Gəlin onların tarixlərini, olduğu yerlərini, cihadlarını, dəvətlərini, təbliğlərini öyrənək. Onların bütün meydanlarda, məsələlərdə, yarışlarda önə keçməklərini görək. Buna görə də Allah Subhənəhu və Təala onları özlərindən sonra gələnlər üçün ölçü vahidi etdi. Necə ki Allah Subhənəhu və Təala ən-Nisə, surəsi 115-ci ayədə belə demişdir: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.”

Buna görə də peyğəmbər (salləllahu aleyhi va səlləm) xilas olmuş firqənin əməlləri və vəsfləri barədə soruşulduqda onları belə deməklə ölçü, miqyas etmişdir. “Onlar mən və səhabələrimin ölduğu üzərində olanlardır”. (Əbu Davud 46/07-ci hədis, şeyx Albanı səhihləşdirmişdir, 25/49-cü hədis)

Peyğəmbər (salləllahu aleyhi va səlləm) havaların, bidətlərin ümməti diddiyi, parçaladığı zamanda (və çoxlu ixtilaflar görürük biz) onlara özünün və raşidi xəlifələrinin üzəridə olduğuna qayıtmağı əmr etdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) dedi: “Həqiqətən də sizdən kim məndən sonra yaşayarsa çoxlu ixtilaflar görəcəkdir. Sizin üzərinizə düşən (vacib olan) mənim hidayət olunmuş raşıdı xəlifələrimin sünnətindən yapışmaqdır. Ondan azı dişlərinizlə yapışın. Yeni çıxan işlərdən (dini işlərdən) qorunun. Çünki hər bir yenilik bidətdir, hər bir bidət isə zəlalətdir.” (Əbu Davud 4607)

Mənbə: Alləmə Rabi əl-Mədxalinin (həfizahullah) – “Quran və sünnə elmi və onun ümmətə təsiri” adlı kitabçası

Ardı var inşəAllah…

Tərcümə etdi: Asim Məmmədov (Abu Salah)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar