Qəlbdə Allah qorxusunun artmasına yardım edəcək səbəblər – Şeyx Suleyman ər-Ruheyli

"Qəlbimdə Allah qorxusunu necə artırım? Qəlbdə Allah qorxusunun artmasının səbəbləri hansılardır?" Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) bu suala cavab verir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

“Qəlbimdə Allah qorxusunu necə artırım? Qəlbdə Allah qorxusunun artmasının səbəbləri hansılardır?”

Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) bu suala cavab verərək buyurur:

1. Hər bir xeyirin əsası – Qurandır! Sənin nəfsində bütün xeyirləri artıracaq və hər şərri də zəiflədəcək şey – sənin, Quranı tədəbbürlə oxumağı artırmağındır! Bu gun, müsəlmanların çoxunun problemi odur ki, onlar Quran oxumurlar və az qala Quranı heç qulaqları da eşitmir. Onlar hansısa evdə Quran eşitdikdə, elə etiqad edirlər ki, o evdə ölü var (yasdır). Müsəlmanların çoxu indi Quranı az qalsın ancaq yaslarda eşidirlər. Yaslarda Quran oxumaq isə – BİDƏTDİR. Belə mərasimlərdə Quran – nəğmə kimi, melodiya kimi oxunur, həmçinin orada ibrət üçün yox, əksinə, oxuyanın səsinin özünə və insanlara xoş olduğu üçün ayələr təkrar-təkrar oxunur. Əksər müsəlmanların bu günki problemi Quranı az oxumalarıdır. Oxuduqda da mənalarını tədəbbür etmədən oxuyurlar ki, bu da insanların qəlbində imanın çox azalmasına səbəbdir.

Əgər sən, özündə bütün xeyirlərin artmasını və şərlərin azalmasını istəyirsənsə, o zaman çoxlu Quran oxu! Tədəbbürlə, mənaları üzərində (düşünmək üçün), dayanaraq oxu!

2. Eləcə də qəlbində Allah qorxusunu artıracaq səbəblərdən biri də – salehlərin Allah qorxusu barəsində oxumaqdır. Ən başda da, Peyğəmbərlərin, mələklərin Allah qorxusu barəsində. Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sünnəsində mələklərin Allahdan şiddətli qorxuları barəsində varid olanları oxu. Onlar, cisimlərinin əzəmətli olmasına baxmayaraq, Cəbrayıl (aleyhissalam) kimi, hansı ki, onun 600 qanadı var, Allah qorxusunun onu necə bürüdüyü barəsində oxu. Peyğəmbərin (salləllahu aleyhi va səlləm) Allahdan qorxusu barəsində oxu. Saleh sələflərin (Allah onlardan razı olsun) Allahdan qorxusu barəsində oxu.

3. Həmçinin sənin Allahdan qorxunu artıracaq şeylərdən biri də – baş verən şeylərdən ibrət götürməyindir. Qorxulu bir şey və ya şiddətli ağrı gördükdə, de ki: “Elə isə gör, Allah yanında olan (əzab) necədir..”, “Elə isə gör, Allahın cəzası necədir..”

Bu, möminin halıdır. Bir şey gördükdə, ondan ibrət götürər. Peyğəmbər (salləllahu aleyhi va səlləm) dünyavi şeylərdən xoşuna gələn bir şey gördükdə, deyərdi ki: “Allahummə, axirət yaşayışından başqa yaşayış yoxdur.”

Eləcə də, qorxu barəsində ibrət götürəcək bir şey gördükdə, Allah yanında olanları, Allahın günahkarlara olan cəzasını xatırla. Bu da sənin qəlbində Allah qorxusunu artıracaq şeylərdəndir ..”

(Peyğəmbər məscidi, “Kitəbut Təuhidin” şərhindən sonrakı sual-cavabdan alıntı. Tarix: 18.03.17)

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar