Peyğəmbərdən kömək istəmək barədə

«Allahla yanaşı heç kəsi çağırmayın.» (əl-Cin, 18)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şeyx Əldül-Əziz ibn Abdullah ibn Bəzdən (Allah ona rəhmət etsin) soruşuldu:

Sual: Bəzi camaatlardan eşidirik ki, mədəd ya Rəsulullah, mədəd ya Nəbi kimi çağırışlar edirlər, bunun hökmü nədir?

Cavab: Bu cür sözləri demək böyük şirkdir, mənası isə Peyğəmbərdən ﷺ kömək istəməkdir.

Peyğəmbərin ﷺ alim səhabələrindən, onların yolunu tutub gedən sünnə alimlərindən, ölən peyğəmbərlərdən və digərlərindən və ya qeybdə olanlardan; mələklərdən, cinlərdən və digərlərindən və ya bütlərdən, daşlardan, ağaclardan, ulduzlardan və buna bənzər şeylərdən kömək istəmək böyük şirkdir.

Allah ﷻ buyurur: «Həqiqətən məscidlər Allaha məxsusdur, Allahla yanaşı heç kəsi çağırmayın.» (əl-Cin, 18)

Allah ﷻ buyurur: «Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.» (Fətır, 13)

Allah ﷻ buyurur: «Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.» (Fətır, 14)

Allah ﷻ buyurur: «Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Həqiqətən kafirlər nicat tapmazlar.» (əl-Muminun, 117)

Bu əməl bizdən əvvəllər yaşamış Qureyş kafirlərindən və qeyrilərindən olan müşriklərin əməlidir.

Allah ﷻ bütün rəsulları (Allahın salavatı və salamı onların üzərinə olsun) bu əməlləri inkar etmək, onlardan çəkinmək üçün göndərimiş, kitabları bunun üçün nazil etmişdir. Necə ki, Allah ﷻ buyurur: «Biz hər bir ümmətə rəsullar yolladıq ki, yalnız Allaha ibadət etməyə çağırsınlar və tağutdan çəkindirsinlər.» (ən-Nəhl, 36)

Allah ﷻ buyurur: «Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək.» (əl-Ənbiyə, 25)

Allah ﷻ buyurmuşdur: «Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır. Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz.» (Hud, 1-2)

(Şeyx ibn Bazz Fətvalar toplusu, cild 7, səh, 417)

Şeyx Muhəmməd Saleh ibn Useymindən (Allah ona rəhmət etsin) soruşuldu:

Sual: Gizli şirk nədir? Onunla kiçik şirk arasında fərq nədir?

Cavab: Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salavatı və salamı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Şirk qismlərə ayrılır: Böyük şirk, kiçik şirk və gizli şirk.

Böyük şirk: Allaha ﷻ xas olan ibadətlərdən hər hansı birini Allahdan qeyrisinə yönəltməkdir. Bu ibadətlərdən də biri duadır ki, əgər insan Allahdan qeyrisinə peyğəmbərə, övliyaya, mələklərdən birinə, günəşə və ya aya xeyrin gəlməsi və zərərin dəf olunması üçün dua edərsə, Allaha böyük şirk qoşmuş olub müşrik olar. Həmçinin, əgər bütə, günəşə, aya, qəbirə və ya buna bənzər şeylərə səcdə edərsə, böyük şirk etmiş olub dindən çıxmış olar, bundan isə Allaha sığınırıq. Allah ﷻ buyurmuşdur: «Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır.» (əl-Maidə, 72)

Bu cür əməllər zahirdə olan əməllərdir. Eləcə də bir kəs əgər qəlbində Allaha ﷻ yaratmağında və ya yalnız Allahdan ﷻ başqasının qadir olmadığı bir şeydə şərik qoşarsa, o kimsə böyük şirk edib müşrik olar.

Kiçik şirkə gəldikdə isə: Bu, böyük şirkdən başqa olan şirklərdir. Məsələn; Allahdan başqasına onun Uca Allah kimi əzəmətli olmasına etiqad etmədən and içmək. Beləcə, o kəs Allahdan başqasını sadəcə (bəndə kimi) təzim edir. Lakin, o etiqad edir ki, o şəxs Allah kimi uca tutulmağa layiq deyil. Belə olduqda bu kiçik şirk olur. Bu da peyğəmbərin bu hədisinə görədir: «Kim Allahdan başqasına and içərsə, o küfr edər və ya şirk edər».

İstər Peyğəmbərə, istər Cəbrayıla, istər də onlardan başqa məxluqlardan birinə and içmək haramdır və bunu edən kəs kiçik şirk etmiş olur.

Gizli şirk: Qəlb ilə bağlı olub yalnız Allaha zahir olan şirkdir. Gizli şirk ya böyük şirk, ya da kiçik şirk olur.
Əgər qəlbində Allahla yanaşı bir kəsi şərik qoşaraq etiqad edərsə ki, o Allahın ﷻ haqlarında və fellərində Allahla bir səviyyədədir, bu zaman böyük şirk edərək müşrik olur. Əgər bu şirkini insanlara göstərməzsə, bu insanlardan gizli olan şirkdir, lakin onunla Allah ﷻ arasında olan böyük şirkdir.

Əgər ibadətində onu Allah üçün edərsə, bununla yanaşı, qəlbində riya (göstəriş) olarsa, bu insanlardan gizli (qalan) şirk olur. Bu, şirk kiçik şirkdir; Çünki, riya insanı islamdan çıxarmır.

(Şeyx ibn Useyminin rəsmi saytından)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar