Müxtəsər səhih əqidə

“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Şübhəsiz ki, səhih əqidə dinin əsli və İslamın əsasıdır. Şəriətin dəlilləri ilə Quran və sünnədən məlumdur ki, əgər əqidə səhih olarsa, əməllər və sözlər də doğru olar və qəbul olunar. Əgər əqidə doğru olmazsa, əməllər və sözlər də batil olar. Necə ki, Allah təala buyurur:

وَمَن يَكۡفُرۡ بِٱلۡإِيمَٰنِ فَقَدۡ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ

“İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar”. (əl-Maidə: 5)

Səhih əqidə müxtəsər olaraq Allahın kitabında və Onun rəsulunun sünnəsində açıq-aydın bildirilmişdir.

Səhih əqidə: Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərrinə iman gətirməkdir. Bu altı məsələ səhih əqidənin əsaslarıdır, bunlar izzət sahibi olan Allahın kitabında nazil olmuş və həmçinin O, bunları öz elçisi Muhəmmədə ﷺ göndərmişdir.

 Birinci əsas: Allaha iman gətirmək.

Allahın ibadətə layiq olan haqq məbud olduğuna, Ondan başqa heç bir haqq ilah olmadığına iman gətirməkdir. Ona görə də Allah Təala insanları və cinləri yalnız Ona ibadət etmək üçün yaratmış və bunu onlara əmr etmişdir. Necə ki, Allah təala buyurur:

وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ

“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”.

مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ

“Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm”.

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ

“Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir”. (əz-Zəriyət: 56-58)

“Lə iləhə illəllah” şəhadətinin mənası odur ki, Allahdan başqa haqq məbud yoxdur. Allahdan başqa bütün ibadət olunanlar: istər bəşər olsun, istər mələk, cin, yaxud da başqa bir məxluq – hamısı batil məbudlardır. Haqq olan məbud yalnız tək olan Allahdır.

Allaha iman gətirmək həmçinin Onun əziz Kitabında və Peyğəmbərinin səhih sünnətində varid olan gözəl adlarına və uca sifətlərinə iman gətirməkdir. Onlara barələrində təhrifə yol vermədən, inkar etmədən, keyfiyyət (necəlik) vermədən və məxluqlara bənzətmədən iman etmək lazımdır.

İkinci əsas: Mələklərə iman gətirmək.

Müsəlman Allahın mələkləri Özünə itaət emək üçün yaratdığına iman gətirməlidir. Allah onları hörmətli qullar olaraq vəsf etmişdir. Mələklər Allahdan öncə danışmazlar. Onlar Allahın əmri ilə əməl edərlər. Allah təala buyurur:

عِبَادٞ مُّكۡرَمُونَ

“O mələklər möhtərəm qullardır”.

لَا يَسۡبِقُونَهُۥ بِٱلۡقَوۡلِ وَهُم بِأَمۡرِهِۦ يَعۡمَلُونَ

“Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər”. (əl-Ənbiyə, 26-27)

Üçüncü əsas: Kitablara iman gətirmək.  

Allah Təalanın peyğəmbərlərinə və elçilərinə nazil etdiyi kitablara iman gətirmək vacibdir. Onun haqq olduğunu bəyan etmək və Ona dəvət etmək üçün. Allah o kitabları Tövrat, İncil, Zəbur və Quran olaraq adlandırdığına iman gətirməliyik. Lakin Quran onların ən fəzilətlisi və sonuncusudur.

Dördüncü əsas: Peyğəmbərlərə iman gətirmək.

Peyğəmbərlərə iman gətirmək vacibdir. Allah Təalanın öz qullarına müjdələyən, xəbərdarlıq edən və haqqa çağıran elçilər göndərdiyinə iman gətirməliyik. Kim peyğəmbərlərin çağırışına cavab verərsə, xoşbəxtliyə nail olacaq, onlara müxalif olub üz çevirən isə çox şey itirəcək və peşman olacaqdır. Peyğəmbərlərin sonuncusu və ən əfzəli olan peyğəmbərimiz, Abdullahın oğlu Muhəmməddir ﷺ.

Beşinci əsas: Axirət gününə iman gətirmək.

Bu, Allah və Rəsulunun ﷺ insanın ölümündən sonra baş verəcək hər bir şey barədə verdiyi xəbərlərə iman etməkdir. Qəbir imtahanı, qəbir əzabı və rahatlığı, Qiyamət günü baş verəcək hadisələr, Cənnət və Cəhənnəm barədə verilən xəbərlərə iman etmək Axirət gününə iman etmək deməkdir.

Altıncı əsas: Qədərə iman gətirmək.

Bu, dörd məsələyə iman gətirməyi özündə əhatə edir.

Birinci məsələ: Allah Təala gələcəkdə olacaq və olmayacaq nə varsa, hamısını əzəldən bilir. O, qullarının hallarını, onların ruzilərini, əcəllərini, əməllərini və başqa işlərini də bilir.

İkinci məsələ: Allah Təala hər bir şeyin qəza-qədərini yazmışdır.

Üçüncü məsələ: Hər bir şeyin Allahın istəyindən asılı olmasına iman gətirməkdir. Allah bir şeyin olmasını istəyərsə, o olar; olmasını istəməzsə, olmaz.

Dördüncü məsələ: Allah (subhənəhu və təala) bütün varlıqları yaratmışdır. Ondan başqa nə yaradan, nə də rəbb vardır.

Allaha iman gətirməyə daxil olan məsələlərdən biri də imanın söz və əməl (qəlbdə etiqad etmək, dildə demək və əzalarla icra etmək) olmasına, itaət etməklə artıb, asilik etməklə azalmasına etiqad etməkdir. Allah üçün sevmək və nifrət etmək, Allah üçün dostluq və düşmənçilik etmək də Allaha iman gətirməkdəndir. Mömin möminləri  sevməli və onlara yardım etməlidir. Kafirlərə isə (Allaha etdikləri küfrlərinə görə) nifrət etməli və onlara qarşı olmalıdır. Bu ümmətin möminlərinin başı isə Allah Rəsulunun ﷺ səhabələri olmuşdur, Allah onlardan razı olsun.

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Səid Ələkbərov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar