Mövlud bidətini ilk dəfə kim icad etmişdir?

Əgər mövlud keçirmək yaxşı bir əməl olsaydı, bunu Peyğəmbərin (salləllahu aleyhi va səlləm) səhabələri və ardıcılları olan tabeinlər edərdilər.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Ən xeyirli üstün əsrlərdən birinci, ikinci və üçüncü hicri əsrlər keçdiyi halda tarix kitablarından birində belə qeyd olunmamışdı ki, (və indi də) nə səhabələrdən, nə tabeinlərdən, nə də onlardan sonrakılardan biri Peyğəmbərin (salləllahu aleyhi va səlləm) doğum gününü qeyd etsinlər. Baxmayaraq ki, onlar Peyğəmbərin sünnəsini ən yaxşı bilən, onun şəriətinə ən yaxşı tabe olan insanlar idilər.

Tarixdə bu bidəti ilk dəfə çıxaranlar fatimilərdən (rafizi tafyası) olan Ubeyd əl-Qaddəh oğulları olmuşlar.

Onlar özlərini Əli ibn Əbi Talibin övladlarından hesab edirdilər. Əslində isə onlar batinilik dəvətinin qurucuları idilər. Onların ulu babaları əl-Qaddəh adıyla tanınmış ibn Deysan idi. O Cəfər ibn Məhəmməd əs-Sadiqin qulluqçusu olmuşdu, Əhvaz bölgəsindən idi. O, batiniliyin qurucularından biridir. O İraqda idi, sonra Məğribə köçmüşdü. Orada özünü Aqil ibn Əbi Talibə nisbət etmiş və iddia etmişdi ki, onun nəslindəndir. O vaxt ki, onun dəvətini radikal rafizilərdən olan bir qövm qəbul etdi, (bu zaman) özünün Məhəmməd ibn İsmayıl ibn Cəfər əs-Sadiqin övladlarından olduğunu iddia etdi. Onun bu iddiasını qəbul etdilər. Baxmayaraq ki, Məhəmməd ibn İsmayıl ibn Cəfər əs-Sadiq övladı olmadan vəfat etmişdi. Ona (ibn Deysana) tabe olanlardan: Həmdan ibn Qurmut idi. Qaramitilər hərəkatı ona nisbət olunur. (Qaramitilər isə: Kəbənin qara daşını oğurlayıb illərlə özlərində saxlayan və Kəbədə çoxlu insan qanı axıtmaqla yadlarda qalan tayfadırlar.) Amma onların şərəfli nəsəb iddiaları əsassızdır. Bunu bir çox qədim alimlər və tarixçilər kitablarında təsdiqləmişlər. İbn Xallikan demişdir: (Araşdırmaçı nəsəb alimləri onun (ibn Deysanın) belə bir nəsəb iddiasını inkar edirlər) (Vəfatət əl-Əayən kitabı, 3/117, 118)

Həmçinin, İbn əl-Cövzi, Əbu Şəmə və başqaları da bu barədə ətraflı danışmışlar. əl-Məqrizi Fatimilərin bu bayramı qeyd etdiyini demişdir. Onların bu mövludu ilk dəfə qeyd edənlər olması barədə başqa mənbələr üçün bax: (Əhsənul-Kələm, səh, 44; əl-İbdəa, səh 251; Tərixul ihtifəl bil movlidin-Nəbi, səh 62; Nəfhul-Əzhər, səh 185-186; əl-Qaulul-Fəsl, səh 64 və s)

(Bidəul-Həuliyyə kitabından, ixtisarla. Müəllif: Abdullah ibn Abdul-Aziz ibn Əhməd ət-Tuveyciri, ətraflı bax, səh 137-151)

İndi özünüz düşünün! Bu mövlud keçirmək yaxşı əməl olsaydı, 3-cü əsrə qədər bir əhli sünnə alimi bunu edərdi. 4-cü əsrin sonlarında rafizilər tərəfindən icad olunmuş bir əməl, sonradan sufilərə keçir, sünnəyə sadiq kimsələr isə daim bu mövlud ayinlərini keçirməyi dində bidətdən hesab etmişlər. Əgər mövlud keçirmək yaxşı bir əməl olsaydı, bunu Peyğəmbərin (salləllahu aleyhi va səlləm) səhabələri və ardıcılları olan tabeinlər edərdilər. Peyğəmbəri sevmək heç də ildə bir günü ona ad günü keçirib, 364 günü onun yolundan uzaq olmaqla olmur. Peyğəmbərə həqiqi sevgi, Qurana, hədislərə uyğun yaşamaqla olur. Hansı bəhanə gətirilsə də, mövlud qeyd etmək bidətdən başqa bir şey deyil. Allahdan istəyirik ki, haqqı axtaranların bəsirət gözünü açsın və inadkarların zəlalət yolu olan bidət yollarından uzaq etsin! Çünki, haqqı axtaranlar mümkün deyil ki, zəlalət üzərində israr etsinlər. Haqq onlara bəyan edildikdə onu qəbul etmək əsil möminlərin sifətlərindəndir!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar