İstimnənin (mastrubasiyanın) hökmü, oruca təsiri və müalicəsi

“Ey gənclər toplusu! Sizdən gücü çatan evləsin, bunu bacarmayan oruc tutsun...”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx Muhəmməd bin Salih əl-Useymindən “İstimnə (masturbasiya), onun oruca təsiri və ondan qurtulmaq yolları” haqqında soruşulduqda Şeyx (rahiməhullah) belə cavab verir:

– İstimnə, hər hansı vasitə ilə, istər əl ilə, istərsə də yataqda çevrilmək və s vasitələr ilə mənini bədəndən xaric etməyə çalışmaqdır. Bu, həm oruclu halda, həm də oruc olmadıqda HARAMDIR’dır. Buna dəlil isə, Uca Allahın bu ayələridir: “O kəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. BUNDAN ARTIĞINA can atanlar isə həddi aşanlardır.” (əl-Muminun, 5-7)

Eləcə də, Peyğəmbərin (salləllahu aleyhi va səlləm) hədisi buna dəlildir: “Ey gənclər toplusu! Sizdən gücü çatan evləsin, bunu bacarmayan oruc tutsun…”. Hədisin istimnənin haramlığına dəlalət edən hissəsi odur ki, əgər istimnə caiz (icazəli) olsaydı, Peyğəmbər (salləllahu aleyhi va səlləm) oruca yox, ilk öncə ona yönəldərdi, çünki orucda bəzən məşəqqət olsa da, istimnədə heç bir məşəqqət yoxdur, əksinə onda nəfs üçün zövq var. Peyğəmbərin (salləllahu aleyhi va səlləm) bir başa oruca yönəltməsi, istimnənin caiz olmadığına, haram olduğuna dəlildir.

(Beləliklə) məninin nazil olması (axması) orucu pozur və insana qəza etmək və qüsl almaq vacib olur, əgər qüslsuz namaz qilarsa, namazi batil olur.

Qeyd edim ki, cinsi əlaqə zamanı məni axmasa belə oruc pozulur. Ramazan gündüzü cinsi əlaqədə olan insana 5 hökm şamil olunur:

1. Günah qazanır
2. Orucu pozulur
3. Orucu pozacaq şeylərdən (Məğribədək) uzaq olmağı davam etmək vacib olur,
4. Həmin günün qəzasını tutmaq vacib olur,
5. Kəffarə vermək vacib olur, bu da: bir qul azad etmək, əgər tapa bilməsə 2 ay dalbadal oruc tutmaq, əgər bacarmasa, 60 miskini yedirtməkdir.

İtaət etdiyi təqdirdə, bu 5 hökm zövcəsinə də aid olur. Amma əgər ikrah edərsə, lakin uzaqlaşdırmağa gücü çatmazsa, ona nə qəza, nə də kəffarə düşmür və orucu da pozulmur.

İstimnədən qurtulmağa gəldikdə isə, bunun üçün insan doğru-düzgün şəkildə Rəbbinə dönməlidir ki, Allah da onu bu adətdən uzaqlaşdırsın. Belə ki, əgər insan darda qaldığı zaman Rəbbinə yönələrsə, Allah onun duasına cavab verər, (Uca Allah ən-Nəml sürəsinin 62-ci ayəsində buyurur): “Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?…” (ən-Nəml, 62) Xeyr.

Əgər qul darda qaldığı zaman Allaha dua edərsə, Allah ona cavab verər, hətta o kafir olsa belə. Buna dəlil isə: “Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar.” (əl-Ənkəbut, 62) Onlar müşrik idilər və Allah da xilas olduqdan sonra yenə də şirkə qayıdacaqlarını bilirdi. Lakin buna baxmayaraq, Allaha qarşı olan şiddətli ehtiyaclarına və Ona dönməklərinə görə Allah onlara cavab verdi.

Elə isə Allaha dön, səni qorumasını istə daha sonra isə asanlığı gözlə, çünki əgər sən bunu Allah üçün tərk etsən, Allah sənin üçün onu tez bir zamanda daha xeyirisi ilə əvəz edər. Amma bu şeyin haramlığını bilərək bunu etməkdə davamlı olsan, ola bilsin ki, Allah sənin işini çətinləşdirsin və sən evlənə bilməyəsən.

Daha sonra isə sənə şəhvət gəldikdə dəstəmaz al, namaza yönəl və ya Allahın ayəsinin təfsirini və ya Peyğəmbərin (salləllahu aleyhi va səlləm) (həmin) hədisinin şərhini oxu və mümkündürsə, məsələn, gündüzdürsə, məscidə get.

Mühim olan odur ki, Allahdan kömək diləməklə, Ondan istəməklə və Ona dönməklə bundan uzaqlaşasan.

(Şeyx ibnu Useyminin “Hukmul Əədətis Sirriyyəh va əsəruhə aləs-Sıyəm” adlı səsli fətvasından tərcümə olundu)

Ərəbcə dinləmək üçün: https://www.youtube.com/watch?v=MBh9pyJpQbc

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

www.senxatirlat.com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar