İki hicrət

İxlaslı bir şəkildə yalnız Allahı sevər, yalnız Allahdan qorxar və bütün ümidini yalnız Allaha yönəldər.

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Allah subhəənəhu və tə`ələ məhəbbət, marifət və tövhid ağacını, Rububiyyətinə boyun əymələri üçün seçdiyi, nemətinə layiq edib digər yaratdıqlarından üstün etdiklərinin qəlbinə yerləşdirmişdir. Beləliklə, bu ağac “….kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir”. (İbrahim 24-25) Və bunun kimi İman ağacı da, kökü qəlbdə sabit və budaqları göydə olan gözəl söz və saleh əməldir.

Bu ağac hər zaman Rəbbinin izni ilə gözəl söz və saleh əməldən ibarət elə meyvələr verməyə davam edir ki, o meyvələrlə, həm o kökün sahibi, həm onu qoruyanların, həm ailəsinin, həm dostlarının, həm də ona yaxın olanların gözləri aydın olur. Şübhəsiz ki, Allah (subhəənəh) ilə gözü aydın olan bir kimsə ilə hər göz aydın olar və ondan qaçan hər bir şey ona yaxın olar. Hər pislik onunla yaxşı olar. Və hər üzüntülü onunla sevinər. Qorxan hər kəs onunla güvəndə olar və uzaq olan hər şey onunla yaxın olar. Onu görmək Allahı xatırladar. Onunla birlikdə olduğun zaman Allah zikr olunar. Onun qəlbi Allahla mut`məin olub nəfsi Allahla hüzur tapar.

İxlaslı bir şəkildə yalnız Allahı sevər, yalnız Allahdan qorxar və bütün ümidini yalnız Allaha yönəldər. Bir şey eşitdikdə Allah ilə eşidər. Gördükdə Allah ilə görər. Tutduğunda Allah ilə tutar. Yeridikdə Allah ilə yeriyər. Yalnız Allah ilə eşidər, yalnız Allah ilə görər, Allah ilə tutar və Allah ilə yeriyər. Sevdikdə Allah üçün sevər, nifrət etdikdə Allah üçün nifrət edər. Allah üçün verər və Allah üçün alar. Özü üçün, ibadət edilən, umulan, qorxulan, qəsd edilən və istənilən olaraq yalnız Allahı seçər. Özünə lider, imam, kapitan və sövqedici olaraq yalnız Allahın Rəsulunu (Allahın ona salavat və salamı olsun) seçər. Və beləcə, ibadəti ilə, sevgisi ilə, qorxusu və umması ilə Allahı təkləmiş olar. Həmçinin, ona (Allahın Rəsuluna (Allahın ona salavat və salamı olsun)) tabe olub ardınca getməklə, əxlaqı ilə əxlaqlanmaqla, gətirdiyi ədəbə tabe olmaqla Onun Rəsulunu (Allahın ona salavat və salamı olsun) təkləmiş olar.

Belə bir qul üçün hər an iki hicrət vardır

Birincisi: İstəmək, Məhəbbət, Ubudiyyət, Təvəkkül, Tövbə, Təslim olmaq, hər şeyi Ona həvalə etmək, Qorxmaq, Ummaq, Yönəlmək, İxlaslı bir şəkildə sığınmaq, hər nəfəs alıb-verdikdə Ona ehtiyacı hiss etməklə Allaha hicrət etmək.

İkincisi: Allahın Rəsuluna (Allahın ona salavat və salamı olsun) Allahın razı qalıb sevdiyi şeylərin bildiricisi olaraq, gətirdiyi şəriətə, gizli və açıq (batini və zahiri) hər bir işində tabe olmaqla hicrət etməkdir.

Allah heç kəsdən, bundan xaric olan dini qəbul etməz. Bundan xaric olaraq edilən hər bir əməl Axirət azuqəsi yox, nəfsin istəyi və arzusudur!

İbnu-l-Qayyim əl-Cəuziyyəh “Tariiqu-l-Hicrateyn və Bəəbu-s-Sə`əədəteyn”

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar