Gündəlik həyatımızda, imanımızı necə artıraq? – Şeyx Suleyman ər-Ruheyli

Bunu unutma ki, hamımız bilməliyik ki, insan nə qədər çox ibadət və itaət edərsə, bir o qədər də onun imanı artar və güclənər.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bir nəfər şeyx Suleyman ər-Ruheyliyə (həfizahullah) deyir ki: “Ey şeyx, mən səni Allah üçün sevirəm! Şeyx, bir sualım var: Necə edək ki, gündəlik həyatımızda imanımızı artıraq? Qəlbində imanı zəif olan insanın saleh əməllərini Allah qəbul edərmi?”

Şeyx isə cavabında belə buyurur:

– Həqiqətən, iman artır və azalır – itaətlərlə çoxalır, günahlarla isə azalır. Əgər sən istəyirsənsə ki, imanın çoxalsın, o zaman Allaha etdiyin ibadəti və itaətlərini çoxalt. Xüsusən də təklikdə, gizlində etdiyin itaətləri. Çünki gizlində Allahla təkbaşına olursan. Belə olduğu zaman itaətlərini və ibadətlərini gözəlləşdir (yəni ixlasla et) və çoxalt, çünki bu vaxtı səni Allahdan başqa heç kim görmür. Əgər belə etsən, imanın artar və güclənər.

Şübhə yoxdur ki, hər hansısa saleh əməli etdiyin zaman o əməli, qəbul olma şərtlərindən iki şərtə uyğun olaraq – yəni ixlasla və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə uyğun şəkildə əməl edərsə, Allah Təalə o əməli nəinki səndən, əksinə bütün müsəlmanlardan, imanı zəif olan, hətta çox günah işləyən qulundan belə qəbul edər. Çünki insan, əgər Allaha ixlasla (yalnız Allahın rizasını qazanmaq üçün) və Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sünnəsinə müvafiq olaraq ibadət və itaət edərsə, Allah onun əməlini şübhəsiz qəbul edər. Belə olarsa, imanın artar və güclənər.

Ey müsəlman, nə badə şeytana aldanıb vəsvəsəyə düşəsən! Necəki şeytanın bəzi insanlara vəsvəsə verərək dediyi kimi: “Sənin bu qədər çox günahların olduğu halda, necə məscidə gedirsən?! Hətta orada dərslərdə belə oturub iştirak edirsən.. Evdə olduğun zaman televizoru açıb qabağında oturursan, indi də gedib məsciddə dərsdəmi oturacaqsan?! Sən salehlərlə bərabər olmağa layiq deyilsən!

Bax, ey əziz qardaşım, nə badə belə olduğu təqdirdə şeytana aldanıb, onun toruna düşərək ona itaət edəsən. Çıx, məscidə get, namazlarını məsciddə camaatla əda et (qıl), hətta orada dərsdə də iştirak et. Vallahi, Allaha and olsun ki, əgər sən doğru şəkildə, ixlasla və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnəsinə tam olaraq tabe olub hərəkət edərsənsə, əlbəttə ki, imanın artar. Hətta, ola bilsin ki, bu da sənin günahlardan xilas olman üçün səbəblərdən olar.

Həqiqətən, Allah Təalə Özünə ibadət edən qulunun halından və o qulun qəlbinin nə dərəcədə təmiz və çirkin olmasından asılı olmayaraq, əgər ibadətini ixlasla (yəni sırf Allah üçün) və Peyğəmbərin (salləllahu aleyhi va səlləm) sünnəsinə uyğun (yəni Peyğəmbərin etmiş və buyurmuş olduğu şəkildə edərsə), əlbəttə ki, Allah Təalə o ibadəti bütün müsəlmanlardan qəbul edər. Amma bunu unutma ki, hamımız bilməliyik ki, insan nə qədər çox ibadət və itaət edərsə, bir o qədər də onun imanı artar və güclənər.

Bu yazı, Şeyx Suleyman ər-Ruheylinin, Peyğəmbər məscidində keçdiyi dərslərinin birindən sonra olan sual-cavabdan bir alıntıdır.

Tərcümə etdi: Ubeydullah Mədinə

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar