Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:
Ey qardaşlarım! Allaha and olsun ki, bu xatırlatma nəfsləri müalicə edən, nəfsləri gücləndirən ən əzəmətli səbəblərdəndir!
Əgər şeytan gəlib sənə hiylə qurar və sənə günahı gözəl göstərərsə, de ki:
– Bəs sonra? Mən öləcəm, ola bilsin ki, bu günah üzərində ölüm və Allahla bu günah üzərində görüşüm. Mən Rəbbimlə görüşəcəm və O məni aramızda heç bir tərcüməçi olmadan danışdıracaq. Məgər mən Rəbbimdən, Onunla günah üzərində görüşməkdən utanmırammı?
Nəfsinə daima bunu xatırlat. Çünki bu səni daima təqvalı (Allahdan qorxan) edəcək!
Əgər bir gün ayağın büdrəsə (günah etsən) yenə nəfsinə bunu xatırlat və Rəbbinə dön! Çünki O, səni sadəcə bağışlamayacaq! Allaha and olsun ki, belə deyil! Əgər sən Allaha dönsən, O səni sevəcək! Əgər sən sevdiyin bir günahdan Allah üçün dönsən (əl çəksən), O səni əzəmətli sevgi ilə sevəcəkdir! Allaha and olsun ki, O səni sevəcək! İzzət və Cəlal sahibi olan Allah səni sevəcək…
Tutaq ki, sən Ona asi oldun, hətta bəlkə də böyük günahlardan birini işləmiş oldun, amma əgər sən (bundan sonra) Ona dönsən;
• O səni sevər!
• Sənin günahlarını savablarla əvəz edər!
• Sənə doğru yola yönəlməyə (onun üzərində durmağa) yardım edər!
• Sənin günahlarını bağışlayar!
• Hətta Qiyamət günü ola bilsin ki, Öz mələklərinə belə desin: “Onun hər günahının yerinə savab yazın!”
Elə isə səni tövbəni gecikdirməyə nə vadar edir?! Nə səni Allahın sevgisinə çatmaqda yavaşladır?!
Nəfsinin həkimi sənsən! Nəfsini ən yaxşı sən tanıyırsan!
Səninlə Allahın səni əzəmətli sevgi ilə sevməsi arasında yalnız sənin Allah üçün Ona TÖVBƏ ETMƏN durur! (Bunu etsən) O səni sevəcək, Subhənəhu va Tə`ələ.
– Şeyx Suleyman ər-Ruheyli (Allah onu qorusun)
(Peyğəmbər məscidi, “əd-Durratul Fəəxirah fit tə’liqi aləs Seyri iləLlah vəd Dəəril Əəxirah – liş Şeyx əs-Sə’di rahiməhullah” risaləsinin şərhi. Dərs 1. Tarix: 19/12/1444 h)
Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

