Ondan ﷺ əvvəl heç kəsə verilməyən 5 xüsusiyyət

"Mənə, məndən öncə heç kəsə verilməyən 5 şey verilmişdir..."

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Cəbir bin Abdilləh (radıyəllahu ənhu) Peyğəmbərin (salləllahu aleyhi va səlləm) belə dediyini rəvayət edir: “Mənə, məndən öncə heç kəsə verilməyən 5 şey verilmişdir. Bir aylıq məsafədən (düşmənin qəlbinə) qorxunun salınması ilə mənə yardım edildi. Yer üzü mənim üçün səcdəgah və pak edildi, odur ki, ümmətimdən hər bir şəxs namaz vaxtı girdiyində (dilədiyi yerdə və ya su olmasa belə torpaqla təyəmmüm edərək) namaz qılsın. Qənimətlər mənim üçün halal edildi, halbuki məndən öncə heç kəsə halal edilməmişdi. Mənə (ən böyük) şəfaət (etmək) verildi. (Məndən başqa hər) peyğəmbər xas olaraq öz qövmünə göndərildi, mən isə bütün insanlara göndərildim.” (Buxari, “Kitəbut Təyəmmum” (335). Muslim, “Kitəbul Məsəcid val Məvadı`us Saləh”521.)

Peyğəmbərimiz Muhəmmədə (Allahın ona salavat və salamı olsun) ondan əvvəl heç kəsə verilməmiş 5 xüsusiyyət verilmişdi. Bunlar:

1. Düşmənin qəlbinə arada 1 aylıq məsafə qalsa olsa belə qorxunun düşməsi ilə yardım olunmaq.

Bu həmçinin onun ardınca gedənlərə, onun yolundan tutunanlara qarşı döyüşən düşmənlərə də aiddir. Yəni sünnə üzərində olsan, sən də buna nail olacaqsan.

2. Yer üzü ona səcdəgah və tahur (təmizləyici/təyəmmüm üçün) edildi.

Əvvəlki ummətlərdə torpaqla təmizlənmək (təyəmmüm almaq) və yer üzünün hər yerində namaz qılmaq yox idi, onlar yalnız müəyyən yerlərdə namaz qıla bilərdilər.

3. Qənimətlər ona halal edildi.

Qənimət — döyüşdən sonra düşmən tərəfdən əldə edilən mala deyilir.

Əvvəlki ümmətlərdə qənimət götürmək, ondan faydalanmaq halal deyildi. O vaxt qənimətlər bir yerə cəm olunurdu və göydən bir od nazil olub onları yandırırdı.

4. Qiyamət günü hesabın başlanması üçün şəfaət etmək (şəfə’ətul-uzmə).

Bu yalnız Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) xas şəfaətdir, heç kəs ona bunda şərik olmayacaqdır, nə hansısa peyğəmbər, nə də qeyriləri.

5. Digər peyğəmbərlər xas olaraq öz qövmlərinə göndərildikləri halda, Muhəmməd (Allahın ona salavat və salamı olsun) bütün insanlara peyğəmbər olaraq göndərildi.

(İbnu Useymin, “Tənbihul Əfhəm” kitabı, 38’ci hədisin şərhi, səh. 115-116)

QEYD: Şeyxin sözləri müxtəsər tərcümə və bəzi kiçik ləfzi əlavələrlə təqdim olunmuşdur.

Tərcümə etdi: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar