Allah “baba” demək olarmı?

«Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.» (əl-Ə`raf, 180)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Dəyərli müsəlman! Bu sözü işlətmək şəriətimizə zidd olan küfr sözlərdəndir və bu sözü işlətmək qadağandır. Çünki, bu sözü işlətməkdə bir neçə problem vardır, bunlardan:

1. Bu Allaha “baba” deyə müraciət etmək, xristyanların Allaha “Ata” demələri və yəhudilərin isə “Uzeyr Allahın oğludur” demələri qəbilindəndir ki, bu sözdə xristyan və yəhudilərə oxşamaq vardır. Allaha şərik qoşanlara oxşamağı isə dinimiz şiddətlə qadağan etmişdir.

2. Bu söz Qurandakı “İxlas” surəsinə ziddir. Çünki, həmin surə Allahın insana bənzədilməsini qətiyyətlə inkar edir. Həmçinin, bütünlüklə Qurana və hədislərə zidd olan kəlimədir.

3. Bu sözdən Allaha övlad nisbət edilməsi mənası çıxır. Çünki, “baba” dedikdə, «övladının övladı» olan şəxs nəzərdə tutulur. Allah isə Doğmamış və Doğulmamışdır. Onun heç bir tayı, bərabəri və bənzəri yoxdur.

4. İstər “Allah baba”, istər ” O kişi” deməklə Allahı qəsd etmək küfr olduğu kimi, eyni zamanda bu ifadələrdə Allaha “cins” nisbət etmək vardır. Cins isə Yaradana deyil, yaradılmışa aid xüsusiyyətdir. Allah isə bütün nöqsanlardan uzaqdır və Ucadır.

5. Bu sözdə Allaha qarşı ədəbsizlik var. Çünki, Allahın razı qaldığı ismləri Onun «Əsməul-Husnəsidir.» Biz Allahı, Onun «gözəl adları» (Əsməul-husnə) ilə çağıra bilərik. Necə ki, O Özü Quranda bizə bunu əmr etmişdir:

«Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.» (əl-Ə`raf, 180)

Elə isə uşaqlarımızı düzgün tərbiyə edək. Onlara Əzəmətli və Böyük Allahı düzgün tanıdaq. Uşaqlarımıza şirk və küfr sözlərin öyrədilməsinə imkan verməyək! Belə sözlər işlədən insanlara da bu sözlərin Tövhid dini olan İslama zidd olduğunu başa salaq.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar