9, 10 və 11`ci vərdişlər – Son 10 gün və Təravih namazları

«Kim Ramazanı imanla və savabını Allahdan gözləyərək (ibadətə) durarsa, onun keçmiş günahları bağışlanar.» (Buxari, Muslim)

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

9-cu vərdiş; Həmçinin, geniş yayılmış xətalardan biri də Ramazanın axır on günündə meydana gələn tənbəllikdir.

İnsanlar ayın əvvəlini Uca Allaha yönələrək tövbə ilə, Allah qorxusu ilə başlayır, məscidlərdə insanların sayı artır və onların çoxu Qurana bağlı olur, lakin, bu hal üzərində davam etmirlər. Əksinə, onlara yorğunluq və tənbəllik halı yavaş-yavaş üstün gəlir.

Hər dəfə ay sona yaxınlaşdıqca onların tənbəlliyi də artır, ta ki, iyirmi yeddinci gecəyə çatdıqda və itirdiklərini qaytarmaq istədikdə bu gecədə çalışar, sonra isə əvvəlki hallarına və ya bundan daha betər hala qayıdarlar. Sanki, onlar üçün artıq Ramazan ayı başa çatmışdır. Bütün bunların hamısı Allah Elçisinin (salləllahu aleyhi va səlləm) üzərində olduğu hala müxalifdir. Çünki, o axır on gündə digər günlərdən daha çox (ibadətdə) əzmkar olar, çalışardı. Sahihu Muslim’də Aişədən (radıyəllahu ənhə) olan rəvayətdə gəlib ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) axır on gündə digər günlərdən daha çox əzmkarlıq göstərərdi.

Buxari və Muslimdə Aişədən (radıyəllahu ənhə) rəvayət olunub ki, axır on gün gəldiyi zaman Peyğəmbər (salləllahu aleyhi va səlləm) qurşağını bağlayar, gecəni ibadətlə keçirər və ailəsini də (ibadətə) oyadardı.

Ona görə də gərək mömin kimsə bu azsaylı günlərdə və gecələrdə Allaha itaətdə səbrli olsun ki, hətta, Qiyamət günü böyük əcrə və çoxlu savaba nail olsun!

10-cu vərdiş; Təravih namazlarına laqeyd yanaşmaq

Geniş yayılmış xətalardan biri də bir çox insanların təravih namazlarına laqeyd yanaşmalarıdır. Onlardan bəziləri heç təravih namazı qılmır, halbuki, Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Kim Ramazanı imanla və savabını Allahdan gözləyərək (ibadətə) durarsa, onun keçmiş günahları bağışlanar.» (Buxari, Muslim)

Onlardan bəziləri imamla bir və ya iki təsliməni (yəni, iki rükəti və ya dörd rükəti) qılıb getməklə kifayətlənir. Allah Elçisi (salləllahu aleyhi va səlləm) buyurmuşdur: «Əgər bir kişi imam ayrılıb gedənə kimi onunla bərabər namaz qılarsa, ona gecəni ibadətlə keçirməyin savabı yazılar.» (Əhməd və Sünən əhli rəvayət etmiş, Albani «səhih» demişdir)

11-ci vərdiş; Davamlı olaraq etikafı üzürsüz olaraq tərk etmək:

Bir çox insanlar etikaf etməyi ağıllarından belə keçirmirlər, hətta, ömürlərində bir dəfə etikaf etməyi də düşünmürlər. Etikaf etmək Allah Elçisindən (Allahın Ona salavatı və salamı olsun) varid olmuş elə bir sabit sünnədir ki, bu əməli etməyə səy göstərənlər və buna rəğbət bəsləyənlər azdır. Möminlərin anası Aişə (Allah ondan razı olsun) demişdir: «Allah Elçisi (salləllahu aleyhi va səlləm) Allah Elçisi vəfat edincəyə qədər Ramazanın axır on gününü etikaf etdi, ondan sonra isə zövcələri etikaf etdilər.» (Buxari, Muslim)

Xalid Əbu Salihin “Əədəətun Seyyi`ətun fi Ramədan” adlı risaləsindən (mədərul vatən lin-nəşr – nəşriyyatı)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar