Xeyrə müvəffəq olmağın, sabit qalmağın bəzi səbəbləri

Sələflər demişdir: “O ən pis düşməndir. Səni görən sənin isə görmədiyin düşməndir.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

1. Çox dua etmək.

Çünki Allah istədiyini dində sabit edir, hər şey Onun əlindədir.Dua ilə bütün xeyirlərə nail olmaq olur. Kim Allah ilə sadiq olarsa, Allah onun dinini qoruyar. Allah (Azzə və Cəllə) buyurur: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər.” (İbrahim, 27)

Ummu Sələmədən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə bu dua Rasulullahın (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) ən çox etdiyi dua olub:

يَا مُقَلِّب الْقُلُوب ثَبِّتْ قَلْبـِي عَلَى دِينك

“Ey qəlbləri çevirən, qəlbimi dinində sabit et.” (Sahih ət-Tirmizi, Şeyx Albani “Sahih əl-Cəmi” əsərində səhihləşdirib)

Həmçinin, səhiheyndə (Buxari, Muslim) Rasulullahın (salləllahu aleyhi va səlləm) belə dua etdiyi varid olub:

اللَّهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ
. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ
الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ

“Allahım sənə təslim oldum, Sənə iman etdim, Sənə arxalandım, Sənə üz tutdum, Yalnız Sənin köməyinə arxalanaraq mübarizə etdim. Məni azdırmağından Sənin izzətinə sığınıram. Sən heç zaman ölməyən Əl-Hayysan. Cinlər və insanlar isə ölürlər.” (Buxari, Muslim)

Rasulullah (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) hətta hər dəfə evdən çıxanda belə, yolunu azmaqdan Allaha sığınıb:

”اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَضِلَّ، أَوْ أُضَلَّ، أَوْ أَزِلَّ، أَوْ أُزَلَّ، أَوْ أَظْلِمَ، أَوْ أُظْلَمَ، أَوْ أَجْهَلَ، أَوْ يُجْهَلَ عَلَيَّ“

“Allahım haqdan azmaqdan və ya azdırmaqdan, səhv etməkdən və ya etdirilməkdən, zülm etməkdən və ya zülm olunmaqdan,cahillik etməkdən və ya cahilliklə qarşılaşmaqdan Sənə sığınıram.” (Əbu Davud)

Allah (Azzə və Cəllə) Qurani-Kərimdə buyurur: “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.” (Əli İmran, 8)

2. Qurana bağlanmaq, ayətləri düşünüb ibrət almaq, onun hidayəti ilə hidayətlənmək.

Qurani-Kərimi çox-çox oxuyub, tədəbbür etmək nəfsin salamat qalmağının ən əsas səbəbləridəndir.
Allah (Azzə və Cəllə) Qurani-Kərimdə buyurur: “Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir.” (əl-İsra, 9)

Başqa bir ayədə isə deyilir: “(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.” (Sad, 29)

“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Muhəmməd, 24)

3. Peyğəmbərlərin və salehlərin həyatlarını, qissələrini oxumaq.

İnsan başqa insanlardan tez təsirlənir. Əgər həyatları ibrət olan peyğəmbərlərdən, salehlərdən təsirlənməzsə, faydasız və ya pis nümunə olan insanlardan təsirlənəcək. Ona görə də hər kəsinin peyğəmbərlərin həyatını bilməyə ehtiyacı var. Allah onları seçib, sevib və ucaldıb. Qurani-Kərimdən buna aid dəlillər: “Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!” (əl-Həcc, 75)

“Bunlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl.” (əl-Ən`əm, 90)

4. Nəfsini daim hesaba çəkmək: Allahı hər zaman yanında hiss etmək. Hansı günahlardan çəkindiyini, hansılardan çəkinmədiyini müəyyənləşdirmək.

Allah bu barədə Quranda buyurur: “Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: ‘Alın, əməl dəftərimi oxuyun! Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!” (əl-Haqqah, 19, 20)

“Onlar bir-birinə üz tutub soruşacaqlar. Onlar deyəcəklər: ‘Biz əvvəllər ailəmiz içində olarkən (Allahdan) qorxurduq.” (ət-Tur, 25, 26)

5. Şeytanı tanımaq, düşmən bilmək.

Sələflər demişdir: “O ən pis düşməndir. Səni görən sənin isə görmədiyin düşməndir.”

Şeytan düşmən kimi tanınmağa ən layiq olandır. Lakin bəzən insan o hala düşür ki, şeytanın hər adi çağırışının adınca gedir. İnsanın Allaha asi olduğu hər məqamı şeytan ona təlqin edir. Və kim ki, Allahı zikr edib, ondan Allaha sığınsa, şeytan ona yol tapmaz. Bu barədə Qurandan bəzi dəlillər: “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.” (Fətır, 6)

“Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən’. De: ‘Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!'” (əl-Muminun, 97,98)

“Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.” (əz-Zuxruf, 36)

“Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər.” (əl-İsra, 65)

6. Saleh dost seçmək.

Çünki saleh dost səni Allaha yaxınlaşdırar.Səndə şər görərsə, nəsihət edər.Saleh dostları bir-birinə Allah qorxusu yaxınlaşdırar. Çünki saleh dost öz dostu üçün ancaq xeyir istərir.Pis dost isə insanı Allahdan uzaqlaşdırıb, pis əməllərə, günahlara yönəldir. Və dostunun Allahın qəzəbinə düçar olacağından narahat olmur.Allah (Azzə və Cəllə) bu barədə deyir: “O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.” (əz-Zuxruf, 67)

“Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!” (əl-Furqan, 28)

Həmçinin Rasulullah (salləllahu aleyhi va səlləm) buyurur: “İnsan dostunun dini üzərindədir, hər biriniz kiminlə dostluq etdiyinə baxsın.” (Tirmizi “həsən” sənədlə rəvayət edib. Hakim səhihləşdirib)

7. Özünü şər`i dəlillərə əməl etməyə məcbur etmək.

Allah (Azzə və Cəllə) buyurur: “Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.” (əl-Ənkəbut, 45)

8. Elm almaq.

Ayətdə deyilir: “De: ‘Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar.” (əz-Zumər, 9)

Buxari və Muslimdə Muaviyədən (radıyəllahu ənhu) rəvayət olunan hədisdə Rasulullah (salləllahu aleyhi va səlləm) deyir: “Allah bir qulu üçün xeyir istədikdə onu dində fəqih edir.” (Buxari, 71, Muslim, 1037)

Hazırladı: senxatirlat.com saytının rəsmi heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar