Rəcəb ayı ilə bağlı qısa xatırlatma

“Kim bizim bu işimizdə, ondan olmayan bir şeyi ortaya çıxardarsa, o rədd olunar.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx Suleyman ər-Ruheyli (Allah onu qorusun) buyurur: “Məndən bir neçə kəs xahiş etdi ki, bəyan edim ki, Rəcəb ayında, Rəcəb ayına xas ibadətlər varmı?

Cavab isə odur ki, Rəcəb ayı haram aylardan biridir və o haram ayların 4’cüsüdür. Sələflərin bir çoxu zikr edir ki, haram aylarda zülm etmək, günah etmək digər aylardan daha çox əzəmətlidir (ağırdır). Bu o demək deyil ki, bir günah 2 və ya 10 günaha bərabər olur, xeyr. Bu o deməkdir ki, Rəcəb ayında edilən günah, haram aylardan başqa aylarda edilən günahdan daha əzəmətli olur. Bu da zamanın fəzilətinə görədir. Məlumdur ki, günah çirkin bir şeydir və onun çirkinliyi onun işləndiyi məkanın və ya zamanın fəzilətinə görə daha da böyüyür. Məsələn, küçədə yalan danışmaq, məsciddə yalan danışmaq kimi deyildir. Eləcə də, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) məscidində yalan danışmaq, başqa məscidlərdə yalan danışmaq kimi deyil. Eləcə də, küçədə şəkil çəkmək, məsciddə şəkil çəkmək kimi deyil. Həmçinin, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) məscidində şəkil çəkmək, digər məscidlərdə şəkil çəkmək kimi deyil. Eləcə Ramazan ayında günah etmək, Ramazan ayından başqa aylarda günah etmək kimi deyil. Eləcə də, haram aylarda günah etmək, haram olmayan aylarda günah etmək kimi deyildir.

Amma Rəcəb ayına xas müstəqil ibadətlərin olmasına gəldikdə isə, bu haqda heç bir şey sabit olmamışdır. Əksinə bu babda gələn bir çox hədislər haqqında alimlər “uydurma”, digərləri isə “şiddətli zəif” hökmünü vermişlər.

• Rəcəb ayı daxil olduqda deyiləcək xüsusi bir dua yoxdur.

• Eləcə də bu ayda deyiləcək xüsusi zikr də yoxdur.

• Eləcə də, Rəcəb ayının əvvəlində “Qul huvallahu əhəd” və ya “Rağaib” adlanan xüsusi bir namaz da yoxdur. Həqiqətən də, onlar sabit olmamışdırlar və onları etmək dində yeniliklərdən bir yenilikdir (bidətdir).

• Eləcə də, Rəcəb ayına xas olan bir oruc da yoxdur.

• Eləcə də, insana Rəcəb ayında çoxaltması şəriət tərəfindən təyin olunmuş bir oruc da yoxdur. Əksinə alimlər deyiblər ki, Rəcəb ayından başqa aylarda da edilməsi şəriət tərəfindən təyin olunan bir ibadəti, Rəcəb ayında məhz bu Rəcəb ayıdır deyə etmək, insana icazəli deyildir. Yəni ki, məsələn 1-ci və 4-cü günləri tutulan orucu Peyğəmbərimizin, sevimlimizin (Allahın ona salavat və salamı olsun) sünnətidir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu orucu (1-ci və 4-cü günlər) qoruyardı və müsəlmana da, 1-ci və 4-cü günləri tutulan orucu qoruması şəriət tərəfindən təyin olunmuşdur. Lakin buna baxmayaraq, Rəcəb ayında məsələn 1-ci gün, məhz bu Rəcəb ayıdır deyə, oruc tutmaq icazəli deyildir, əksinə o Rəcəb ayında 1-ci günü, yalnız bu 1-ci gündür deyə oruc tutur (tuta bilər) və eyni ilə 4-cü günün orucu da bu cür.

• Eləcə də “Umra ər-Racəbiyyəh” deyə adlanan və Rəcəb ayına məxsus olan Ümrə də sabit olmamışdır. Hətta bəzi avamlar deyir ki, o ümrə Ramazan ümrəsindən daha əfzəldir. Əslində isə, Rəcəb ayında edilən ümrə digər aylarda edilən ümrə kimidir. Və əgər kiməsə Rəcəb ayında, istər xaricdən gələn istərsə də, elə məmləkətin özündən (Səudiyyədən) olsun, ümrə etmək asanlaşarsa və oda bunu sadəcə o vaxtda asanlaşdığına görə edərsə burda bir problem olmaz. Belə ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) etdiyi ümrələr Rəcəb ayında olub, lakin o bununla zamanı qəsd etməyib, çünki onun (Rəcəb ayına görə) Mədinədən ümrəyə getməsi baş verməyib, əksinə bəzi müəyyən səbəblər baş verirdi ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) o ayda bu ümrələri edirdi. Buna görə də, deyirik ki, insana icazəli deyildir ki, Rəcəb ayının fəzilətinə görə və ya Rəcəb ayına xas olan ümrə etsin. Amma əgər Rəcəb ayında ona ümrə etmək nəsib olarsa, bu, yəni onun ümrə etməsi yaxşı bir şeydir və Allahın ona olan nemətidir. Lakin bilmək lazımdır ki, bu ümrə, Muhərram, Səfər və s. digər aylarda olan ümrə kimidir.

• Bundan sonra isə, bu ayın İsra və Merac ayı olması sabit olubmu? Ümmətə icazəlidirmi İsra və Merac gecələri keçirtmək və bu gecəni bayram edib təbrikləşmək, hədiyyələşmək?
Cavab odur ki, İsra və Meracın Rəcəb ayında baş verməsi sabit olmayıb. Şəkk yoxdur ki, İsra və Merac baş vermişdir və bu dinin qəti şəkildə bildirdiyi şeylərdəndir və müsəlmana da icazəli deyildir ki, bunda şəkk etsin. Lakin haçan, hansı ayda baş verib? Alimlər bəyan ediblər ki, onların baş vermə ayı və ayın hansı hissəsində (ilk onluqda, yoxsa orta onluqda və s.) baş verməsi sabit olmayıb. Ona görə də, alimlərimiz İsra və Meracın hansı ayda baş verməsi barəsində ixtilaf etmişlər, çünki bu barədə etimad olunası səhih bir hədis yoxdur.

• Eləcə də, 27-ci gecəni də qeyd etmək düzgün deyildir. Hətta deyilir ki, o “Qədr” gecəsidir. İnsanlar bir-birilərini bu gecə ilə təbrik edir, hədiyyələşirlər. Əvvəla qədr gecəsinin o gece olması sabit deyil, ikincisi isə Allahın nemət verdiyi Peyğəmbər (Allahın ona salavat və salamı olsun), o kəs ki, şükr edən bəndə idi və o ayaqları çartlayanadək namaz qılırdı və deyirdi ki, “Məgər şükr edən bəndə olmayımmı?”, bu Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə bu gecəni qeyd etməmiş, onu xüsusi namazla keçirtməmiş və ya gündüzünü xüsusi oruc tutmamışdır. Ümmət də Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) bu şeydə tabedir. Eləcə də, səhabələrdən də, tabiinlərdən də və hətta 4 tabe olunan imamlardan belə (Allah bizim bütün sələflərimizdən razı olsun) varid olmayıb ki, onlar bu gecəni qeyd etsinlər. Onlardan bu gecəni keçirtmək barəsində 1 kəlimə belə varid olmamışdır. Bundan sonra isə ey Allahın Qulu! Bu günün nə gecəsi nə də gündüzü barəsində müəyyən heç bir şeyin varid olmadığını görmək ona dəlalət edir ki, sələflər onun gəlməsi ilə maraqlanmazdılar. Eləcə də bu ona dəlalət edir ki, onlar bu gecəni qeyd etmirdilər, əgər keçirtsəydilər o zaman onun vaxtı nəql olunar və onu qeyd etmək təyin olunardı.

Daha sonra isə bizdə belə bir qayda var ki, “Din Rəsula (Allahın ona salavat və salamı olsun) tabe olmaq, ibadətlər isə təuqifiyya (şəriətdə nə gəlibsə onu etmək, nə gəlməyibsə orada dayanmaq) üzərində qurulub. Bu səbəbdən də müsəlmana, Muhəmməddən (Allahın ona salavat və salamı olsun) onun yolunu işiqlandıracaq bir nurun (dəlilin) olduğu ibadətlərdən başqa özündən bir ibadət ortaya çıxartması icazəli deyildir.

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bizim üzərimizdəki haqqıdır ki, biz yalnız Onun (Allahın ona salavat və salamı olsun) yolundan gələn ilə Allaha ibadət edək. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmri olmayıb əməl olunan hər bir əməl sahibindən rədd olunur, qəbul olunmur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi öyrətmiş, ədəbləndirmiş və demişdir: “Kim bizim bu işimizdə, ondan olmayan bir şeyi ortaya çıxardarsa, o rədd olunar.” Eləcədə öz xütbələrində təkrarlamış və demişdir ki: “Həqiqətən hər bir yenilik bidət və hər bir bidət də zəlalətdir.”

Kaş ki, ümmət özlərini sabit olan ibadətlərlə məşğul edərdilər… Əgər ümmət özünü Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sabit olan ibadətlərlə məşğul etsəydi bu onların biri-birini sevməsində, məhəbbətlərində, kəlimlərinin cəm olmasında, izzətli olmalarında, düşmənlərinə qarşı qələbə çalmalarında və düşmənlərinin qəlblərinə onların qorxusunun salınmasında müsəlmanların öz qəlblərində böyük bir iz buraxardı. Lakin təəssüflər olsun ki, Allahın pak qullarından (bəziləri) dində yeni ortaya çıxmış işlərə meyl ediblər və bununla belə onlara deyilmişdir ki: “Bu sizi Allaha yaxınlaşdırır…”. Beləliklə də, onlar Allahın onlara təyin etdiyi bir çox şeyləri tərk etmişlər. Bu da onların ölkələrində olan alimlərin və elm tələbələrin onlara sünnəti və xeyri bəyan etmələrinin və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnətinə tabe olmağa həvəsləndirmələrinin naqisliyindəndir.

Beləliklə, mənim hamıya nəsihətim odur ki, Allahdan qorxaq, Muhəmmədə (Allahın ona salavat və salamı olsun) tabe olaq, şəriət tərəfindən təyin olunmuş ibadətlərə əməl edək və o ibadətlərlə Allaha yaxınlaşmağa çalışaq.

(Bu, Şeyx Suleyman bin Səlimilləh ər-Ruheylinin “Dəlilut Talib kitabının şərhi” dərsinə başlamazdan əvvəl Rəcəb ayı ilə bağlı müsəlmanlara etdiyi kiçik lakin çox faydalı xatırlatması idi. Peyğəmbər məscidi, 23.06.1437 h)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    29.05. 2017
    NamazVaxt
    Sübh03:12
    Günəş05:15
    Zöhr12:38
    Əsr16:36
    Məğrib20:02
    İşa21:32
    Namaza yeni başlayıram

Son əlavə olunanlar