Qurbanlıq ilə bağlı olan məsələlər

Oxu və paylaş

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

 1. Qurban kəsməyə gücü çatan kəs üçün qurban kəsməyin hökmü nədir?

Şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Qurban kəsimi kişiyə və qadına təkid olunmuş sünnədir, kişiyə öz adından və ev əhlinin adından qurban kəsməsi icazəlidir, eyni zamandan qadına da öz adından və ev əhlinin adından qurban kəsməsi icazəlidir.

(Məcmu’ul-fətava 18/38)

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Qurban kəsmək ona gücü çatan kəsə təkid olunmuş sünnədir, insan öz adından və ev əhlinin adından qurban kəsə bilər.

(Məcmu’ul-fətava, 10/25)

 2. Kişinin və ev əhlinin adından qoyun kəsmək icazəlidir mi?

Şeyx ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Kişinin öz adından və ev əhlinin adından bir ədəd qoyun kəsməsi icazəlidir; çünki, Rəsulullah ﷺ hər il ən gözəl, buynuzlu iki ədəd qoçun birini öz adından və ev əhlinin adından, ikincisini isə ümmətindən tək Allaha ibadət edən kəslərin adından kəsərdi.

(Məcmu’ul-fətava, 18/38)

3. Qurban kəsən kəsdiyi qurbanının savabında başqa birisini qurbanına şərik etməsi icazəlidir mi?

Şeyx ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Qurban kəsən onun savabında diri olanlardan və ölənlərdən istədiyi birisini qurbanına şərik etməsi icazəlidir.

(Məcmu’ul-fətəva, 18/37)

4. Qurban kəsən ataya öz adından, zövcəsinin və övladlarının adından qurban kəsmısi icazəlidir mi?

Şeyx ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Ey sual verən, əgər sən müsətəqil bir evdəsənsə, bu zaman sənə öz adından və ev əhlinin adından qurban kəsməyin icazəlidir, sənin atanın və onun ev əhlinin adından qurban kəsməyin isə kifayət etmir, çünki, sən onlarla evdə birgə deyilsən.

(Məcmu’ul-fətava, 18/37)

5. Ata evində üç oğlu ilə qalır, onların üçü də evlidir və onlardan hər biri evdə müstəqil olaraq qalır, onların hamısının adından qurban kəsmək icazəlidir mi?

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Mənim görüşümə görə hər bir ev ayrıca qurban kəsir, çünki, onların hər biri müstəqil evdir.

6. Atası ilə eyni evdə qalan imkanı olan evli bir kəs atasının kəsdiyi qurbanı ilə kifayətlənə bilər mi?

 Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Sünnə olan odur ki, kişi öz adından və öz ev əhlinin adından, istər kiçik olsun, istərsə də böyük olsun, bunların adından qurban kəsir. Lakin, əgər insan atasından ayrı bir ailə olarsa, yəni, özü bir evdə, atası isə başqa bir evdə olarsa, bu zaman, hər birinin öz adından ayrı qurban kəsilir.

(Məcmu’ul-fətava 25/38)

7. Əgər atanın övladları olarsa və onlardan bəziləri də evli olarlarsa, atanın qurbanı oğlan övladlarının adından və onlarla birgə zövcələrinin adından kəsilməsi kifayət edir mi?

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Əgər onlar bir evin daxilində bir ailə olarlarsa, onların hamısının adından bir qurban kəsmək kifayət edir. Lakin, əgər bu oğlan övladlarının hər biri ayrıca evdə qalarlarsa, bu zaman hər birinin adından ayrıca qurban olur, atanın bir ədəd qurbanı onların adından kəsilməsi kifayət etmir.

(Məcmu’ul-fətava, 25/41)

8. Hər birinin özünün maaşı olan, evli olan və bir evdə yaşayan üç qardaşın bir qurban kəsməsi icazəlidir mi? Yoxsa onların hər birinin özünün qurbanı mı vardır?

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

Əgər onların yeyəcəkləri də və yeməyi də birdirsə, bu zaman, bir ədəd qurban kifayət edir, onlardan böyük olan öz adından və evdə olanların adından qurban kəsir. Lakin, əgər onlardan hər birinin özünün xüsusi ayrıca yeyəcəkləri varsa (xüsusi mətbəxi varsa), artıq bu halda onlardan hər biri özü qurban kəsir.

(Məcmu’ul-fətava, 25/42)

9. Bir kişi iki qadınla evlidir. Birincisi öz yanındadır. İkincisi ailəsinin yanında qalır. (Bu kişi) bir, yoxsa iki qurban kəsməlidir?

İbn Useymin (Allah ona rəhmət etsin) dedi:

Kişinin öz yaşadığı evdə bir qurban kəsməsi bəs edir. Çünki, ailəsinin yanında qalan zövcəsi valideynlərinin yanında qalsa belə yenə onun ailəsindən sayılır.

(Məcmu’ul-fətava, 25/43)

10. Maaş üzərə olmaqla borc olaraq qurbanlıq almaq icazəlidir mi?

Şeyx ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Müsəlmanın əgər borcu qaytarmağa gücü çatırsa, borc olaraq qurban kəsməsində problem yoxdur.

(Məcmu’ul-fətava, 18/38)

11. Qurban kəsimi nə zaman olur?

Şeyx ibn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Qurbanlıq hər il Qurban bayramı və təşriq günlərində kəsilir.

(Məcmu’ul-fətava, 18/38)

Şeyx ibn Useymin (rahimahullah) demişdir:

Bayram namazını qıldıqdan sonra Zil-Hiccə ayının 13-cü gecəsinin gün batımına qədər qurban kəsilə bilər, beləcə dörd gün olur: bu da bayram günü və özündən sonrakı üç gündür.

(Məcmu’ul-fətava, 12/25)

12. Qurban kəsiminin şərtləri nələrdən ibarətdir?

Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) demişdir:

a) Qurbanlıq yalnız heyvanlardan olmalıdır, bunlar da: dəvə, inək, keçi və qoyundur.
b) şəri yaş həddinə çatan olmalıdır: qoyun – altı aylığına, keçi – bir illiyinə, inək – iki illiyinə, dəvə isə – beş illik yaş həddinə çatmalıdır.
c) Eyiblərdən salamat olmalıdır, hissələrindən hər hansı birində maneə olmamalıdır, bunlar da: taygözlüyü aşkar bilinən taygöz, xəstəliyi aşkar bilinən xəstə, axsaqlığı aşkar bilinən axsaq və fərqlənməyən (halsızlığı və zəifliyindən dolayı beyni olmayan heyvan) olmamalıdır.

(Məcmu’ul-fətava, 25/12)

13. Qurbanlığın qulağından və yaxud buynuzundan birinin kəsik olmasının hökmü nədir?

İcazəlidir, lakin bu halda olması bəyənilmir, çünki, onda xilqət olaraq naqislik vardır.

(Məcmu’ul-fətava, 25/40)

14. Xayası kəsilmiş heyvanı qurban kəsmək icazəlidirmi?

İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

«Xayası kəsilmiş heyvanı qurban kəsmək icazəlidir. Hətta, bəzi elm əhli bunu, qüvvətli (sağlam) erkək heyvandan üstün görmüşlər. Çünki, əti daha yaxşı olur».

(Məcmuul-Fətəva, 25-50)

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Nail Paşayev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar