Müasir dövrdə müsəlman alimlərin nəaliyyətləri

Müxtəlif elm sahələrində müsəlmanlar daim böyük uğurlar əldə etmişlər. Elə bu dövrdə də dəyərli müsəlman alimləri və araşdırmaçıları mövcuddur.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Müasir dövrdə müsəlman gənclərin şübhəyə salınaraq özlərinin “alim və araşdırmaçı yetişdirməkdən yoxsun bir ümmətə” nisbət olunmaları onlara qarşı oynanılan oyunlardan və hiylələrdən biridir. Müxtəlif elm sahələrində müsəlmanlar daim böyük uğurlar əldə etmişlər. Elə bu dövrdə də dəyərli müsəlman alimləri və araşdırmaçıları mövcuddur. O alimlər və araşdırmaçılar ki, onların vəsiləsilə elmdə çiçəklənmə, inkişaf və yeniliklər baş verir.

Belə şübhələrlə barışmaq isə bir müsəlmanın daxilində “məğlubiyyət” toxumunu səpməyə, o cümlədən də dinin “geriləmə səbəbi” olduğunu iddia edən və dinin elmlə ayaqlaşmadığını deyən hər çağırışı qəbul etməyə gətirib çıxarır.

Nəsrani və ateist səhifələrindən bu tipli çıxışları çox görmək olar ki, bu təbliğat nəticəsində çoxları dəyərli müsəlman alimlərindən bixəbər qalır, haqlarında xoş xatirələr olan elm adamları müsəlmanlardan gizli qalır. O alimlər ki, müasir elmə xidmətlər etmiş, elmi töhfələr vermiş, elmi ilə seçilmişlər. Bilmək lazımdır ki, belə şəxslər çoxdur. Onlardan bəzilərini bu kiçik yazıda qeyd etmək istərdik:

1 – Sherif el-Safty:

Yaponiyanın təbii fəlakətdən xilas olmasında mühüm addım atan şəxs.

Sherif el-Safty 1968-ci ildə anadan olmuşdur. Misirli müsəlman professordur. Elmdə təbiət çirklənməsi sahəsinə böyük maraq göstərir. Özünün kimya ixtisasından dolayı Yaponiyaya köçmüşdür. O, Beynəlxalq maddələr elmləri institutunun (National İnstitute for Materials Science) üzvüdür. Elə oradaca nanometrik materiallar elmləri üzrə araşdırma heyətinin rəhbəridir. O, kimya elmi sahəsində 20-dən çox elmi kəşfin müəllifidir. Onun elminin dünyamiqyaslı faydalarından biri Yaponiyanın Fokoşima şəhərində baş vermiş nüvə faciəsinin zərərlərinin elmi şəkildə aradan qaldırılmasında müstəsna rol oynamışdır. https://youtu.be/FQ9XlNey9BE

O, nano texnikasından istifadə etməklə bioloji və nüvə çirklənməsinin, şüalanmanın qarşısını ən az zərərlə alınması, mühüm tövsiyələri ilə Yapon xalqının bu böyük nüvə fəlakətinin zərərlərindən qurtulmasında böyük rol oynamışdır.

2 – Osama O. Awad el-Karem:

Sudanlı müsəlman professordur. 1953-cü ildə anadan olmuşdur. Fizika elmi və nano texnikası üzrə mütəxəssisdir. Doktorantura təhsilini Britaniyanın «Reading» universitetində 1982-ci ildə başa vurmuşdur. Amerika və Britaniya universitetlərində bir çox mühazirələr vermişdir. 200-dən çox elmi məqalənin müəllifidir. Amerika xarici işlər nazirliyinin elmi işlər üzrə şöbəsinin elmi məsləhətçisi olmaqla elmi dairələrdə böyük nüfuz qazanmışdır. Onun nanotexnologiya və s. elmi mövzularda bir çox faydalı elmi araşdırmaları vardır.

3 – Aziz Sancar: O, Kimya elmi üzrə Nobel mükafatçısıdır. 1946-cı ildə Türkiyədə anadan olmuşdur. O, Şimali Amerikada yerləşən Karolina universitetində seçilən alimlərdəndir. Doktorantura dərəcəsinə Amerikanın Texas ştatında (University of Texas at Dallas) nail olmuşdur.
1984-cü ildə (NSF Presidential Young İnvestigator Award) ən kiçik araşdırmaçı mükafatına layiq görülmüşdür.
1995-ci ildə isə Bir Merit Avard mükafatına layiq görülmüşdür.
2004-cü ildə Amerika elm və fənlər Akademiyasının mükafatına layiq görülmüşdür.
2006-cı ildə Türkiyə Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.
2007, 2009, 2014 və 2016-cı illərdə də elmi fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Hal-hazırda Karolina universitetində təqaüdçü müəllimdir. Bu da onun Nobel mükafatı aldığı zaman etdiyi çıxışın video linkidir: https://youtu.be/x1s7izASC3w

4 – Oussama Khatib:

Suriyanın Hələb şəhərindən olan müsəlman alim 1950-ci ildə anadan olmuşdur. Fransaya səfər edərək «Montellier» Universitetində təhsil alaraq elektrik mühəndisliyi ixtisasına yiyələnmişdir. Sonra magistr pilləsinə yiyələnmiş, sonra «Automatic control» sahəsində elmini artırmış, sonra isə «Elektron qanunlar» sahəsində doktorantura işini müdafiə etmişdir. Sonra isə Amerikaya səfər edərək Stanford universitetinin kompüter elmləri sahəsində müştərək müəllim kimi (1981-89-cu illər) fəaliyyət göstərir. O, İndonesia, İtaliya, Fransa və isveçrənin müxtəlif universitetlərində ziyarətçi müəllimdir. Öz ixtisası üzrə bir çox yüksək vəzifələrdə də çalışmışdır.

Professor Oussama Khatibin ən səmərəli və məşhur işlərindən biri 90-cı illərdə «Romeo və Juliet» adlı iki robot qolları düzəltməsi olmuşdur. Bu robot qollar tikiş, ütüləmək və süpürmək kimi ev işlərini eyni vaxtda etmək qabiliyyətinə malik idilər. Bu onun robotlar sahəsinə uğurlu və əhəmiyyətli başlanğıcı işi olmuşdur.

90-cı illərdən sonra isə professor Oussama Khatibin yeni məşhur robotu olan ASİMO robot sahəsində yeni uğuru olur. Bu robot insan kimi yıxılmadan pilləkənləri rahat çıxıb düşə bilirdi.
2016-cı ildə isə insanın dala bilmədiyi dənizin dərinliklərinə dala bilən insanabənzər Ocean One 1 robotunu icad edir. O həmçinin, PR2 robotunun qurucularındandır.

5 – Kamal Youcef Toumi:

1954-cü il təvəllüdlü əl-Cəzairli mexanika alimi həm də Quranı dəqiq təcvidlə oxumağı bacarır və bu sahədə gözəl qiraəti, səlis təcvidi ilə tanınmışdır. O, müasir dünyada dinin elmlə uzlaşdığını göstərən nümunəvi dünyəvi müsəlman alimlərdəndir. Əl-Cəzairli mexanika alimi Professor Kamal Youcefin robot sahəsində səmərəli işləri vardır.

Amerikanın Ohaya vilayətinin Cincinnati universitetini 1979-cu ildə bitirmişdir. Magistr təhsilindən sonra Amerikanın Kambridc şəhərində elmi araşdırmalarının başlanğıcı olan texnologiya üzrə Massachusetts institunu oxuyuraraq magistr və doktorantura pillələrini tamamlayır.

Onun 90-cı illərdə gördüyü ən bariz işlərdən biri dünyada ən sürətli yazı yazan robotu icad etməsi idi ki, bu robot əvvəlki robotlardan on dəfə sürətli yazı yazır, bir saniyədə 1300 sətir (və ya 10 metr) yazı yaza bilirdi. Həmçinin, o Samsung şirkəti üçün işıq skayneri cihazının düzəldir. Bu ixtirası onu həndəsə mexanikası sahəsində ilkin fərqlənmələrindən biri olur ki, bu, onu roboteka elmi, dinamiki dizayn və «mechatronics» sahəsində dövrün qabaqcıl mütəxəssislərindən birinə çevirir. Hələ tələbəlik illərində (doktoranturada) dəniz dərinliklərinin kəşfi üçün iki balıq robot icad etmişdi.

Professor Kamal Youcef Amerika, Avropa, Yaponiya, Cənubi Koreya, Sinqapur, Finlandiya, Hindistan, Çin kimi ölkələrdə onlarla dünyamiqyaslı şirkətlərin elmi məsləhətçisidir. O 25-dən çox ixtiranın müəllifidir. O elmə verdiyi töhfələrlə yanaşı imanlı bir şəxsiyyətdir.

Bu linkdən Kamal Youcefin gözəl Quran tilavətini dinləyə bilərsiniz: https://youtu.be/DYfuenVedZ0

6 – Ahmed Zewail: (1946-2016)

O, 1946-cı ildə Misirdə anadan olmuşdur.
1999-cu ildə kimya elminin femtochemistry sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdür. İskəndəriyyə şəhərində universitetin elmlər fakultəsinin bakalavr mərhələsini tamamladıqdan sonra işıq elmi üzrə magistr işini yazır. Sonra isə Amerikanın Pensilvaniya universitetində Lazer elmi üzrə doktorantura işini yazır. Sonra isə Kaliforniya universitetində elmi araşdırmaçı kimi çalışır. O, bir çox elmi dərəcələrə, fərqlənmələrə və mükafatlara layiq görülmüşdür. Həmçinin, o bir çox kitabların və elmi məqalələrin də müəllifidir. Lazer sahəsində etdiyi ixtira isə bir çox alimlərin önündə yeni bir qapı kimi yol açmışdı.

7 – Wissam Barbara:

Cəmiyyətdə bəzən müsəlman qadının hicabına bəzi insanların etiraz etdiyini, hicabın guya elmə mane olduğunu iddia etmələrini və s. safsataları eşidirik. Bu ən qəribə sözlərdəndir. Bu cür sözlər “saqqallı kəsdən elm alınmaz” sözünə bənzəyir. Elmin saqqalıllarla nə əlaqəsi? Halbuki, qərb alimlərinin çoxu saqqallı olmuşdur.

əl-Cəzairli gənc alim xanım Wissam Barbara dəridəki dərin yanıqların, hətta, qədim yanıqların əlacını ixtira etmişdir. O, əl-Cəzairdə aptekçilik və kimyaçılıq sahəsində ən kiçik mühəndis adı ilə məşhurdur. O, hələ 22 yaşını keçməmiş bu sahədə diplomu var idi. Onun şöhrəti cicatoop adlı dərmanın ixtirası ilə bağlıdır. Bu dərman hətta 3-cü dərəcəli yanıqlara belə faydalı olur, hətta, üzərindən otuz və ya qırx il keçmiş yanıqların belə müalicə edərək bir ay müddətində dərini böyük həcmdə öz təravətinə və canlılığına qaytarır. Bu prosses bədəndə heç bir cərrahiyyə işi görülmədən və ya bədənin başqa sağlam dəri nahiyəsindən istifadə edilmədən sadəcə kremin yanıq dəriyə sürtülməsilə baş verir. Bu niqablı müsəlman xanımın kəşf etdiyi dərman artıq elmi və təcrübi baxımdan dünyada öz effektini sübut etmiş və tanınmışdır.

8 – Rachid Yazami:

Onu elektron cihazlarınıza elektrik verdiyiniz zaman xatırlayacaqsınız. 1953-cü ildə Məğribin Fas şəhərində anadan olmuşdur. Riyaziyyat elmləri üzrə bakalavrın 1978-cildə doğma ölkəsi Məğribdə tamamlamış, bir il də Rabat şəhərində təhsilini davam etdirmiş, sonra Fransanın «Grenoble institute of Technology» adlı texnologiya universitetini oxumuşdur. Doktorantura təhsilini də orada başa vurmuşdur. O, Fransanın milli elmi araşdırmalar mərkəzinin rəhbəri olmuşdur.

Professor Rashid Yazami 50-dən çox ixtiranın, 200-dən çox elmi araşdırma və elmi məqalənin müəllifidir. O, 2014-cü ildə (Həndəsə sahəsində Nobel mükafatına bərabər olan) Charlz Derber mükafatına layiq görülmüşdür.

O, bu gün bütün hazır batareyalı elektron cihazlarda mövcud olan batareyanın halından xəbər verən elektron kartı ixtira etmişdir. Bu elektron (the smart battery) kart bütün elektrik maşınlarında və elektrik cihazlarında mövcuddur.

9 – Jackie Yi-Ru Ying:

Bura qədər qeyd etdiyimiz alim və araşdırmaçıların hamısı əvvəldən İslamda olan şəxsiyyətlərdir. Bu dəfə 36 yaşında İslamı qəbul etmiş əslən Sinqapurun müsəlman qadın alimdən bəhs edəcəyik.

O, 1966-cı ildə Tayvanın Taybey şəhərində anadan olmuşdur. Bu müsəlman qadın dünyada nanotexnologiya üzrə ən məşhur mütəxəssis alimlərdən biridir. O, taxdığı hicabıyla dinin elmə zidd olmadığını və maneə olmadığını bir daha sübut edərək elm sahəsində uğurlarını davam etdirməkdədir. O, dünyanın ən yaxşı 100 mühəndisi arasında seçilən 8 qadından biridir. Hələ 25 yaşında ikən doktora adını almış, 35 yaşında isə professor olmuşdur. 2003-cü ildən biologiya və nanotexnologiya institutunun müdirəsidir. Onun rəhbərlik etdiyi elmi mərkəzdə 160 alim və araşdırmaçı vardır ki, onlar birbaşa xanım Jackie Ying’in göstərişləri və nəzarəti ilə fəaliyyət göstərirlər. Onun nəzarətində elmi mərkəz 505-dən çox elmi ixtira və elmi kəşfə təqdimatı irəli sürmüşdür. Onun şəxsi olaraq 150 ixtirası və kəşf qeydiyyatına alınması üçün təqdim olunmuş elmi işi, 340-dan çox elmi yazısı var. 2015-ci ildə yarım milyon dollar dəyəri olan «Mustafa» mükafatına layiq görülmüşdür.

10 – el-Mahdi A. el-Khammas:

Dünyada, xüsusən də Amerikada orqan plantasiyası üzrə ən məşhur mütəxəssislərdən biri (xüsusən də ciyər, böyrək və mədəaltı vəzi) cərrah professor Mehdi Xamməsdir. O, 60-cı illərdə Liviyanın Zabiyə şəhərində anadan olmuşdur. Benqazidəki Ərəb Tibbi universitetini oxumuşdur, sonra isə ümumi cərrahlıq üzrə «Gar-Younis» universitetini bitirmişdir. Sonra isə ABŞ-ın Ohayo ştatının «Kolumbs» universitetindən məzun olmuşdur. Amerikada son illərdə ardıcıl olaraq onun ismi dəfələrlə ən yaxşı cərrah həkimlərin siyahısında göstərilir. 2008-ci ildə xidmətlərinə görə Liviya həkimləri cəmiyyətinin təşəbbüsü ilə «Enjaz» mükafatına layiq görülmüşdür. O, eyni zamanda orqan plantasiyası üzrə Liviya milli tibbi mərkəzində müdürün birinci məsləhətçisidir.

Mənbə: İncəzət muslimin fi asril-hədis kitabindan.

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar