Əzəmətli savablar

“Sizə Cənnət xəzinələrindən bir xəzinəni bildirim mi?" Dedilər “Bəli ey Allahın Elçisi.” Dedi: "Lə həulə va lə quvvatə illə billəh.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

قال رسول الله صلى الله عليه وسلم ( من استغفر للمؤمنين والمؤمنات كتب الله له بكل مؤمن ومؤمنة حسنة ) حسنه الألبان 

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim mömin kişi və qadınlar üçün bağışlanma diləyərsə, Allah ona hər mömin kişi və mömin qadının sayı qədər həsənət (savab) yazar.” (Şeyx əl-Albani həsənləşdirmişdir)

Allahummə, sağ qalmış və vəfat etmiş hər bir mömin kişi və mömin qadın, müsəlman kişi və müsəlman qadınların günahların əfv et!

قال رسول الله صلى الله عليه وسلم ( كلمتان خفيفتان على اللسان ثقيلتان في الميزان حبيتان إلى الرحمن : سبحان الله وبحمده سبحان الله العظيم ) رواه مسلم

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki kəlimə vardır ki: dilə yüngül, tərəzidə ağır və ər-Rahmənə sevimlidirlər. Bu kəlimələr – Subhənəllahi və bihəmdihi, Subhənəllahil Əzım.” (Muslim)

وقال صلى الله عليه وسلم ( لأن أقول سبحان الله والحمد لله ولا إله إلا الله والله أكبر أحب إلي مما طلعت عليه الشمس ) رواه مسلم

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Subhənəllahi val-Həmdulilləhi və Lə iləhə illəllah və-Llahu Əkbər – demək, mənim üçün üzərinə günəşin doğduğu hər şeydən daha sevimlidir.” (Muslim)

وقال صلى الله عليه وسلم ( أيعجز أحدكم أن يكسب كل يوم ألف حسنة ؟ فسأله سائل من جلسائه : كيف يكسب أحدنا ألف حسنة؟ قال: يسبح مائة تسبيحة فيكتب له ألف حسنة أو يحط عنه ألف خطيئة ) رواه مسلم

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizdən biriniz hər gün 1000 həsənət (savab) qazanmağa çətinlik mi çəkir?” Orada oturanlardan biri buyurdu: “Bizlərdən birimiz 1000 həsənəti necə qazana bilərik?” O (Allahın ona salavat və salamı olsun) buyurdu: “Kim ki 100 dəfə Allahı təsbih edərsə (subhənəllahi və bihəmdihi deyərsə) ona 1000 savab yazılar və ya 1000 günahı silinər.” (Muslim)

وقال صلى الله عليه وسلم ( من قال ، لا إله إلا الله وحده لا شريك له ، له الملك وله الحمد وهو على كل شئ قدير ، كانت له عدل عشر رقاب وكتبت له مائة حسنة ومحيت عنه مائة سيئة وكانت له حرزا من الشيطان يومه ذلك حتى يمسي ولم يأت أحد بأفضل مما جاء به إلا أحد عمل أكثر من ذلك ) متفق عليه

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim “Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhul mulku va ləhul həmdu va huva alə kulli şey`in qadir” – deyərsə, sanki 10 qul azad etmiş kimi olar, ona 100 savab yazılar və onun 100 günahı silinər. Və bu onun üçün həmin günündə ta axşamlayanadək şeytandan qoruyucu olar. Və qiyamət günü də (bu kəliməni) ondan çox deyən istisna olmaqla, həmin insandan daha fəzilətli bir kəs gəlməz.” (Buxari və Muslim)

وقال صلى الله عليه وسلم ( من صلى علي صلاة صلى الله عليه بها عشرا ) أخرجه مسلم

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim mənə bir dəfə salavat gətirərsə, Allah ona 10 dəfə salavat gətirər.” (Muslim)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim “Ayətul Kursi”ni hər namazdan sonra oxuyarsa, onunla Cənnət arasında yalnız ölüm durar.” (Şeyx əl-Albani səhihləşdirmişdir)

وقال صلى الله عليه وسلم ( من قال سبحان الله العظيم وبحمده غرست له نخلة في الجنة ) صححه الألباني

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim “Subhənəllahil Əzımu va bi-Həmdih” deyərsə, Cənnətdə onun üçün xurma ağacı əkilər.” (Şeyx əl-Albani səhihləşdirmişdir)

وقال صلى الله عليه وسلم ( من قال سبحان الله وبحمده مائة مرة غفرت له ذنوبه وإن كانت مثل زبد البحر ) صححه الألباني

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim 100 dəfə “Subhənəllahi va bihəmdihi” deyərsə, günahları dənizin köpükləri qədər olsa belə, bağışlanar.” (Şeyx Albani səhihləşdirmişdir)

عن أبي موسى قال قال صلى الله عليه وسلم ( ألا أدلك على كنز من كنوز الجنة ؟ فقلت بلى يا رسول الله قال : لا حول ولا قوة إلا بالله ) متفق عليه

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Sənə Cənnət xəzinələrindən bir xəzinəni bildirim mi?” Dedi: “Bəli ey Allahın Elçisi.” Dedi: “Lə həulə va lə quvvatə illə billəh.” (Buxari və Muslim)

Paylaşın və xeyirə səbəb olun! Və unutmayın ki, “Bir xeyirə səbəb olan onu etmiş kimidir.” (ət-Tirmizi, Şeyx əl-Albani səhihləşdirmişdir), və həmçinin “Kim bir xeyirə səbəb olarsa, ona əməl edənlərin savabı qədər savab yazılar.” (İbn Hibbən, Şeyx əl-Albani səhihləşdirmişdir).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Senxatirlat.Com saytının rəsmi heyəti

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    20.11. 2024
    NamazVaxt
    Sübh05:55
    Günəş07:33
    Zöhr12:27
    Əsr15:00
    Məğrib17:20
    İşa18:50
    Namaza yeni başlayıram

Son əlavə olunanlar