Dininə görə müsəlman qadına “MƏZLUM” deyənlərə cavab

Əgər biz "qadının İslamda məzlum olmasını" iddia edənlərin kəlamını tənqidi və ümumi nöqteyi nəzərdən keçirsək onların danışıqlarına xələl gətirən əsassız məqamları və onların bu məsələdə necə böyük təhrifə yol verdiklərini görərik.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur, təkdir və şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
Bundan sonra:

Bu barədə danışanlar İslam şəriətindən hikmətini anlamadıqları hökmləri, o cümlədən bəzi müsəlmanların yanlış adətlərini qadının məzlum olmasına misal çəkməyə çalışır, cahilcəsinə və təhrifə yol verərək şəriətə tənə etmək üçün bu kimi şeyləri şəriətə nisbət edirlər.

Bu məzlumiyyəti göstərmək üçün qadına mirasdan düşən payı misal çəkərək deyirlər ki, niyə qadına düşən miras bir kişiyə düşən mirasın yarısı qədərdir? Bu şübhəyə bir neçə nahiyədən cabab vardır:

Birincisi: Mirasın bir neçə halı var. Bu hallara əsasən ola bilər ki, qadına kişiyə düşən miras payından daha çox pay düşsün. Elə də ola bilər ki, qadınla kişiyə eyni qədər miras payı düşsün. Elə hal da ola bilər ki, qadına miras düşsün, lakin, kişiyə pay düşməsin. Elə hal da ola bilər ki, qadına kişidən az miras payı düşsün. Məsələn; əgər bir qadın öldükdə əri və bir qızı qalarsa, bu halda qız ərdən daha çox miras payına sahib olur. Əgər oğul ölərsə, ölən oğulun atası, anası və uşaqları qalarsa, (uşaqları qalmasa belə) bu zaman ata və ananın miras payı (qadın və kişi fərqinə baxmayaraq) eyni olar. Bu barədə Qurandakı ayə belədir: «onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır.» (ən-Nisa, 11-ci ayə) baxmayaraq ki, indi qeyd edəcəyimiz Quran ayəsinin bir hissəsi də eyni ayənin içində yer alır: «kişiyə, iki qadının payı qədər pay düşür.» (ən-Nisa, 11-ci ayə)

Lakin, ayənin bu hissəsini şübhə gətirənlər mirasdakı müxtəlif halları qeyd etmirlər və ya qəsdən bunu edirlər. Həmçinin, qadınla kişinin mirasda eyniləşdirən ayələrdən biri də bu ayədir:

«Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər.» (ən-Nisa, 12-ci ayə)

Bu hal bir anaları eyni olan (ögey olmayan) qardaşlara aiddir.

İkincisi: Kişi bəzi hallarda qadının iki mislində miras payı alsa da, kişi qadınla evlənərkən ona mehr ödəməklə əmr olunmuşdur. Hətta, həyat yoldaşı olan qadın zəngin olsa belə kişi ömrünün axırına kimi qadını maddi cəhətdən təmin etməklə əmr olunmuşdur. Məgər bundan sonra kişi üçün bu miras çox görülərək qadına ikiqat miras istənilməlidirmi?

Üçüncüsü: Bu bölgü ilə razılaşmamağın kökü isə qadınla kişi arasındakı hər şeydə mütləq bərabərliyə qərar verməkdə və bunu yaxşı hesab etməkdədir. Bu bərabərlik isə hər iki tərəfin təbiətinə müxalifdir. O cümlədən də bu adilliyə ziddir. Halbuki, biz İslamın hökmlərində qadının təbiətinə müxalif olmadıqca və ya qadına uyğun olmayan bir hal olmadıqca əsas götürülən şeyin bərabərlik olduğunu görürük. Biz görə bilərik ki, İslam dini qadının qızılla və bər-bəzəklə bəzənməyə olan qadınlıq ehtiyacından dolayı qadına bu haqqı verir, kişini isə bundan məhrum edir. Həmçinin, biz Quranda və hədislərdə vacib olduğu təqdirdə kişilərdən döyüşməyi tərk edənlərə şiddətli töhmət və cəza vəd edildiyini görsək də, bunun qadınlara aid olmadığını da görürük. Buxarinin «Səhih» əsərində rəvayət olunur ki, möminlərin anası Aişə (radıyəllahu ənhə) demişdir:

«Peyğəmbərdən döyüşə çıxmaq üçün icazə istədim. Peyğəmbər buyurdu: Sizin döyüşünüz həcc etməkdir.» (Səhihul-Buxari, 2875)

İbn Battal (rahiməhullah) demişdir:

«Aişənin hədisi dəlalət edir ki, döyüşmək qadınlara vacib deyildir. Lakin, «sizin cihadınız həcdir» kəlamında qadınların könüllü döyüşə qatıla bilməyəcəkləri qəsd olunmur. Qəsd olunan odur ki, döyüş qadınlara (kişilərə olduğu kimi) vacib deyildir.» (Səhihul-Buxarinin şərhi, 5/75)

Amma, qadınlarla kişilərin mütləq şəkildə istisnasız bir bərabərliyə çağıranların əgər içində olduqları hala baxarsansa, görərsən ki, onlar bütün nahiyələrdən öz iddialarına sadiq deyillər. Məsələn; (müxtəlif demokratik ölkələrdə) dövlət rəhbərliyinin kürsülərində olan qadınların sayı kişilərlə müqayisə olunmur, əksinə, az qala bəzilərində çox az sayda olur. Görəsən, bu ona görədir ki, onlar biliblər ki, kişi cinsi bu iş (siyasət) üçün daha bacarıqlıdır? Yoxsa, bu ona görədir ki, dünyaya göstərdikləri “dəyərlər” özlərinin hökmə olan şəhvətləri qarşısında tab gətirə bilmir? Yoxsa, onların “cinslərin bərabərlik hüquqları” iddialarının əsası qondarmadır?

Başqa bir tərəfdən isə əgər biz “qadının İslamda məzlum olmasını” iddia edənlərin kəlamını tənqidi və ümumi nöqteyi nəzərdən keçirsək onların danışıqlarına xələl gətirən əsassız məqamları və onların bu məsələdə necə böyük təhrifə yol verdiklərini görərik. Bunlardan:

Birincisi: Onlar bəzi İslama nisbət olunanların qadına zülm etdikləri (qeyri islami) adətləri İslami hökmlərlə qarışdırırlar.

Məsələn; O zaman ki, qadının üzərində söz sahibi olan qohumu qadını sevmədiyi birinə ərə getməyə məcbur edir, onlar bunu İslama nisbət edirlər. Çünki, bunu edən müsəlman şəxsdir. Doğru olan isə: bu əməli İslam dini qadağan etmişdir. Səhih bir hədisdə Peyğəmbərdən rəvayət olunur ki, o buyurdu: «Dul qadının fikri öyrənilmədikcə o evləndirilməz, bakirə qadının isə özündən icazə alınmadıqca o evləndirilməz. – dedilər: Ey Allahın Elçisi! Onun icazəsi necə olur? Dedi ki: susmasıyla.»

(Səhih əl-Buxari, 5136; Səhihi Muslim, 1419)

İkincisi: Onlar İslamın qadına verdiyi qədir-qiymət və hörmət nahiyələrini qeyd etmirlər.

Hansı ki, bu cür hörmət heç bir yerdə, heç bir zamanda və başqa bir qanunda yoxdur! Bu nahiyə çox böyük hörmət edilən ananın haqqında daha aydın biruzə verir. Hətta, Quran oxuyan bir kimsə görə bilər ki, həqiqətən də ananın haqqından böyük haqq yalnız Allahın və Elçisinin haqqıdır. Quranda anaya edilən yaxşılığın tövhid etiqadıyla birgə qeyd olunmasını görə bilərik.

Uca Allah buyurmuşdur: «Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.» (əl-İsra, 23) O cümlədən də, valideyinə təşəkkür etməyin Quranda Allaha şükür etməklə birgə gəldiyini görə bilərsən: «Mənə və valideynlərinə şükür et!» (Loğman, 14)

Buxari «Səhih» əsərində Əbu Hureyrədən (radıyəllahu ənhu) nəql edir ki, bir kişi Allah Elçisinin (salləllahu aleyhi va səlləm) yanına gələrək deyir:

– Ey Allahın Elçisi! İnsanlardan hansı daha çox yaxşılıq edilməyə haqlıdır?
– Dedi: Anan.
– Dedim: Sonra kim?
– Dedi: Anan.
– Dedim: Sonra kim?
– Dedi: Anan.
– Dedim: Sonra kim?
– Dedi: Sonra atan.

(Səhih əl-Buxari, 5971)

Üçüncüsü: Onlar İslamda qadına aid olan yüngülləşdirilmiş xüsusi hökmləri qeyd etmirlər, hansı ki, aradakı cins fərqindən dolayı eyni hökmlər kişilər üçün ağırlaşdırılmışdır (şiddətli edilmişdir). Məsələn; Qadına qızıl taxmaq icazəli, kişiyə isə haramdır. Qadına ipək geyinmək icazəli, kişiyə isə haramdır. Kişiyə həyat yoldaşının maddi xərclərini davamlı şəkildə ödəmək vacibdir, qadına isə bu vacib deyildir. Kişiyə məscidə camaat namazlarına gəlmək (üstün rəyə görə) vacibdir, qadına isə bu vacib deyildir. Qeyri-müsəlman kişilərdən cizyə vergisi götürülür, qeyri-müsəlman qadınlardan isə bu vergi götürülmür.

İbnul-Qeyyim «Əhkəmu əhliz-Zimmə» kitabında demişdir:

«Uşağa, qadına və dəliyə cizyə vergisi yoxdur. Bu dörd imamın və tərəfdarlarının yoludur.»

İbnul-Munzir demişdir: «Başqa alimlərdən bunun əksini dediklərini bilmirəm.»

Əbu Muhəmməd «əl-Muğni» kitabında demişdir: «Elm əhli arasında bu məsələdə müxalif rəy bilmirik.» (Əhkəmu əhliz-Zimmə, ibnul-Qeyyim, 1/149; əl-Muğni, Əbu Muhəmməd ibn Qudamə, 9/338; əl-İcma, ibnul-Munzir, səh 62)

Dördüncüsü: Onlar qadın haqqında Allahın qanunlarından uzaqlaşmağın nəticəsində yaranan bir çox pis hallardan qafil qalırlar.

Misal olaraq; hər il qeyri qanuni əlaqələr səbəbilə baş tutan abort əməliyyatlarında milyonlarla körpələr qətl edilmirmi? Məgər o uşaqların da yaşamaq haqqı yoxdurmu? Elə isə hansı günahlarına görə öldürülürlər?!…

Mənbə: “Səəbiğat” kitabı. Müəllif: Əhməd Yusuf əs-Seyyid

Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Sən Xatırlat

Saytımızı Allahın köməyi ilə müsəlmanların xatırladılmağa ehtiyac duyduqları hər bir məsələyə toxunaraq mütəmadi olaraq yeniləməyə çalışacağıq. Daha ətraflı...

Bütün materiallara bax

Namaz Vaxtları

    Bakı, Azərbaycan
    23.12. 2024
    NamazVaxt
    Sübh06:20
    Günəş08:01
    Zöhr12:40
    Əsr15:01
    Məğrib17:19
    İşa18:49
    Namaza yeni başlayıram

Son əlavə olunanlar